Prezidentə təşəkkür
məktubları: Siz xalqımızın
xilaskarısınız, Allah da Sizi qorusun!
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə davam etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər nəticəsində artıq xüsusi karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır. Bütün bunlar ölkədə görülmüş qabaqlayıcı tədbirlərin səmərəliliyindən xəbər verir. Prezident İlham Əliyev ayrı-ayrı görüşləri zamanı dəfələrlə bəyan edib ki, bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq, yoluxma zəncirini qırmaq olub. Dövlət başçısı deyib: “Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi, hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir”.
Təbii ki, görülmüş tədbirlər bu gün öz müsbət nəticəsini verməkdədir. Neçə vaxtdır ki, Azərbaycanda COVİD-19-a qarşı mübarizədə müsbət dinamika özünü göstərir, xəstəlikdən sağalma halları yoluxma hallarını üstələyir. Bunu Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və Azərbaycan səhiyyəsinin böyük qələbəsi hesab etmək olar.
Prezidentin təşəbbüsü
ilə həm də pandemiyadan ən çox zərər çəkən sahələrdə
işləyən insanların əmək haqlarının əhəmiyyətli
hissəsi dövlət tərəfindən
qarşılanır. Bu kateqoriyaya
aid olan 600 minə
yaxın insan bu gün dövlətdən maddi
dəstək alır. Dövlət sektorunda
işləyənlərin əmək haqları tam ödənilir. Hazırda bir
milyona yaxın insanın böyük
əksəriyyəti işləmir, ancaq
dövlət onların maaşını verir.
Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Bir daha təsdiq olunur ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
Bu gün
20-dən çox dövlət xəstəxanasında
koronavirus xəstələri müalicə
olunur. Bu xəstəxanaların
əksəriyyəti son 16 il
ərzində tikilib. O cümlədən,
575 çarpayılıq “Yeni klinika” bu gün
ölkəmizin ən müasir səhiyyə
ocağıdır və indi orada 100- dən çox xəstə
müalicə alır. Eyni zamanda,
Prezident İlham
Əliyevin təşəbbüsü ilə tikilmiş
ATU-nun Tədris-Terapevtik və Cərrahiyyə
klinikalarında da xəstələr
müalicə alırlar. Bölgələrdəki mərkəzi
rayon xəstəxanalarında, o cümlədən Goranboy,
Qazax və Şəmkir şəhərlərindəki
xəstəxanalarda da xəstələr
yerləşdirilib. Dövlət başçısının
göstərişi ilə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana
da inşa edilməkdədir.
Son günlər ərzində
Azərbaycan Prezidentinə ünvanlanan
minlərlə məktub da göstərir ki, xalq dövlət tərəfindən
görülmüş bütün
bu tədbirləri, çox
yüksək qiymətləndirir. Xüsusən, insanların sosial müdafiəsinin daha
da gücləndirilməsi ilə
bağlı tədbirlər insanlarımız tərəfindən
razılıq hissi ilə
qarşılanır.
Hacıqabul rayonundan 13
yaşlı Tahirov Emil
Prezidentə təşəkkürünü belə ifadə edib: “Möhtərəm cənab Prezident! Sizi səmimi qəlbdən
salamlayıram. Ölkəmizdə pandemiya
ilə mübarizədə yaxşı nəticələr əldə
olunmasına görə Sizə təşəkkür edirəm.
Bu nəticələrdə Sizin böyük əməyiniz
var.
Azərbaycanda təhsilə böyük
diqqət göstərilir. Buna görə
də Sizə və Mehriban xanıma minnətdarlığımı
bildirir, yeni uğurlar arzulayıram. Hər şeyə
görə çox sağ
olun, əziz Prezidentimiz!”
Mingəçevir şəhərində
məskunlaşmış Ağdam rayonundan məcburi köçkün
Xuduyev Təvəkkül məktubunda
ölkəmizin dilbər guşələrindən birində anadan olduğunu, lakin mənfur ermənilərin
işğalçılıq siyasəti üzündən
elindən, yurdundan köçkün
düşdüyünü, hazırda
dövlət tərəfindən Mingəçevir şəhərində
salınmış Yeni Həyat qəsəbəsində
yaşadığını bildirir. Onun yazdığına görə, işsiz kimi qeydiyyatda olub. Xüsusi karantin rejimi ilə əlaqədar heç
bir işlə məşğul olmasa da, dövlətimiz onu birdəfəlik ödəmə ilə təmin
edir. O, bu maddi dəstəyə, eləcə də koronovirusla mübarizədə həyata
keçirilən digər tədbirlərə görə qəsəbə
sakinləri adından dövlət başçısına
minnətdarlığını ifadə edib:
“Allah Sizi və
xalqımızı qorusun!”
