Azərbaycan Prezidenti hər
zaman vətəndaşların yanındadır
Prezident İlham Əliyevin sədrliyi
ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi
yekunlarına həsr olunan videokonfrans şəklində
keçirilən müşavirədə dövlət
başçısının sosial sahə ilə bağlı
verdiyi tapşırıqlar məsuliyyətlə icra olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
(ƏƏSMN) Prezidentin göstəriş və
tövsiyələrinə uyğun işlərin sürəti
artmaqla yanaşı, həmçinin, əhatə dairəsi
də genişlənir. Pandemiya ilə əlaqədar təkcə
ƏƏSMN tərəfindən həyata keçirilən dəstək
tədbirləri 4,8 milyondan çox vətəndaşı və
ya ölkə əhalisinin 48 faizini əhatə edir.
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Dövlət
başçısının tapşırığı ilə
pandemiya ilə əlaqədar ölkəmizdə daha geniş
miqyas alan sosial dəstək tədbirlərindən biri kimi
iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq
imkanlarının artırılması üçün
mühüm addımlar atılır, işsiz və xüsusi
karantin rejiminə görə işini itirən aztəminatlı
şəxslərin birdəfəlik – 190 manat ödəmə
ilə təminatı proqramı icra olunur. Eyni zamanda,
Prezidentin göstərişi ilə birdəfəlik ödəmə
proqramının əhatə dairəsi 3 dəfə
artırılmaqla, proqramın şamil edildiyi aztəminatlı
şəxslərin sayı 200 mindən 600 minə
çatdırılıb. Bu günədək onlardan 400 min
şəxsə birdəfəlik ödəniş təyin
edilib ki, bunun üçün də onlara ümumilikdə 76
milyon manat vəsait köçürülüb. Təbii ki,
edilən müraciətlərə baxıldıqca, nəticəsinə
uyğun daha 200 min şəxsə də ödəniş
aparılacaq.
Qeyd etməliyik ki, işsiz və xüsusi rejimə
görə işini itirən aztəminatlı şəxslər
tərəfindən birdəfəlik ödəmə ilə
bağlı edilən müraciətlərin qəbulu artıq
yekunlaşıb. Daxil olmuş müraciətlərə
baxılır və ödəmələrin təyinatında
ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə
aprelin 1-dək işsiz kimi qeydə alınan,
çalışdığı qeyri-formal iş yerini
xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin
daha aşağı səviyyədə olduğu müəyyən
edilən şəxslər diqqətdə saxlanır.
Özünüməşğulluq proqramı
çərçivəsində sosial dəstək
İşsiz kimi qeydə alınan və pandemiya ilə bağlı işini itirən şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur. İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Əhalinin həssas qruplarına dəstək tədbirləri daha da gücləndirilib. Özünüməşğulluq proqramının genişləndirilməsi və proqrama cəlb olunanlara aktivlərin verilməsi prosesi davam edir. Artıq banklar tərəfindən də aktivlər təqdim edilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır. Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.
82 min 300
aztəminatlı ailənin hər biri 223 manat alır
Aztəminatlı ailələrə dövlət dəstəyinin
artırılması sahəsində aparılan işlərdən
biri kimi, ünvanlı dövlət sosial yardımı
proqramının əhatə dairəsi də genişləndirilir. Ünvanlı
dövlət sosial yardımı proqramının şərtləri
də yumşaldılır ki, bu da yardım alanların
sayının artmasına imkan verib. Təkcə
aprel ayında əlavə olaraq 12 mindən artıq
ünvanlı yardım təyin olunub və bu yardımı
alanların sayı, 82 min 300 olub. Ünvanlı yardım
alan ailə üzvlərinin sayı bu ay 50
min nəfərdən çox artıb və hazırda 342 min
nəfərdir. Sosial yardımın hər ailəyə
düşən orta aylıq məbləği də artmaqda
davam edərək 223 manata yüksəlib.
Onu da bildirək ki, xüsusi karantin rejimi müddətində
ünvanlı dövlət sosial yardımının təyin
olunma müddəti bitən aztəminatlı ailələrə
də dəstək göstərilib. Onlara bu yardımın
verilməsi müddəti karantin rejimi başa
çatdığı tarixdən sonrakı ayın 1-dək
uzadılıb.
Sosial dəstək
tədbirləri BƏT-nın saytında
Azərbaycanda pandemiya dövründə iqtisadiyyata,
sahibkarlığa, məşğulluğa və sosial rifaha dəstək
məqsədilə həyata keçirilən geniş
miqyaslı dəstək tədbirləri Beynəlxalq Əmək
Təşkilatının (BƏT) saytında dərc olunub.
