Donald Tramp: Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir

 

Beləliklə, bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 fevral 2020-ci il

 

Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk.

 

Donald TRAMP

ABŞ Prezidenti

Vaşinqton, 14 may 2020-ci il

 

Azərbaycanın beynəlxalq aləm üçün tam açıq olması, müstəqil xarici siyasət yeritməsi, dövlət idarəçiliyində dünya ölkələrinin mütərəqqi təcrübələrinə isti­nad edilməsi, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində ardıcıl addımların atılması, xüsusən, idarəetmənin bütün sahələrini əhatə edən islahatların gündən-günə dərinləşdirilməsi beynəlxalq aləmdə hamı tərəfindən yüksək qiymətləndirilir. Artıq işğalçı Ermənistan istisna olmaqla, dünyanın bütün ölkələri rəsmi Bakı ilə əməkdaşlığa böyük önəm verirlər. Məhz həmin tendensiya­nın nəticəsidir ki, gənc müstəqil dövlətimizin dostları durmadan artır.

Bu ictimai-siyasi proses hadisələr ölkəmizin ənənəvi dostları ilə olan əməkdaşlığının genişləndirilməsinə növbəti sti­mul olur, yeni imkanlar yaranır. Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda ölkələrimiz arasındakı ənənəvi dostluq əməkdaşlığın yeni müstəviyə qalxdığı vurğu­lanır. Qeyd edilir ki, Birləşmiş Ştatlar Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını mənbələrini şaxələndirmək iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər.

ev rəhbəri ölkələrarası əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirərək deyir: “Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq azad­lıqları qoruyan bütün addımla­rın atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı sülh yolu ilə həlli üçün danışıq­ların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Xatırladaq ki, bu xoş münasibətlər qarşılıqlıdır. Məsələn, Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev bu il fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin baş­çılıq etdiyi nümayəndə heyətini qəbul edərkən BakıVaşinqton əməkdaşlığının zəngin tarixindən, uğurlu bugünündən perspektivli gələcəyindən danışmış, çoxsaylı arqument faktları yada salmış­dır: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm. Bu, həqiqətən yaxşı ənənəyə çevrilib... 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik Cənub Qaz Dəhlizinin istismara verildiyini rəsmi ola­raq elan etdik. Sonra, əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı... Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft qaz kəmərləri, istərsə enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib”.

Həmin görüşdən iki gün sonrafevralın 28-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilirdi. Dövlətimizin başçısı həmin toplantıdakı nitqində Azərbaycan -- ABŞ əməkdaşlığı barədə dəyərli fikirlər səsləndirmişdi: “Mən Birləşmiş Krallıq Amerika Birləşmiş Ştat­ları hökumətlərinə Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu proses 1990-cı illərin ortasından başlamışdır. O zaman Azərbaycan öz neft qaz poten­sialını xarici investorlar üçün açıq elan etdi. Azərbaycan Xəzər regi­onunda xarici şirkətlərə sərmayə yatırmaq Xəzər dənizində neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə idi. Ötən 25 ildən artıq müddət ərzində Amerika Birləşmiş Ştatları Birləşmiş Krallığın hökumətləri Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı –Tbilisi --Ceyhan neft kəməri, Bakı –Tbilisi --Ərzurum qaz xətti Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icra­sına böyük töhfələr vermişdir”.

Xatırlatmaq yerinə düşər ki, BakıVaşinqton əməkdaşlığı qanunverici orqanlar arasında da özünəməxsus inkişaf yolu keçmişdir. Məsələn, ötən il no­yabrın 12-də ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Bakıda Mil­li Məclisin Azərbaycan --ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan --ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycanda gedən islahatlar, ölkəmizin təşəbbüskarı iştirak­çısı olduğu irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verdi. Bildirdi ki, dünyada regionda gedən neqativ proseslərə baxma­yaraq, ölkəmizdə sabitlik hökm sürür ölkə iqtisadiyyatı sürətlə inkişaf edir.

Söhbət zamanı qonaqlara Azərbaycanda multikulturalizm tolerantlıq ənənələri barədə məlumat verilərək bildirildi ki, ölkəmizdə milli dini tolerantlıqla bağlı vəziyyət, konfessiyalararası dözümlülük, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarak­ter daşımışdır. Dünyada multikul­turalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan bütün dinlərin həmrəyliyinə çalışan ölkə kimi ad qazanmışdır.

Əməkdaşlığın tarixinə gəlincə isə xatırladaq ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı­da Krasnovodsk küçəsi 8 ünvanın­da ABŞ-ın nümayəndəliyi açılmış, nümayəndəliyə vitse-konsul Ran­dolf rəhbərlik etmişdir. SSRİ-nin sü­qutu soyuq müharibənin bitməsi ilə keçmiş sovet respublikaları, o cümlədən, Azərbaycan müstəqillik qazanmışdı. Gənc müstəqil dövlətimizin zorən üzləşdiyi Dağlıq Qarabağ problemininvüsət aldığıdövrdə ABŞ rəsmisi Madlen Olbrayt Bakıda səfərdə olmuş, 1994-cü il sentyabrın 20-də imzalanmışƏsrin müqaviləsiilə ABŞ, Xəzərin kar­bohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün Azərbaycanla ilk müqaviləni təsdiq etmişdir.

2001-ci ilin 11 Sentyabr hadisələrindən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin at­dığı addımlar Bakı -- Vaşinqton əməkdaşlığında yeni mərhələnin başlanğıcı olmuşdur. Diploma­tik əməkdaşlığın başlanmasına gəlincə, yada salaq ki, 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, həmin ilin noyabrında isə Azərbaycanın ABŞ-da səfirliyi açılmışdır. Hazırda diplomatik münasibətlər yüksək səviyyədədir.

 

 İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2020.- 16 may.- S.3.