Xalq Prezidentin COVİD-19-la mübarizədə
atdığı addımları dəstəkləyir
Azərbaycanda koronavirus
pandemiyasının yayılmasına qarşı dövlət
səviyyəsində mübarizə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
görülən ardıcıl tədbirlər nəticəsində
artıq xüsusi karantin
rejiminin yumşaldılması istiqamətində
addımlar atılır. Bütün bunlar ölkədə görülmüş
qabaqlayıcı tədbirlərin səmərəliliyindən
xəbər verir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki,
dövlətin qarşısında duran əsas
vəzifə yoluxma hallarının
artmasına yol verməmək, yoluxma zəncirini qırmaqdır. Bu istiqamətdə atılan addımları
Azərbaycan dövlətinin, şəxsən Prezident
İlham Əliyevin və Azərbaycan səhiyyəsinin
böyük qələbəsi hesab etmək olar.
Prezidentin təşəbbüsü
ilə həm də pandemiyadan ən çox zərər çəkən sahələrdə
işləyən insanların əmək haqlarının əhəmiyyətli
hissəsi dövlət tərəfindən
qarşılanıb. Bu kateqoriyaya
aid olan 600 minə
yaxın insan dövlətdən maddi dəstək alıb. Dövlət sektorunda işləyənlərin əmək
haqları tam ödənilib. Bu, bir daha
Azərbaycan dövlətinin humanist mahiyyətini
göstərir. Bir daha
təsdiq olunur ki, Azərbaycan
Prezidentinin siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır.
Eyni zamanda, 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələrinin müalicəsi davam etdirilir. Bölgələrdəki mərkəzi rayon xəstəxanalarında da xəstələr yerləşdirilib. Dövlət başçısının göstərişi ilə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana da inşa edilməkdədir.
Bütün bu tədbirlərlə əlaqədar Azərbaycan
Prezidentinə ünvanlanan minlərlə
vətəndaş məktubundan da görünür ki, xalq dövlət tərəfindən görülmüş işləri yüksək
qiymətləndirir. Xüsusən insanların sosial
müdafiəsinin daha da
gücləndirilməsi ilə bağlı tədbirlər əhali
tərəfindən razılıq hissi ilə
qarşılanır.
Biləsuvar rayonunun
Ağayrı kəndindən şəhid atası
Əlifağa Qafar oğlu
Haxverdiyev təşəkkürünü
belə ifadə edib: “Hörmətli cənab
Prezident! Xalqımızın bu çətin və ağır günlərində
Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir.
Sizin göstərişinizlə aztəminatlı
ailələrə yardımın verilməsi çox
humanist bir qərardır.
Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki,
yaşadığım kəndin sakinləri adından Sizə
və ailənizə təşəkkürümü
çatdırım. Mən və ailəm hər gün namazda Sizə dualar edirik. Allah Sizə hər zaman
cansağlığı versin, bəla
görməyəsiniz. Ulu Tanrı bütün işlərinizdə Sizə
yardımçı olsun! Sizin
hər bir uğurlu
işinizə ürəkdən sevinirik”.
Abşeron rayonunun Masazır kəndində
məskunlaşmış Laçın rayonundan
məcbur köçkün Afil Qəzənfər oğlu
İsmayılov böyük qürur hissi duyduğunu bildirir ki, Azərbaycan Prezidenti bütün Azərbaycanı koronavirus
bəlasından az itkilərlə
qurtarmaqdadır. Karantin
dövründə ölkə üzrə ehtiyacı olanlara, qocalara dövlət
tərəfindən ərzaq və maddi
yardımların verilməsi də humanist
addım olaraq əhali tərəfindən
alqışlarla qarşılanır. “Allah
Sizi, dövlətimizi, xalqımızı
bu böyük bəladan
qorusun! Sizə səmimi təşəkkürümü
bildirirəm. Cənab
Prezident, biz Sizinləyik
və hər zaman Sizinlə olacağıq”.
Xızı rayonunun Giləzi
qəsəbəsindən Hacıxıdır
Mirzəbala oğlu Cabarov dövlət başçısına ünvanladığı
məktubda qeyd edir ki, cənab
Prezidentin düşünülmüş
siyasəti sayəsində
Azərbaycan inamla öz gələcəyini
qurur, müstəqilliyinin
və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində
böyük uğurlar
qazanır. Bu gün Azərbaycan öz sabitliyini və inkişafını
təmin edən ölkədir. Bu sabitlik və inkişaf koronavirus pandemiyasının öhdəsindən
gəlməyə də
kömək etdi.
