Prezident İlham Əliyev: Biz
heç bir sosial layihəni dayandırmayacağıq
Baxmayaraq ki,
dünya iqtisadiyyatı böhran
içindədir, Azərbaycan iqtisadiyyatına da,
bu, mənfi təsir göstərir. Neftin qiyməti üç
dəfə aşağı düşüb.
Amma, mən demişəm, bir
daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik.
Azərbaycan sosial dövlətdir və
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır.
İlham ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
4 aya yaxındır ki, bəşəriyyətin başı üzərini almış koronavirus kabusu tüğyan etməkdədir. Dünyanın əksər ölkəsini – hətta supergücə qadir dövlətləri çətin vəziyyətə salmış, ağır itkilərə məruz qoymuş bu təhlükəli virus sanki hamıya meydan oxuyur. Bir sıra ölkələr iqtisadi tənəzüllə məruz qalmış, çoxlu sayda insan tələfatı ilə üzləşmiş, iş yerləri itirilmiş, əhali ciddi çətinliklərlə qarşı-qarşıya qalmışdır. Azərbaycan da dünyanın bir parçası olduğundan bu kabusun fəsadlarından yan keçə bilməyib. Ancaq bizim ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri – ABŞ, İtaliya, İran, İspaniya, Çin, Almaniya və digərləri ilə müqayisədə pandemiyadan az itki ilə çıxmağı bacarır. Bunun əsas səbəbi dövlət başçımızın düşünülmüş siyasi kursu və insan amilinə verdiyi yüksək dəyərdir.
İnsan amilinə verilən
dəyər
Bu il aprelin
17-də Prezident İlham
Əliyev Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Sahil
Babayev və İqtisadiyyat
naziri Mikayıl Cabbarovun
iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda da bir daha
vurğuladı ki, bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Dövlətimizin başçısı diqqətə
çatdırdı ki, insanların sosial müdafiəsini daha
da gücləndirməliyik.
Vurğuladı ki, biz
dərhal pandemiyaya qarışı
mübarizə ilə ciddi məşğul
olmağa başlamışıq.
Xalqımız da bunu
yaxşı bilir, gündəlik həyatında
hiss edir və görür. Azərbaycan
xalqı yaxşı bilir ki,
biz dərhal bu məsələ
ilə ciddi məşğul olmağa başlamışıq. Ölkə
başçısı bildirdi ki, pandemiyadan ən çox zərər çəkən sahələrdə
işləyən insanların əməkhaqlarının əhəmiyyətli
hissəsi dövlət tərəfindən ödənilir.
Qeyd edildi ki, bu kateqoriyaya
aid olan insanların
sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə
yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin
edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə,
ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan
dövlətdən maddi dəstək
alır.
Dövlət sektorunda
işləyənlərin əməkhaqları tam
ödənilir. Hazırda bir milyona yaxın insanın böyük
əksəriyyəti işləmir, ancaq
dövlət onların maaşını verir.
Bütün bunlar bir daha Azərbaycan
dövlətinin humanitar siyasətə böyük önəm verdiyinin
göstəricisidir. Bugünkü
ağır vəziyyətdə həyata keçirilən tədbirlər,
sosial layihələrin icrasının davam etdirilməsi bir daha onu göstərir ki, ölkə Prezidentinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Dövlət başçısı nəyi
bəyan edirsə, onu da
yerinə yetirir.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə Qoşulmama Hərəkatının
Təmas Qrupu formatında keçiriləm
Zirvə görüşü bir daha təsdiqlədi ki, bütün çərinliklərə,
qarşıya çıxan problemlərə, hətta bəşəriyyətin
başı üzərini almış koronavirus
pandemiyasının tüğyan etməsinə
baxmayaraq, ölkəmiz
qarşıya qoyduğu vəzifələrin
icrasında israrlıdır, iri infrastruktur layihələrinin, xüsusilə sosial layihələrin
reallaşdırılmasında heç bir maneə ola bilməz.
Ölkə başçısının düzgün
müəyyənləşdirdiyi siyasi kurs sayəsində bu humanist proses bundan sonra da
davam etdiriləcək.
Dövlətimizin başçısı da
bu məsələlərə münasibət
bildirərkən deyib:
“Bütövlükdə deyə bilərəm ki,
bizim siyasətimiz konseptual
xarakter daşıyır və
ardıcıllıqla icra edilir.
Əgər son 16 ilin
tarixinə geniş nəzər
salsanız, görərsiniz ki, heç bir addım təsadüfi
olmayıb. Hər bir addımın
arxasında çox böyük
təhlil və böyük məqsədlər
dayanır”.
Sosial proqramlar
ixtisar edilmir
Göründüyü kimi, pandemiya
təhlükəsi ölkəmizi tutduğu
yoldan – sosial layihələrin
uğurlu icrasından dayandıra bilməyib.
Ölkə başçısı da bunu qətiyyətlə bildirərək deyib ki, biz
heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik.
Faktlar da təsdiqləyir
ki, bu çətin
dövrdə sosial layihələrin
icrası uğurla davam
etdirilir . Bu sahədə
görülən işlərdən bir
neçəsini diqqətə çatdırmaq istərdik.
Martın 18-də Abşeron dairəvi dəmir
yolunun Pirşağı- Görədil-Novxanı-Sumqayıt
hissəsinin yenidənqurmadan sonra
açılışı olub. Prezident İlham Əliyev
açılışda iştirak edib.
Yenidən qurulan
Pirşağı-Görədil- Novxanı-Sumqayıt sərnişin
xəttinin açılışı ilə Abşeron
dairəvi dəmir yolu tam
istismara verilir. Abşeron dairəvi dəmir yolu
xəttinin istismar uzunluğu
91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə
198 kilometrdir.
