Hər məktubda bir sevinc, hər sətirdə
təşəkkür...
Son zamanlar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubların sayını, sanbalını, sətirlərdə ifadə olunan hissləri, məktubların yazıldığı coğrafiyanın genişliyini görəndə Şərqin böyük mütəfəkkiri Mahatma Qandinin sözləri yada düşür: “Mən Hindistanın azadlığı uğrunda mübarizəyə başlayanda nə silahım vardı, nə qoşunum, nə də vəsaitim . Amma mənim xalqa inamım var idi, xalqın isə mənə etimadı. Həmin inam və etimadla nəyə nail olduqsa, hamı bilir”.
Doğrudur, İlham Əliyevin siyasi hakimiyyətə gəldiyi illərin Azərbaycanını Mahatma Qandinin dövrünün Hindistanı ilə müqayisə etmək mümkün deyil. Çünki ulu öndər Heydər Əliyev həmin vaxta qədər Azərbaycanı ayaq üstünə qaldırmışdı. Amma xalqın inam və etimadı məsələsi tam yerinə düşür. Söhbət ölkə əhalisinin dövlət başçımıza son bir neçə ayda göndərdiyi məktublardan gedir. Amma xalqın Prezident İlham Əliyevə olan inam və etimadı son 17 ilin hər ayında, hər günündə özünü göstərib və həmin tendensiya son zamanlar daha geniş miqyasda davam edir.
Bu da səbəbsiz deyil. Belə ki, Prezident əvvəllər xalqın arzu və istəklərini yerinə yetirdiyinə, sosial məsələləri daim gündəlikdə saxladığına, regionların sosial-iqtisadi inkişafını təmin etdiyinə, islahatların genişləndirilməsinə, milli dövlətçilik maraqlarını hər şeydən üstün tutduğuna, Aprel döyüşlərində ordumuzun qazandığı uğurlara, son iki-üç ildə beynəlxalq aləmdə Ermənistan rəhbərliyini dəfələrlə ifşa etdiyinə görə xalqın inam və etimadını qazanıb. Son üç-dörd ayda isə dövlət başçımızın poçtu görünməyən düşmənə – koronavirus pandemiyasına qarşı mübarizədə nümayiş etdirilən müdriklik və uzaqgörənliyə, tədbirlilik və qətiyyətə, canıyananlıq və xalqın mənafelərinin qorunduğuna görə çoxsaylı minnətdarlıq məktublarına ünvan olur. Həmin məktubların hamısı olmasa da, bir çoxu mətbuat səhifələrinə də çıxarılır və etiraf edək ki, oxuduğumuz və ya ekran – efir vasitəsilə eşitdiyimiz məktubların hamısında sadə insanların səmimi fikirləri, böyük sevgisi ilə rastlaşırıq.
Göygölün adına
layiq saf hisslər
Siyasi xəritəmizdəki yeni rayonlardan olan Göygöl sakinləri -- Aynur Hüseynova, Məsmə Əliyeva, Səidə Ələsgərova və başqaları xatırladırlar ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyi gündən bəri Azərbaycan hüquqi, dünyəvi və müstəqil ölkə kimi daim inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus yer tutur. Aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın Avropa və dünya strukturlarına inteqrasiyası, xalqımızın maddi və mənəvi inkişafının təmin olunması məqsədi daşıyır.
Son zamanlar isə “bütün
dünyanı zəbt etmiş COVID-19
pandemiyası dövlətimizi də
qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu
bəladan da şərəflə və üzüağ çıxacağıq.
Vətəndaşların sağlamlığı Sizin üçün hər
şeydən önəmlidir. Sizin
çıxışlarınız,
açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə
ocaqları bunun bariz
nümunələridir”.
