Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası­nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 610; 2009, ¹ 10, maddə 779; 2016, ¹ 4, maddə 661, ¹ 6, maddə 1064, ¹ 11, maddə 1840; 2017, ¹ 6, maddə 1083; 2018, ¹ 12 (I kitab), maddə 2600; 2019, ¹ 5, maddə 838, ¹ 8, maddə 1408) 2.2-3-cü bəndinə “Bakı Nəqliyyat Agentliyi” sözlərindən sonra “, Azərbaycan Respublika­sı Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 may 2020-ci il

Xalq qəzeti  2020.- 14 may.- S.1.