Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət
Heyəti aparatının idarə və şöbələrinin
rəhbərləri iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müşavirəni
giriş sözü
ilə açan akademik
Ramiz Mehdiyev koronavirusla mübarizədə vaxtında qətiyyətli
addımlar atmış Prezident İlham Əliyevə elmi
ictimaiyyət adından dərin minnətdarlığını
bildirib. Akademik fəaliyyətini
karantin rejiminin tələblərinə
uyğunlaşdıran AMEA-da pandemiya dövründə bir
sıra onlayn elmi tədbirlərin,
beynəlxalq videokonfransların keçirildiyini,
distant təhsilin uğurla
davam etdirildiyini
söyləyib. AMEA rəhbəri koronavirusdan
qorunma üsulları ilə bağlı Azərbaycan
alimlərinin televiziya kanallarında, çap və elektron mediada müsahibə və
çıxışlar etməsini, məlumat xarakterli
materiallar dərc etdirməsini təqdirəlayiq
hal kimi dəyərləndirib.
Akademik Ramiz
Mehdiyev Nazirlər Kabineti
yanında Operativ Qərargahın qərarlarına,
tövsiyə və tapşırıqlarına əməl etməyin
vacibliyini diqqətə
çatdırıb. Alim bundan sonra da onlayn konfranslara
geniş yer verilməsi,
elmi tədqiqat işlərinin səmərəliliyinin
artırılması və müxtəlif elm
sahələrinin bir-birilə inteqrasiyasının genişləndirilməsinin
əhəmiyyətindən danışıb, karantin
rejimindən sonra AMEA-nın
qarşısında duran vəzifələrdən
bəhs edib.
Tədbirdə
AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli
və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər
Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim
Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv
Əminağa Sadıqov və İşlər idarəsinin
müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov
hesabat xarakterli onlayn çıxışlarında karantin
günlərində keçirilən beynəlxalq
videokonfranslar, pandemiya dövründə müxtəlif elmi
istiqamətlər üzrə aparılan elmi tədqiqat işləri
barədə məlumat verib, görüləcək işlərə
dair təkliflərini səsləndiriblər.
Sonra
çıxış edən AMEA Rəyasət Heyəti
aparatının Xarici əlaqələr idarəsinin rəisi,
biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva,
Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri
üzrə fəlsəfə doktoru Fail Kazımov Azərbaycanda
elan olunmuş karantin rejimində akademiyanın beynəlxalq əlaqələri
və magistrantların distant təhsili barədə
danışıblar.
Onlayn müşavirənin sonunda akademik Ramiz Mehdiyev karantin rejimindən
sonrakı mərhələdə Azərbaycan alimlərinin
qarşısında duran vəzifələrdən
söz açıb, postpandemiya
dövründə elmin yeni
prioritet sahələrinin müəyyənləşdirilməsinə
dair təkliflər hazırlanması ilə
əlaqədar müvafiq tapşırıqlar
verib.
Xalq qəzeti.-2020.-2 may.-S.5.