AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 163 Bakı şəhəri, 1 may 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadıl­ması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə

 

Sanitariya-epidemioloji salamatlıq haqqın­da” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmişYoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi ya­randıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.

3. 2020-ci il 4 may saat 00:00-dan etibarən:

3.1. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 120 nömrəli Qərarının 3-cü hissəsi ilə fəaliyyəti qa­dağan edilmiş xidmət sahələrinin fəaliyyəti aşağıdakı qaydada bərpa olunsun:

3.1.1. ticarət ictimai iaşə obyektləri üzrə:

1. Bakı, Sumqayıt, Gəncə Lənkəran şəhərlərinin Abşeron rayonunun ərazisində - bütün ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla):

2. digər inzibati ərazi vahidlərinin ərazisində - bütün ticarət ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe çay evlərində müştərilərə yerində xidmətlər;

3.1.2. bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən, bu sahələrdə müştərinin evində ya digər məkanlarda xidmət);

3.2. aşağıdakı inzibati ərazi vahidlərinin ərazisində nəqliyyat vasitələrinin (ictimai nəqliyyatla sərnişindaşıma istisna olmaqla) rayon­lararası şəhərlərarası sərbəst hərəkəti təmin edilsin:

3.2.1. Bakı, Sumqayıt şəhərləri Abşeron rayonu;

3.2.2. digər inzibati ərazi vahidlərinin ərazisi (Gəncə Lənkəran şəhərlərinin ərazisi istisna olmaqla);

3.3. xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə xidmətlər təqdim edən hüquqi fiziki şəxslərin fəaliyyəti (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquqi, konsaltinq xidmətləri sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər xidmətlər);

3.4. “DOST” mərkəzlərində aşağıdakı dövlət xidmətlərinin göstərilməsi xüsusi karantin rejimi­nin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi qaydada elektron növbə alınmaqla təmin edilsin:

3.4.1. sosial ödənişlərlə bağlı hazır bank kart­larının vətəndaşlara təqdim edilməsi;

3.4.2. ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar maddi-məişət şəraitinin müayinəsi.

4. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bənddəbu Qərarın 4.6-cı bəndində göstərilənlər istisna olmaqla, digər ticarət obyektlərində (ticarət mərkəzləri da­xil olmaqla)” sözləriBakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin Abşeron rayonunun ərazisində ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

4.3. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. masaj hamam xidmətləri;”;

4.4. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. pərakəndə topdan satış üzrə:

4.6.1. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (ticarət mərkəzləri istisna olmaqla);

4.6.2. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin Abşeron rayonunun ərazisi istisna olmaqla, digər inzibati ərazi vahidlərinin ərazisində ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe çay evlərində müştərilərə yerində xidmətlər;”;

4.5. aşağıdakı məzmunda 4.12-ci 4.13-cü bəndlər əlavə edilsin:

“4.12. bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən, bu sahələrdə müştərinin evində ya digər məkanlarda xidmət).”;

4.13. xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə xidmətlər təqdim edən hüquqi fiziki şəxslərin fəaliyyəti (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquqi, konsaltinq xidmətləri sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər xidmətlər).”.

5. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə rejiminin tənzimlənməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərara 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nın 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“5. Pərakəndə topdan satış üzrə:

5.1. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (ticarət mərkəzləri istisna olmaqla);

5.2. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin Abşeron rayonunun ərazisi istisna olmaqla, digər inzibati ərazi vahidlərində ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe çay evlərində müştərilərə yerində xidmətlər.”;

5.3. aşağıdakı məzmunda 11-ci 12-ci hissələr əlavə edilsin:

“11. Bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən, bu sahələrdə müştərinin evində ya digər məkanlarda xidmət).”;

12. Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə xidmətlər təqdim edən hüquqi fiziki şəxslərin fəaliyyəti (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquqi, konsaltinq xidmətləri sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər xidmətlər).”.

6. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilsin;

6.2. aşağıdakı məzmunda 1.13-cü bənd əlavə edilsin:

“1.13. Bu Qərarın tələbləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin Abşeron rayonunun ərazisinə şamil olunur.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 5 may.- S.6.