“Gənclər şəhəri”ndən
yazırlar
Sumqayıt sakini Mehrəngiz Qurbanovanın fikrincə, dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Azərbaycan xalqın xilaskar Prezidentinin uzaqgörən siyasəti sayəsində bu bəladan minimum ziyan gördü. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən əhalinin mütəmadi olaraq məlumantlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər Prezidentin yüksək liderlik, təşkilatçılıq qabiliyyətinizin nəticəsidir”.
Siz hər bir azərbaycanlının
layiqli Prezidentisiniz!
Bu, Laçın Rayon Ağsaqqallar Şurasının
sədri Ağayar İsmayılovun qətiyyətidir. İxtiyar
soydaşımız yazır
ki, ölkəmizdə
koronavirus pandemiyasının
geniş yayılmasının
qarşısının alınması
istiqamətində cənab
İlham Əliyevin rəhbərliyi ilə görülən işlər
xalqımızın bu
bəladan qorunmasında
böyük əhəmiyyət
kəsb etdi: “Həmişə olduğu
kimi, bu çətin günlərdə
də xalqımızın
ən etibarlı arxa və dayağı
kimi vətəndaşlarla
birlikdə olmağınız,
hər bir ailənin rifah halını və sağlamlığını düşünərək,
bu istiqamətdə göstərdiyiniz maddi və mənəvi dəstək bir daha nümayiş etdirir ki, Siz
hər bir Azərbaycan vətəndaşının
layiqli Prezidentisiniz...
İnanırıq ki, ölkəmiz
Sizin müdrik rəhbərliyiniz sayəsində
tezliklə bu bəladan xilas olacaq, həyatımız
əvvəlki axarına
düşəcəkdir”.
Bu virus ölkəmizin cəzaçəkmə
müəssisələrində yayılmadı
Dövlət başçımıza ünvanlanan
məktubların hamısı
qətiyyətli olduğu
qədər də kövrək və səmimidir. Şuşadan məcburi köçkün
düşüb Şamaxıda
yaşayan Cavanşir Əbilovun məktubu isə daha səmimi
və ürəkdən
gələndir:
“Mənim oğlum
məhkumluq həyatı
yaşayır. Tez-tez bizimlə telefon
əlaqəsi saxlayır.
Sizin qabaqlayıcı tədbirləriniz,
qayğıkeşliyiniz sayəsində
cəzaçəkmə müəssisələri
də bu bəlaya qarşı tam gücü ilə mübarizə aparır.
Gördüyünüz işlər müsbət
nəticələrini verməkdədir.
Oğlumun dediyinə görə,
cəzaçəkmə müəssisələrində
hər gün dezinfeksiya işləri, antisanitariya tədbirləri
yüksək səviyyədə
aparılır. Bütün bunların
nəticəsidir ki, başqa ölkələrdən
fərqli olaraq Azərbaycandakı cəzaçəkmə
müəssisələrində bu virus yayılmadı”.
Kənd
təsərrüfatını da unutmursunuz
Ağdaş Suvarma Sistemləri
İdarəsinin kollektivi
adından dövlət
başçımıza məktub
ünvanlayan Əməkdar
mühəndis Əhliman
Hacıyev yazır ki, bütün dünyanı dəhşətə
gətirən koronavirus
pandemiyası beş gün tez, beş gün
gec mütləq təslim ola caq. Xüsusilə, Prezident İlham Əliyev kimi müdrik və uzaqgörən siyasət yeritməyi bacaran liderin rəhbərlik etdiyi ölkələrdə
həmin proses daha tez baş
verəcək. Ona görə də bu çətin günlərdə də kənd təsərrüfatının
diqqət mərkəzində
saxlanılması əsl
müdriklik nümunəsidir:
“Meliorasiya və su təsərrüfatı
sahəsinə göstərdiyiniz
diqqət və qayğı, Sizin rəhbərliyinizlə ölkəmizdə
bu sahədə həyata keçirilmiş
önəmli genişmiqyaslı
layihələr sayəsində
əkin sahələrinin
suvarma suyu ilə təminatı yaxşılaşdırılır, kənd təsərrüfatı
məhsullarının istehsalı
artır. Bütün bunlar bir daha sübut edir ki, xalqımızın
gələcəyi əmin
əllərdədir”.