Yardımlı rayonundan
Canəliyev Alıqulu Bəgəli oğlu
və Mirağazadə Əhmədağa Mirağa
oğlu Prezidentə
ünvanladıqları məktubda ulu
öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanı
böyük bəladan
qurtardığını yaxşı
xatırladıqlarını, indi isə onun layiqli
davamçısı kimi Prezident
İlham Əliyevin xalqı bu ağır xəstəlikdən qurtarmaq üçün var gücü ilə
çalıışdığını qeyd
edirlər: “Siz vədlərinizi öz işinizlə sübut
etdirsiniz. Hər bir azərbaycanlı
Sizin üçün
insan amilindən yüksək bir amalın olmadığını dərk edir. Cənab Prezident, Siz çox uzaqgörən,
humanist, müdrik və
alicənab insansınız. Tutduğunuz bu haqq yolunda
Sizə uğurlar arzulayırıq. Bizə
göstərdiyiniz bu qayğı və
diqqətə görə Sizə Yardımlı rayonunun Sırıq və Tilə kəndlərinin
ağsaqqalları adından dərin təşəkkürümüzü
bildiririk”.
Bakının Nərimanov rayonundan olan sakinlər Mikayılov Səhrab Mürşüd oğlu, Həsənov Miri Bilal oğlu və İbrahimova Səmayə Abdulla qızı birgə məktublarında dünyəvi bəla olan koronavirusla bağlı ölkəmizdə görülmüş qabaqlayıcı tədbirlərə və xalqımızı böyük fəlakətdən xilas etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkürlərini bildirirlər. Onların fikrincə, yaşadığımız bu gərgin günlərdə vətəndaşlarımızın maddi vəziyyətinin nəzərə alınması, onların hərtərəfli qayğı ilə əhatə olunması xüsusi minnətdarlığa layiqdir: “Biz, sadə vətəndaşlar fəxr edirik ki, millətimizin qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var!”
Salyan rayonunun
Kərimbəyli kəndindən Fətiyev Aqil
Kamil oğlu, Hüseynov Orxan Mehdi oğlu, Vəliyeva Humay Xeybər qızı, Əkbərova Səbinə
Famil qızı, Mahmudov
Fərəhman Ağahüseyn oğlu və başqaları yazırlar:
“Hörmətli cənab Prezident! Bu gün dünyanın böyük bir bəla ilə
üz-üzə qaldığının şahidiyik.
Dünyada qlobal pandemiya
hesab olunan koronavirus (COVİD-19) infeksiyasının
ölkəmizdə yayılmasının
qarşısının alınması və vətəndaşlarımızın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə
verdiyiniz qərarlar, gördüyünüz
təxirəsalınmaz tədbirlər, ən əsası,
Sizin
çağırışınızla xalqımızın həmrəyliyə
dəvət olunması çox mühüm təşəbbüs və
addımlardan oldu.
Cənab Prezident, Siz hər zaman vətəndaşların
yanında olub, onların sevincinə də,
kədərinə də şərik
çıxmısınız. Biz Azərbaycan
xalqı olaraq inanırıq ki, Sizin rəhbərliyinizlə
bu çətin günlərdən də
alnıaçıq çıxacağıq. Yaşlı nəslin
nümayəndələri olaraq dövlətimiz
tərəfindən bizə göstərilən qayğıya
görə Sizə minnətdarıq. Siz
xalqımızın xilaskarısınız, Allah
da Sizi qorusun!”
Ucar şəhərindən
Maxsudov Hamiz və
Ələsgərov Xəzər də dövlət
başçısının Azərbaycan xalqının
sağlamlığı, sosial rifahı üçün göstərdiyi fədakarlıqları
çox yüksək qiymətləndirdiklərini
ifadə ediblər. Onların fikrincə, xalqımız bu ağır bəladan məhz Prezidentin həyata keçirdiyi
məqsədyönlü işlər, vaxtında gördüyü tədbirlər hesabına xilas ola bilib.
Azərbaycan lideri bütün
dünyaya sübut edib ki, hər bir işdə olduğu kimi, koronavirusla mübarizədə
də doğru yol tutmuşuq. Uğurlu yol seçmək və bu
yolla inamla
addımlamaq böyük bacarıq və
qətiyyət tələb edir. “Cənab Prezident, Sizi dəstəkləyir,
Sizə uzun ömür,
cansağlığı arzulayırıq! Siz
Azərbaycan xalqının fəxrisiniz!”
Goranboy rayonunun Qarqucaq kəndindən Nəcəfov İlham İsa oğlu Azərbaycan Prezidentinin apardığı siyasəti bəyəndiyini və alqışladığını bildirir, xüsusilə, pandemiya dövründə daim xalqın yanında olduğunu qeyd edir: “Biz Milli Qəhrəman ailəsi olaraq, daim Sizin qayğı və diqqətinizi hiss etmişik. Cənab Prezident, əminəm ki, Sizin Ali Baş Komandan kimi apardığınız ordu quruculuğu sayəsində milli ordumuz və xalqımız erməni mənfurlarını işğal edilmiş ərazilərimizdən qovub çıxararaq Azərbaycan bayrağını o torpaqlarda dalğalandıracaq”.