Martın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər. Bu layihənin icrası üçün 2017-ci ilin fevralında agentliyə Hövsan qəsəbəsində 20 hektar ərazi ayrılıb. Layihələndirmə zamanı kompleksdə həyətyanı sahələrin, uşaq meydançalarının salınması üçün geniş ərazi ayrılıb, yaşıllaşdırma və abadlaşdırma işlərinə xüsusilə diqqət yetirilib. Burada, ümumilikdə, 11 yaşayış binası inşa olunub ki, onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin tikintisində və mənzillərin təmirində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır.
Burada, həmçinin 1920 şagird yerlik məktəb
binası da inşa olunub. Tam orta
məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə
məşğul olmaq üçün
bütün şərait var.
Sinif otaqları zəruri tədris
avadanlığı ilə təchiz edilib.
Bu təhsil ocağında yaradılan
şərait son illərdə ölkədə
təhsil sahəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
aparılan işlərin ardıcıl xarakter
aldığını göstərir. Kompleksdə hər biri 90 yerlik olmaqla iki uşaq
bağçası da inşa
olunub. Burada
balacaların istirahətinin və asudə vaxtlarının səmərəli
təşkili üçün geniş imkanlar var.
Koronavirus kabusunun
tüğyan etməsinə baxmayaraq, dövlət başçısı
və birinci xanım reallaşdırılan
daha bir sosial layihənin açılışında
iştirak etdilər. Söhbət
martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin
açılışından gedir. Bu klinika müvəqqəti olaraq,
koronavirusa yoluxan və
ağır simptomları olan xəstələrin
ixtiyarına verilsə də, əsas məqsəd əhalinin
sağlamlığının qorunması istiqamətində
qarşıya qoyulan növbəti vəzifələrin
icrasıdır. Çünki bu tibb ocağında
quraşdırılan avadanlıq istər müalicə,
istərsə də müayinə işini
ən yüksək səviyyədə və dəqiqliklə
yerinə yetirməyə hərtərəfli imkan
verir. Tibb ocağı
575 çarpayılıqdır. Burada cərrahiyyə,
terapiya, təcili tibbi
yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət
göstərəcək. Xəstəxanada 1500-dən artıq
həkim və tibbi heyət çalışacaq.
Dövlət başçısının qeyd
etdiyi kimi, bu səhiyyə ocağı Azərbaycanda təchizat
baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət
baxımından aparıcı xəstəxanadır.
Dövlət başçısının tapşırığı ilə reallaşdırılan sosial layihələrin növbəti açılışı aprelin 24-də, pandemiyanın sürətlə yayıldığı, dünyanın supergüc dövlətlərini çaşqın vəziyyətə saldığı bir vaxtda baş tutdu. Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı oldu. Bu kəmər böyük əhəmiyyət kəsb edir. Çünki Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bu layihənin reallaşdırılması imkan verdi ki, Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin edilsin. Hətta, gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaranacaq. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır. Eyni zamanda, əhalini təbii qazla təmin etmək işində önəmli addımdır.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması daim
dövlətin diqqət mərkəzində
saxladığı prioritet vəzifədir.
Hətta hazırkı çətin və
mürəkkəb bir dövrdə – dünya iqtisadiyyatı böhran
içində olduğu və Azərbaycan
iqtisadiyyatına da bunun
mənfi təsir göstərdiyi, dünya
bazarında neftin qiymətinin üç dəfə aşağı düşdüyü bir vaxtda bu qəbildən olan insanlar üçün
nəzərdə tutlmuş sosial layihələrin icrası təxirə
salınmayıb. Bunu aprelin 24-də dövlət
başçısının Sumqayıt şəhərindəki
yataqxanalarda müvəqqəti məskunlaşan
3042 məcburi köçkün ailəsi
üçün Abşeron
rayonu ərazisində yaşayış
binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi
ilə tanış olması da təsdiqlədi.
Xatırladaq ki, ölkə
Prezidentinin tapşırığı əsasında
Neft Fondundan
ayrılmış vəsait hesabına Abşeron
rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsində
iki qəsəbə salınır. Qəsəbələrdən
biri 1890 ailə, digəri isə 1152 ailə
üçün nəzərdə tutulur. Birinci qəsəbədə
1512 şagird yerlik məktəb,
280 yerlik uşaq
bağçası, klub icma
mərkəzi olacaq. Hazırda tikinti işləri davam etdirilir. Tikinti işlərinə
2200 işçi qüvvəsi cəlb olunub. Pandemiyanın törətdiyi fəsadlara
baxmayaraq, bu il noyabr ayının
sonlarına bu qəsəbə tam hazır olacaq. Qəsəbələrdə,
ümumilikdə, 3 min 42 ailə məskunlaşacaq.
Bütün bunlar
göstərir ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması məqsədilə
reallaşdırılan tədbirlər ardıcıl xarakter alıb.
Sözlə əməl uzlaşanda
Faktlar da
təsdiqləyir ki, dövlət
başçısının verdiyi vədlərin
hamısı öz təsdiqini tapır.
Sözlə əməl arasında fərq olmayanda
xalqın dövlət başçısına olan inamı daha da artır, iqtidar-xalq vəhdəti
daha sıx tellərlə bağlanır.
Koronavirusun ciddi fəsadlar törətdiyi və bəşəriyyəti vahiməyə saldığı bir vaxtda Prezident İlham Əliyevin əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan sosial layihələrin icrası ilə yerində tanış olması və bu barədə müvafiq tapşırıqlar verməsi xalqın gələcəyə olan inamını daha da artırır. Dövlət başçısı da bu məqamı xüsusi vurğulayaraq deyib: “Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, – mənə minlərlə təşəkkür məktubları gəlir, – həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik... Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 7 may.- S.1.