Sabaha ümidlə baxırıq
Prezidentə Şirvan şəhərindən
məktub ünvanlayan
Əməkdar bədən
tərbiyəsi və
idman xadimi Vaqif Cəfərov bu fikirdədir. O, yazır
ki, pandemiya ölkələrin iqtisadiyyatına
və əhalisinə
böyük zərər
vurdu: “Amma bizim ölkəmiz Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz
və iradəniz sayəsində pandemiyaya qarşı mübarizədə
də öncüllər
sırasındadır. İnsanlarımızın daha az zərər
görməsi, güclü
iqtisadiyyatımızın qorunub saxlanması istiqamətində atdığınız
addımlar, həyata keçirdiyiniz qabaqlayıcı
tədbirlər bir vətəndaş, idman veteranı kimi, məni sevindirir, işıqlı sabahımıza
ümidlə baxmağa
ruhlandırır”.
Dağlar
diyarından Heydər
Əliyev Fonduna minnətdarlıq
Qusarın Yasab kəndindən dövlət başçımıza
minnətdarlıq məktubu
ünvanlayan Mafiyat Bədəlovanın fikrincə,
xalqımızın sosial
rifahının və
sağlamlığının dövlətimiz üçün
ən ümdə vəzifə olması vətəndaşların hamısını
sevindirir. İnsanlar çətin koronavirus dövründə bunun bir daha şahidi
oldular: “Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan fondun bizə yardım etməsinə, bizi sevindirməsinə görə
Sizə “Çox sağ olun!”
deyirik. Allah Sizə və Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı versin!
Ümid
edir və inanıram ki, dünyanı ağuşuna
alan bu
COVID-19 infeksiyası tez
bir zamanda başımızın üstündən
gedəcək, Azərbaycan
yenidən çağlayan
və dinamik inkişaf edən həyatına dönəcək”.
Müraciətlərin əks-sədası
Gədəbəydən Ənvər İsgəndərov, Şahin
Kazımov, Həsrət
Məhərrəmov, Famil
Alıyev və başqalarının dövlət
başçımıza ünvanladığı
məktubda qeyd edilir ki, dünyada
gözlənilmədən yayılan
koronavirusla əlaqədar
ölkə rəhbərliyinin
gördüyü qabaqlayıcı
tədbirlər Azərbaycan
xalqını yaşaya
biləcəyi acınacaqlı
vəziyyətdən çıxartdı.
Bir çox ölkələr
isə bu bəlaya hazırlıqsız
yaxalandı və təsirli tədbirlər görə bilmədiyindən
kütləvi yoluxma və ölüm hallarına məruz qaldı. Bu müqayisə
özlüyündə Azərbaycanın
qüdrətinin təzahürüdür.
“ Cənab Prezident, Sizin və Mehriban
xanım Əliyevanın
xalqa müraciətlərinizdə
yer alan fikirlər, görülən
əməli tədbirlər
xalqa nə qədər bağlı olduğunuzu bir daha göstərdi. Xalqımız da Sizə bağlıdır və Sizi sevir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”
Sizə daim sağlamlıq və firavan həyat arzu edirik”.
Vətəndaşlara fərdi şəkildə diqqət
yetirilir
Bu, Qəbələ rayonunun
Vəndam qəsəbəsindən
dövlət başçımıza
məktub ünvanlayan
Nuriyə Çələbizadənin
fikiridir. O yazır: “ Dünyada cövlan
edən koronavirusun ölkəmizdə yayılmasının
qarşısını almaq
məqsədilə gördüyünüz
tədbirlər sözlə
ifadə olunmayacaq qədər əvəzsiz
və təqdirəlayiqdir.