Saytda pandemiyanın qarşısının
alınması və onun iqtisadiyyata, məşğulluğa
sosial rifaha mənfi təsirlərinin azaldılması
üçün dünya ölkələrində aparılan
siyasət və görülən işlərlə
bağlı hər bir ölkə üzrə ayrıca
bölmə üzrə məlumatlar yer alıb. Azərbaycanla bağlı
altbölmədə də ölkəmizdə milli
iqtisadiyyatın stimullaşdırılması, sahibkarların
dəstəklənməsi, iş yerlərinin, məşğulluğun
və işçilərin əməkhaqqı gəlirlərinin
qorunması, işsiz və xüsusi karantin rejiminə görə
işini itirən qeyri-formal məşğul şəxslərdən
ibarət aztəminatlıların birdəfəlik ödəmə
ilə təmin edilməsi istiqamətində görülən
tədbirlər qeyd edilir.
Həmçinin,
ölkəmizdə ödənişli ictimai işlər,
özünüməşğulluq, ünvanlı dövlət
sosial yardımı, işsizlikdən sığorta ödənişləri
və digər sosial proqramların əhatə dairəsinin
genişləndirilməsi və s. istiqamətlərdə
atılan addımlar təqdim edilir.
Çernobıl
əlilləri sosial təminat sistemi ilə əhatə
olunublar
Azərbaycanda
digər əlilliyi olan şəxslər kimi, 1986-cı ilin 26
aprelində Çernobıl Atom Elektrik Stansiyasında baş
verən dəhşətli qəzanın nəticələrinin
aradan qaldırılması ilə əlaqədar əlilliyi
olan vətəndaşların sosial müdafiəsi istiqamətində
də mühüm işlər aparılır.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə 1993-cü ildə “Çernobıl qəzasının
ləğvində iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul
edilib, həmin vətəndaşların sosial müdafiəsi
işlərinin əsasları formalaşıb. Prezident
İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində
ötən dövrdə digər əlilliyi olan şəxslər
kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə
əlaqədar əlil olanların sosial təminatı da ildən-ilə
gücləndirilib.
Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə
görə həmin şəxslər “Çernobıl AES-də
hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və
“Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”
əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən
ediliblər.
Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə
görə aylıq müavinət (1-ci dərəcə əlilliyə
görə 150 manat, 2-ci dərəcə əlilliyə
görə 130 manat, 3-cü dərəcə əlilliyə
görə 110 manat) və ya əlilliyə görə əmək
pensiyası ilə təmin olunurlar. Çernobıl AES-də
hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə
isə əlilliyə görə aylıq sosial müavinət
və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan
Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə
görə 250 manat, 2-ci dərəcə əlilliyə
görə 230 manat, 3-cü dərəcə əlilliyə
görə 210 manat) də verilir. Ümumi xəstəlik,
hərbi xidmət dövründə xəstələnmə, əmək
zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar
keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın
ləğvi ilə əlaqədar əlilliyi olanlardan I dərəcə
əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü
(100 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə
qulluq edənlərə Prezidentin aylıq təqaüdü
(50 manat) ödənilir. Bundan əlavə, əlilliyi
olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir,
mənzil və minik avtomobilləri ilə təminatı da həyata
keçirilir, tibbi-sosial reabilitasiyası, sosial-məişət
problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə
yollayışla təminatı və s. istiqamətlərdə
də müvafiq işlər aparılır.
Yeni fərman
əlillik təyinatında şəffaflığın
artırılmasına xidmət edir
Prezident
İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı
hərbi səbəblərlə əlaqədar əlilliyin
qiymətləndirilməsində təkmilləşmə və
şəffaflığın artırılmasına, hərbi-həkim
ekspertizası və tibbi şəhadətləndirilmə ilə
bağlı toplanan məlumatların sistemliliyinin təmin
edilməsinə xidmət edir. Sənədə əsasən,
ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron
informasiya sistemində 2021-ci il yanvarın
1-dək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə”
altsistemi yaradılacaq. Hərbi-həkim
komissiyaları və həkim-uçuş komissiyaları
olan dövlət orqanlarının həmin altsistemə
çıxışı təmin olunacaq.
Altsistem yaradıldıqdan sonra 6 ay müddətində
hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə
ilə bağlı rəsmiləşdirilmiş bütün
sənədlərdəki məlumatlar xəstəliklərin
beynəlxalq təsnifatına uyğun şəkildə
altsistemə daxil ediləcək. Beləliklə,
nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə
əlaqədar əlilliyi qiymətləndirilən şəxslə
bağlı bütün tibbi, xəstəlik məlumatlarına
altsistem vasitəsilə birbaşa çıxış əldə
edəcək. Nəticədə müharibə
səbəbi ilə əlilliyin qiymətləndiriməsi daha
obyektiv aparılacaq və şəffaflıq təmin olunacaq.
Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar
əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan
faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara
əlçatanlığı artıracaq. Yeni altsistem bu sahədə analitik təhlillərin
aparılması və proqramların hazırlanmasında
istifadə oluna biləcək müfəssəl məlumat mənbəyi
rolunu oynayacaq.