O, daha sonra yazır: “Cənab Prezident, mənim 89 yaşım, 7 nəvəm
və 7 nəticəm
var. Yorulmaz fəaliyyətinizə
görə böyük
ailəmin adından Sizə minnətdarlığımı
bildirirəm. İnşallah, Sizinlə Qarabağda da zəfər yürüşü keçirəcəyik”.
Koronavirus
pandemiyasına qarşı
aparılan mübarizə
sahəsində Azərbaycanın
dünyanın inkişaf
etmiş ölkələrini
geridə qoyduğunu qeyd edən Lerik rayonu, Siyov
kəndindən Səxavət
Sənan oğlu Bayramov bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının
baş direktoru Azərbaycanın bu mübarizədə nümunəvi
ölkə olduğunu
bəyan edərək,
Prezident İlham Əliyevə iki dəfə təşəkkür
məktubu ünvanlayıb
və bir sıra ölkələrə
respublikamızın bu
sahədəki təcrübəsindən
yararlanmağı tövsiyə
edib: “Cənab Prezident, gərgin fəaliyyətiniz nəticəsində
qazanılan uğurlara
görə Sizə dərin təşəkkürümü
bildirirəm. Biz Sizin rəhbərliyinizlə
hər zaman güclüyük”.
Masallı rayonundan Samit Nuriyev yazır: “Möhtərəm cənab
Prezident! Biz masallılılar
həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır
günlərdə xalqla
olub, həmişə
vətəndaşlara dəstək
göstərmisiniz. Koronavirus pandemiyasının
dünyanı ağuşuna
aldığı bir vaxtda Siz yenə
də bizimləsiniz.
İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi
karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa
düşürük ki,
sağlam qalmaq və normal həyatımıza
dönmək üçün
özümüzü müvəqqəti
olaraq təcrid etməli və evdə qalmalıyıq.
Cənab Prezident, bu çətin dönəmdə əhalinin
həssas qrupuna aid olan insanlara göstərdiyiniz dəstəyə
görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.
Qax rayonundan Ağa Ramazanov, Bahar Həsənova, Elnur Məmmədli, Ayxan Abdullayev, Rövşən
İbrahimov, Elnur Əhmədli yazırlar ki, xalqımız əsl imtahan qarşısında olsa da, dövlət başçısının uzaqgörən
siyasəti sayənizdə
bu çətinlikdən
uğurla çıxır.
Ən güclü ölkələri belə
sarsıtmış koronavirus
pandemiyasının ölkəmizdə
geniş yayılmasının
qarşısının alınması,
itkilərin az
olması və yoluxanların sağalma statistikası hamımızı
sevindirir. Baş verənlər göstərir
ki, bütün bunlara Azərbaycan Prezidentinin vaxtında gördüyü qabaqlayıcı
tədbirlər, hazırda
bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin
qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi
nəticəsində nail olunmuşdur.
Eyni zamanda, bu çətin
günlərdə əhalinin
imkansız təbəqəsi
də unudulmayıb.
Müavinətlərin, maddi yardımların
verilməsi məhz dövlət başçısının
təşəbbüsü və iradəsi sayəsində həyata keçirilir.
Bakı
şəhərindən Kəmalə
Bilalova yazır: “Cənab Prezident! Sizə ünvanladığım
bu məktubda bildirmək istəyirəm
ki, biz Sizin
timsalınızda xalqını
sevən və ona dəyər verən bir dövlət başçısı
görürük. Pandemiya
təhlükəsi üzündən
karantin rejiminə əməl etdiyimiz, evdə qaldığımız
bu günlərdə Sizin televiziya ekranlarından səslənən
“Azərbaycan xalqının
sağlamlığı hər
şeydən önəmlidir”
sözləriniz bir vətəndaş, bir ana, bir nənə,
bir müəllim kimi qəlbimi fəxarət və qürur hissi ilə doldurur, gözlərimi yaşardır.
Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Vətənini sonsuz məhəbbətlə
sevən, millətinə,
xalqına böyük
dəyər verən bir Prezidenti var. Biz Sizi sevirik və
hər zaman Sizi dəstəkləyirik.
İnanırıq ki, Azərbaycanın
daha parlaq gələcəyi üçün
əlindən gələni
əsirgəməyən Prezidentimiz
Qarabağımızı bizə
qaytaracaq. Biz
Sizinlə birlikdə güclüyük!”
