Azərbaycan növbəti dəfə dünyanın diqqət mərkəzində olacaq

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfransı keçiriləcək

Azərbaycan milli maraqların müdafiə edilməsinə və təmin olunmasına yönəlmiş praqmatik xarici siyasət yürütməsi ilə fərqlənir. Belə ki, rəsmi Bakı mürəkkəb geosiyasi mühitdə milli maraqlarını doğru qiymətləndirərək, qlobal güc mərkəzləri ilə konstruktiv siyasi dialoq aparmaqla mühüm uğur­lara imza atmış və ölkəmizi Avrasiya materikinin vacib aktorlarından birinə çevirmişdir. Məhz milli maraqlarımıza uyğun gələn və beynəlxalq qanunlara söykənən xarici siyasət nəticəsində bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmaqla yanaşı, qlobal çağırışlara adekvat reaksiya göstərilməsinə çalışan məsuliyyətli ölkə statusunu da qazanmışdır.

Ölkəmiz bir çox mötəbər qu­rumlarla əməkdaşlıq edir. Onla­rın sırasında dünya siyasətinin axarını müəyyənləşdirən, iqti­sadi, eləcə də humanitar-so­sial əlaqələri intensivləşdirən təşkilatlar var. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda dünya­da beynəlxalq təşkilatların sayında artım müşahidə olunurbu fakt onu göstərir ki, dövlətlərin qarşı­lıqlı asılılığı da artır. Beynəlxalq təşkilatların sayının artması da dövlətlər arasında daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məsələləsini aktuallaşdırır. Ən əsası, beynəlxalq təşkilatlar dövlətlərin müxtəlif sahələrdəki davranışına təsir göstərmək imkanı da verir. Bu amilləri nəzərə alan Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunma­sına yönəlmiş siyasət həyata keçirmişdir. Belə ki, regionalqlobal səviyyədə əməkdaşlığı genişləndirən Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Belə təşkilatlardan biriQoşulmama Hərəkatıdır.

Ümumiyyətlə, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxi­li işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Xüsusilə qeyd etmək lazımdır ki, mil­li mənafelərin qorunmasına xidmət edən xarici siyasət kur­sunun işlənib hazırlanması və gerçəkləşdirilməsi, bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü ölkəmizin beynəlxalq əlaqələrinin düz­gün qurulmasına imkan yarat­mışdır. Dünyadaregionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ulu öndər Heydər Əliyev, ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail olmuş və həmin dövrdə beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmışdı.

Heç kimə sirr deyil ki, Azərbaycan istər regionda, istərsə də beynəlxalq müstəvidə öz yeri, roluxüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda nüfuzunun yüksək ol­masının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulma­ma Hərəkatına sədrlik edir, bir sıra qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdirbunu, əlbəttə ki, ölkəmizin çox mühüm diplomatik uğuru kimi qiymətləndirmək olar. Xatırladaq ki, dünyanın 120 ölkəsini hərbi bloklarda iştirak etməmə prinsipi ətrafında birləşdirən bu təşkilat 1961-ci ilin sentyabr ayında keçirilmiş Belqrad konfrasında təsis olunmuşdur. Bu təşkilatın yaranmasına keçmiş Yuqoslaviya Prezidenti İosif Broz Tito, Misir Prezidenti Camal Əbdül Nasir və Hindistanın Baş naziri Cəvahirləl Nehru arasında keçirilmiş görüşlər təkan vermişdi. Əsas məqsəd isə Şimali Atlantika Alyansı ilə (NATO) Varşava Müqaviləsi ölkələri arasında kəskin qarşıdurmanın mövcud olduğu həmin dövrdə baş verə biləcək toqquşmalardan kənarda qalmaq idi.

Xüsusilə qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr dünyanın enerji təhlükəsizliyinin təminatında da mühüm çəkiyə malikdirlər. Bu isə o deməkdir ki, hərəkat üzvlərinin müasir dövr üçün böyük əhəmiyyət daşıyan təsir rıçaq­ları var və təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər bir üzv ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Təşkilat yarandığı tarixdən indidəyək beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır və mövcud olduğu 51 ilə yaxın müddət ərzində hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirmişdir.

Azərbaycan təşkilatın miq­yasını, siyasiiqtisadi poten­sialını, onun dünya siyasətinə təsir imkanlarını nəzərə alaraq Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin üzv dövlətlərlə birlikdə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltməyi, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmağı düşünür.

Əlbəttə, Azərbaycan Qoşul­mama Hərəkatının nisbətən yeni üzvüdür. Hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil siyasət həyata keçirən dövlətimiz 2011-ci ildən bu qurumun tam hüquqlu üzvü olmuşdur. Bununla belə, hərəkata üzv olduğu qısa müddətdə Azərbaycan özünün uğurlu xarici siyasəti nəticəsində bu institutda böyük nüfuzetimad qazanmağı bacarmışdır. Bunun nəticəsidir ki, hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ilin sent­yabrında keçirilən XVII zirvə görüşündə növbəti zirvə görüşü­nün Bakıda keçirilməsi və sədrliyin 2019-2022-ci illərdə Azərbaycana verilməsi yekdilliklə qərara alın­mışdı.