Bütün vətəndaşlara ayrı-ayrılıqda diqqət
yetirməyiniz bizləri
çox sevindirir.
Bir müəllim kimi bizə xüsusi diqqət göstərməyiniz,
xüsusilə virtual məktəb
layihəsi məni və şagirdlərimi çox sevindirdi. Biz
dərslərlə davamlı
şəkildə məşğul
oluruq… Belə çətin anlarda vətəndaşlara göstərdiyiniz
qayğı və yardım hər bir insanın həyatının Sizin üçün
nə qədər dəyərli olduğunu təcəssüm etdirən
ən bariz nümunədir. Sizə hər zaman
dəstəyik”.
Naxçıvanlı tələbə:
Siz bu xalq
üçün çalışırsınız
Dövlət İdarəçilik
Akademiyasının tələbəsi, Naxçıvan şəhərində
doğulub böyümüş
Sultan Məmmədzadə yazır ki, təməli ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulan müstəqil Azərbaycanın bugünkü inkişafı Sizin
müvəffəqiyyətlə davam etdirdiyiniz uğurlu
siyasətlə bağlıdır: “Hazırda dünyada sürətlə yayılan koronavirus pandemiyasının Azərbaycanda
yayılmasının qarşısını almaq
məqsədilə hazırlanan və həyata keçirilən
dövlət proqramı bir daha sübut edir ki, Siz
bu xalq üçün
çalışırsınız və hər zaman hər bir vətəndaşınızın
yanındasınız”.
Pensiyaçı müəllim: Sizin
çağırışınız xalqı həmrəy etdi
Şirvan şəhərinin sakini, pensiyada olan müəllim
Laləzər Məmmədova yazır ki, dünyada qlobal pandemiya hesab olunan koronovirus
infeksiyasının ölkəmizdə yayılmasının
qarşısının alınması və vətəndaşlarımızın,
xüsusilə də məktəblilərin, 65 yaşdan
yuxarı olan insanların
təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, gördüyünüz
təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınız ətrafında
xalqımızın həmrəyliyə dəvət
olunması çox mühüm
təşəbbüs və addımlardan oldu:
“ Siz hər zaman vətəndaşların
yanında olub, onların sevincinə də,
kədərinə də şərik
çıxmısınız, öz
qayğınızı əsirgəməmisiniz. Biz, Azərbaycan xalqı olaraq
inanırıq ki, məhz Sizin
rəhbərliyinizlə bu çətin
günlərdən də alnıaçıq
çıxacağıq”.
Bütün məktublar barədə
söz aça bilməsək
də...
Yuxarıda qeyd etdiyimiz kimi, məktublar yüzlərlədir və onların hamısı barədə qəzet səhifəsində söz açmaq mümkün deyil. Amma bəzi məktub müəlliflərinin adlarını sadalanmaq istərdik. Qubadan Minbər Osmanov, Füzuli rayonundan Ağayar Səfiyarov, Bakıdan Elnur Kərimov, Qaxdan Elmir Həşimli, Ucardan Mirzağa Soltanov, Lənkərandan Rafiq Ağayev, Kürdəmirdən Rüfət Babaşov, Zaqataladan Gülafət Qurbanova, Cəbrayıldan Nüsrət Hümbətəliyev, Ağsudan Sübhan Bəşirov, Şəkidən Xatırə Qənbərova, Ağcabədidən Fəxri Əsədov, Ağstafadan Günay Məmmədli, Masallıdan Amin Rəhimli, Qubadan Faiq Abduləlimov, Beyləqandan Orxan Quliyev və digər soydaşlarımızın hər biri Prezident İlham Əliyevə göndərdikləri məktubda günün reallıqlarını müxtəlif dormada qələmə alırlar. Amma bütün məktubların əsas qayəsi belədir: “Cənab Prezident, biz Sizə minnətdarıq və daim Sizi dəstəkləyirik!”
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti 2020.- 6 may.- S.3.