Neftçala rayonundan Vidadi Hüseynov, Sehran Əliyev, Arif Nağıyev, Dadaşbala İsmayılov, Cəlilabad rayonundan Heydər Miriyev, Qardaşxan Qasımov, Şəfa Sadıqov, Xəyal Xəlilov bildirilər ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq respublikamızın inkişafı yolunda çox mühüm işlər görür və bu işlər xalq tərəfindən təqdir edilir. Son aylarda bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Azərbaycan liderinin qəbul etdiyi çevik və operativ qərarlar insanlarımızın bu böyük bəladan çox az itki ilə qurtarmasına kömək edib. İşləməyənlərə, imkansız ailələrə edilən maddi köməklər isə bütün rayonlarda sakinlər tərəfindən rəğbətlə qarşılanır.
Salyan rayonundan
Q.Mayılov adına Kürsəngi kənd tam
orta məktəbinin ingilis
dili müəllimi Röyalə Babazadə
dövlət başçısına təşəkkürünü
belə ifadə edir: “Möhtərəm cənab
Prezident! Dünyanı çətin vəziyyətdə
saxlayan COVID-19 virusu
ilə mübarizədə Siz və Azərbaycanın
Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz.
Dünyanın digər ölkələri ilə müqayisədə
yoluxma və tələfat sayının
azlığı yeritdiyiniz uzaqgörən
siyasət nəticəsindədir. Vətəndaşlarınıza
olan sevgi və dəyər
bütün bu kompleks tədbirlərdə öz
əksini tapmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun
yaradılması, karantin rejiminin
tətbiqi, dövlət və özəl müəssisələrin
bu fonda vəsaitlər
köçürməsi, aztəminatlı ailələrə
və sahibkarlara dəstək, aylıq məvaciblərin
əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik,
sistemli şəkildə həyata
keçirilən tədbirlər sayəsində Azərbaycan
Respublikası bir çox
ölkələrə nümunə oldu və
olmaqda davam edir. “Biz birlikdə güclüyük!” deyib həmişə
xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün
Sizə və Mehriban xanım Əliyevaya bir təhsil işçisi
olaraq dərin minnətdarlığımı
və təşəkkürümü bildirirəm”.
Şamaxı rayonundan
Rasim Ələsgərov, Könül
Gülcan, Azər Əhmədov,
Şöhrət Şaxməmmədov və Kənan Fərmanov
birgə məktublarında yazırlar ki, güclü dövlətlərin koronavirus qarşısında aciz
qaldığı bir vaxtda
Azərbaycan Prezidentinin gördüyü
qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz
bu çətinliyi dəf etmək istiqamətində
müsbət nəticələr əldə edir.
Bu çətin günlərdə
dövlət başçısı həmişə olduğu kimi, yenə də
xalqın yanındadır, xalqın sağlamlığı və
sosial rifahının təmin olunması üçün əlindən gələni əsirgəmir.
Onlar virusun vura biləcəyi zərərin minimuma endirilməsinə görə
Şamaxı rayonunun sakinləri
adından Prezidentə təşəkkürlərini bildirirlər:
“Sizin kimi rəhbəri
olan dövlətin vətəndaşı
olmağımızdan qürur duyuruq. Hər zaman dövlətimizin
rifahı naminə verəcəyiniz qərarlarda Sizin yanınızdayıq”.
İsmayıllı şəhərindən
Əsgər Əmirxan oğlu Manafov, Elşad Telman oğlu Qasımov, Yaşar Təvəkkül oğlu
Ağayev, Sahilə Cavan
qızı Məmmədova və başqaları bu çətin günlərdə insanlara göstərdikləri diqqət və
qayğıya, birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən
kasıb ailələrə ərzaq yardımlarının
verilməsinə görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban
xanım Əliyevaya şəxsən öz
adlarından və ailələrinin adından təşəkkürlərini
bildirir, uğurlar və
möhkəm cansağlığı arzulayırlar.
Eyni zamanda, Mingəçevir şəhərindən Anar Əlisahib oğlu Hacıyev, Sabirabad rayonundan Fatma Əskərova, Əliyoldaş Əkbərov və Sevinc Nuriyeva, eləcə də Cəbrayıl rayonundan Ləman Həşimova, Sumqayıt şəhərindən Fərəh Elman qızı Əlizadə bu qayğılı günlərdə xalqımızı qoruduğuna, aztəminatlı ailələri unutmayaraq onlara yardım etdiyinə və ölkəmizin xoşbəxt sabahı naminə çəkdiyi zəhmətlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.
Paşa ƏMİRCANOV,
Xalq qəzeti 2020.- 20 may.- S.3.