Yardımlı rayonunun
Ostayır kəndindən 90 yaşlı Nəbiyev Ağagül ulu öndər
Heydər Əliyevin dövründə uzun
illər məsul vəzifələrdə
çalışdığını, indiki
koronavirus zamanında xalqımızın
sağlamlığı üçün Prezident İlham
Əliyevin rəhbərliyi ilə atılan bütün
addımları dəstəklədiyini yazır: “Bir daha əmin oldum ki,
xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər
şeydən üstündür”.
O, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın
yaşadığı kəndin aztəminatlı ailələrinə
göndərdiyi ərzaq yardımının insanlar
tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir.
Bunlardan əlavə, Salyan rayonunun Qarabağlı kəndindən N.Xəlilov
adına tam orta məktəbin
şagirdləri Zeynallı Rəşidə və Rəşid,
Ağcabədi rayonunun Kürdlər kəndindən
şəhid anası İbrahimova Səringül
Məmməd qızı, Bakının Binəqədi rayonundan Qarabağ
müharibəsi veteranı Quliyev Abbas Heyder oğlu, Azərbaycan Vətən Müharibəsi
Veteranları İctimai Birliyi
Tərtər regional bölməsinin
üzvləri Məmmədzadə Vidadi
(1-ci qrup müharibə əlili),
Əliyev Mətləb (Çernobıl əlili), Məmmədov
Sətər, Məmmədov Ayaz və Heydərov
Nizami, Qubadlı rayonundan
məcburi köçkünlər Məmmədov
İsmayıl Hümmət oğlu,
Hacıyeva Vüsalə Bəhrəm qızı,
Dünyamalıyeva Pərvanə Vəliş qızı və
Hüseynova Nüşabə Kamran qızı, Cəbrayıl rayonundan məcburi köçkün
Muradov Nüsrət Qüdrət oğlu, Bakının Qaradağ rayonundan
Abdullayev Ayxan, Bərdə
rayonundan 7-ci sinif şagirdi Səlimov Sakit, Abşeron rayonunun Saray qəsəbəsindən Əməkdar
müəllim Hüseynova Təyyibə Yəhya
qızı, Bakının Səbail rayonundan
Həsənova Xədicə Fərrux qızı, Xocavənd rayonundan Xəlilzadə Zahid
Raqif oğlu, Salyan rayonunun Yeni
Uluxanlı kəndindən tələbələr
Süleymanlı Vüsalə İsrafil
qızı və Müslümov Maqsud Rizvan oğlu,
Zərdab rayonundan Abdullayev
Natiq Rahil oğlu, Mustafayev Mustafa Abış oğlu
və Əlyarlı Nürəddin İlqar
oğlu, Bakının Xətai rayonundan Ermənistandan qaçqın düşmüş Qaziyev
Murtuz Yaqub oğlu,
Bakının Qaradağ rayonunda
məskunlaşmış Füzuli rayonundan məcburi köçkün
İsmayılov Atabəy Xəzər oğlu
və başqaları koronavirusla
mübarizədə qəbul etdiyi
qabaqlayıcı və qətiyyətli qərarlara görə
Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildirirlər.
Suraxanıdan Əhmədov Rafiq Bəylər oğlu, Tovuzun Düz Qırıqlı kəndindən Məhərrəmov Ədalət, Daşkəsəndən Hüseynova Şəbnəm Firudin qızı, Cəlilabadın Əliabad kəndindən Şahzadə Rəvazi Sənaf oğlu, Salyanın Xələc kəndindən Ağabəyli Naseh Əlibəy oğlu, Rayon Mərkəzi Xəstəxanasının həkimi Ağabəyova Tehran, rayon sakini Mənəfova Vüsalə Sabir qızı, Bərdənin Dəymədağıldı kəndindən Məmmədov Rahib Rafiq oğlu, Zərdabdan Məmmədquliyeva Aysel, Masallıdan Rufullayeva Cəmilə Nəsirağa qızı, Sumqayıtdan Abbasova Ləman Cahangir qızı, Cəbrayıln Böyük Mərcanlı kəndindən Musayev Mahmud Musa oğlu, Göygöldən Əliyeva Bəsdi Qələndər qızı, Göyçayın İncə kəndindən Muradov Asif Qurban oğlu, Şirvandan Qasımova Fatma Məhəmmədəli qızı, Xəzər rayonunun Mərdəkan qəsəbəsindən Şirinova Mər ziyyə Cəmal qızı, Kürdəmir rayonundan Mürsəliyeva Gülnamə Əlağa qızı və Ağsunun Təklə kəndindən Sabirov Cüməqulu da Azərbaycan Prezidentinə təşəkkür məktubları ünvanlayıblar.
Paşa ƏMİRCANOV
Xalq qəzeti 2020.- 5 may.- S.6.