İslam aləminin mühüm tərkib hissəsi olan, dünyanın bütün dövlətləri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirən, Qərblə Şərqin qovuşuğunda mühüm coğrafi mövqeyə malik olan Azərbaycan qısa zaman­da təşkilatda beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olaraq, qlobal sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, strateji dialo­qun formalaşmasına və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verə biləcəyini nüma­yiş etdirmişdir.

Artıq yarım əsrdən çoxdur ki, hərəkat ümumbəşəri dəyərlərin təbliği ilə məşğul olur, dünyanın ən böyük təşkilatlarından biri olmaqla sabitliyin, sülhün və təhlükəsizliyin bərqərar olunma­sında mühüm rol oynayır, bu gün qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab baxı­mından xüsusi əhəmiyyət kəsb edir. Hərəkatın fəaliyyətində daha bir vacib prinsiponun beynəlxalq hüquq normalarına, bütün iştirak­çıların ərazi bütövlüyü, suveren­liyi və müstəqilliyi prinsiplərinə sadiqliyidir. Təşkilat Azərbaycanın timsalında artıq bir neçə dəfə bu psinsipi təsdiqləmişdir. Belə ki, Hərəkat Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Təşkilatın 2012-ci ildən qəbul etdiyi bü­tün sənədlərdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək, Ermənistan– Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur. Azərbaycan təşkilatın dəstəyini onun üçün heçaz əhəmiyyətli olmayan başqa məsələdə də hiss et­mişdir. Xatırladaq ki, bu dəstək 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qey­ri-daimi üzv seçilməsi zamanı nümayiş etdirilmişdi. Bu, iştirakçı dövlətlər arasında həmrəyliyin olmasını təsdiqləmişdi. Bundan başqa, BMT Təhlükəsizlik Şura­sının qeyri-daimi üzvü seçilmiş Azərbaycan iki il ərzində təşkilatın bütün üzvlərini nüfuzlu beynəlxalq qurumda təmsil etmişdi.

Qoşulmama Hərəkatına üzv dövlətlərin 2019-ci il 25-26 oktyabr tarixlərində Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxış edən Pre­zident İlham Əliyev Azərbaycanın təşkilata sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını xüsusilə vurğulamış­dı. Bu prinsiplər, həmçinin digər dövlətin ərazi bütövlüyünə və si­yasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və hədələməkdən imtina etməkdən, BMT Nizamnaməsinə uyğun ola­raq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etməkdən, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etməkdən və ədalət və beynəlxalq öhdəliklərə hörmət etməkdən ibarətdir. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq münasibətlər sistemində rolununnüfuzunun artırılması, dün­yada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə və da­vamlı inkişafa töhfə verilməsini mühüm vəzifə hesab edir. Təbii ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun möhkəmlənməsinə, ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsinin genişlənməsinə, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrin güclənməsinə xidmət edir.

Xüsusilə xatırlamaq lazımdır ki, ötən il Bakıda keçirilmiş XVIII zirvə görüşünün sonunda qəbul olunmuş yekun sənəd ölkəmizin xarici siyasətinin növbəti qələbəsi kimi tarixə düşmüşdür. Ərazi və əhali sayına görə, həmçinin inkişaf dinamikliyinə görə dünya­nın aparıcı ölkələrinin birləşdiyi təşkilatda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın iş­ğalçılıq siyasətinə vurulan növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilmişdi. Zirvə gö­rüşünün yekun sənədi ilə bağlı Ermənistan Xarici İşlər Nazir­liyinin 28 oktyabr 2019-cu il tarixli bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisi kimi yadda qalmışdı. Zirvə görüşünün Ermənistanda ciddi narahatçılıq yaratması aydın şəkildə müşahidə edilmişdi. Böyük sayda ölkənin əməkdaşlıq etdiyi hərəkatda Ermənistanın işğalçı dövlət olduğunun vurğu­lanması, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın əzəli torpaqları olmasının xa­tırladılması, yekun sənəddə də ərazi bütövlüyünün qorunmasının əhəmiyyətinin dəstəklənməsi rəsmi Bakının haqlı mübarizəsinə verilən çox güclü dəstək olmuş­du. Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan çevik və fəal xarici siyasət nəticəsində əldə edilmişdi.

Hazırda koronavirus pandemi­yasının davam etdiyi bir dövrdə dünya ölkələrinin həmrəylik nümayiş etdirməsinin böyük əhəmiyyəti var. Bu baxımdan, həmişə bəşəri dəyərlərə böyük önəm verən və dünyanın daha təhlükəsiz və firavan olmasının vacibliyini önə çıxaran Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təmas qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə gö­rüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Mütəxəssislərin sözlərinə görə, pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Buna görə də, Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənmişdir. Qoşulmama Hərəkatına 120 dövlətin üzv oldu­ğunu nəzərə alaraq, zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatın­da keçiriləcək. BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu görüşdə iştirak edəcək. Prezidentin köməkçisi– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Qoşulmama Hərəkatının təmas qrupu formatında Zirvə görüşü koronavirusa qarşı mübarizədə üzv dövlətlərin səylərinin səfərbər olunmasına, həmrəyliyin və multilateralizmin güclənməsinə əhəmiyyətli töhfə verəcək.

 

Səbuhi MƏMMƏDOV,

 Xalq qəzeti.-2020.-3 may-S.3.