Ödənişli
ictimai işlərə cəlb edilənlərin sayı 56 mini
keçib
Dövlət
başçısının tapşırığına əsasən
ödənişli ictimai iş yerlərinin sayının 37
mindən 90 minə çatdırılması
üçün işlər davam etdirilir. ƏƏSMN-nin DOST
İş Mərkəzi vasitəsi ilə son 10 gündə əlavə
18 mindən çox şəxs əmək müqaviləsi əsasında
ödənişli ictimai işlərə cəlb olunub. Beləliklə, həmin işlərdə
çalışanların sayı artıq 56 mini ötüb.
Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya
işlərinin aparılması, tənha yaşlılara və
əlilliyi olan şəxslərə sosial xidmətlərin
göstərilməsi, eləcə də, abadlaşdırma,
yaşıllaşdırma, parklara qulluq və
s. kimi sahələri əhatə edir.
Prezidentin
sərəncamı 7600 nəfərə şamil olunacaq
Azərbaycan
Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci
Dünya müharibəsində iştirak etmiş şəxslərə,
həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi
yardım verilməsi haqqında” 24 aprel 2020-ci il
tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların
xüsusi diqqət və qayğı ilə əhatə
olunduqlarının növbəti təzahürüdür.
Sərəncamda İkinci Dünya müharibəsində
Qələbənin 75-ci ildönümü ilə əlaqədar
həmin müharibənin iştirakçılarına 1500
manat məbləğində birdəfəlik maddi yardım
verilməsi tapşırılır. Sənədə əsasən,
İkinci Dünya müharibəsində həlak olmuş və
ya sonralar vəfat etmiş döyüşçülərin
dul arvadlarına, həmin dövrdə arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci Dünya müharibəsi
illərində döyüş cəbhələrinin arxa
hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
Leninqrad şəhərinin müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarına isə 750 manat
məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncam, ümumilikdə, 7600 nəfərə
şamil olunacaq. Onlardan 264-ü İkinci Dünya
müharibəsi iştirakçısı, qalanı sənəddə
nəzərdə tutulan digər şəxslərdir. Birdəfəlik
maddi yardımların ödənilməsi üçün
2020-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon 900
min manat ayrılıb. Qeyd edək ki, hər il
Qələbə günü ərəfəsində verilən
birdəfəlik maddi yardımın məbləği də
mütəmadi artırılır. Ötən
ilki illə müqayisədə hazırda həmin şəxslər
üçün nəzərdə tutulan birdəfəlik
yardımın məbləği də 50 faiz
artırılıb.
Əlilliyi
olan şəxslər üçün kiçik bizneslər
qurulur
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP)
birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas
qrupları üçün inklüziv və layiqli iş yerlərinin
yaradılması” layihəsi çərçivəsində
əlilliyi olan şəxslər üçün kiçik
bizneslərin qurulmasına başlanıb.
İlk mərhələ kimi Şəmkir rayonunda əlilliyi
olan şəxslərə arıçılıq üzrə
kiçik bizneslərini qurmaları üçün aktivlər
(arı ailələri, zəruri ləvazimatlar) verilib. Yaxın günlərdə
Şamaxıda, Zaqatalada və Sumqayıtda da bu proses davam edəcək.
Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin
kiçik biznesə çıxışına şərait
yaradılması nəzərdə tutulub. Layihənin
icrası üçün pilot olaraq 12 şəhər və
rayon müəyyən edilib. Həmin bölgələr
üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər
arasından layihənin iştirakçılarının
seçimi aparılıb
E-sosial.az
portalı ilk “beşlik”də...
Alexa.com saytının (ABŞ, San-Fransisko) yeni məlumatına
görə, “Azərbaycanın top saytları”
siyahısında e-sosial.az portalı artıq 5-ci yerdədir. Portal ölkəmizdə
ən çox müraciət olunan google.com, youtube. com, google.az və wikipedia. org
saytlarından sonra baxış sayına görə 5-ci yeri
tutur. Portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara
onlar barədə əmək, məşğulluq, sosial
müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və
s. üzrə məlumatlara çıxış və 100-dən
çox sosial xidmət növündən yaranmış
hüquqları müqabilində çevik rejimdə faydalanmaq
imkanı verir.
Sosial
yardım aksiyaları geniş vüsət alıb
Sosial tədbirlərdən
danışarkən onu da demək lazımdır ki, mövcud
vəziyyətdə maddi çətinlikləri olan ailələr
hazırda ölkədə geniş miqyas alan
sosial dəstək aksiyalarından yararlanırlar. Təkcə aprel ayı ərzində ƏƏSMN və
sosial tərəfdaşlarla birgə belə ailələrə
28 min ərzaq payı verilib. Daha 30 min ərzaq
payının verilməsi nəzərdə tutulub. Bundan
başqa ayrı-ayrı iş adamları və imkanlı
şəxslər də aztəminatlı ailələrə dəstək
olur, sosial yardım aksiyalarında könüllü iştirak
edirlər.
Zərifə
BƏŞİRQIZI,
Xalq qəzeti.-2020.-1 may.-S.4.