Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı
“Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikası Qanununun
97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifədən azad edilsinlər:
Aslan Kalbalı oğlu Kalbalıyev – Ali Məhkəmənin
hakimi
İlham Bayram
oğlu Əhmədov – Bakı Apellyasiya Məhkəməsinin hakimi
Fehruz Novruz
oğlu Abbasov – Şirvan Apellyasiya Məhkəməsinin
hakimi
Mübariz Rahil
oğlu Hüseynov –
Şəki Apellyasiya Məhkəməsinin
hakimi
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
S.QAFAROVA
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Bakı şəhəri,
5 may 2020-ci il
Xalq qəzeti 2020.- 6 may.- S.2.