Şükranlıq və minnətdarlıq dolu məktublar

 

Prezident İlham Əliyev mayın 19-da Azərbaycan Televiziyasına müsahibəsində ölkədə və beynəlxalq aləmdə baş verən hadisələr, həyatın müxtəlif sahələrindəki yeniliklər barədə çox əhatəli və olduq­ca maraqlı məlumatlar səsləndirmiş, konkret faktlar gətirmişdir. Söhbət zamanı toxunulan mövzulardan birikoronavirusun qarşısının alınması ilə bağlı Azərbaycanda görülən işlər və həyata keçirilən tədbirlər barədə olmuşdur.

Dövlət başçımız bu barədə sualı cavablandırarkən bildirmişdir ki, pandemiya ilə bağlı vətəndaşlardan gündə yüzlərlə məktub alır: “Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki, doğ­rudan da, qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemi­yanın geniş vüsət almasının qarşısını alaqbuna nail olduq”.

Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gör­düyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir.

Bəli, bu sahədə dövlətimizin əsas məqsədi xalqı­mızı, vətəndaşlarımızı pandemiyadan qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik.

Prezident İlham Əliyevə göndərilən məktublarda da məhz insanlara göstərilən bu qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıq edilir.

 

Tərtərlilərin ürək sözlərini Sizə çatdırıram

Möhtərəm cənab Prezident!

 

Sizi bütün tərtərlilər adından sa­lamlayıram. Bütün dünyanın qarşı­sında aciz qaldığı pandemiyaya qarşı mübarizədə SizinBiz birlikdə güclü­yük!” şüarı altında atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə inamını və sevgisini daha da artırdı, həm də Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim. Tanrı Sizi, Azərbaycan xalqını və dövlətini qorusun!

 

Hörmətlə, Sadiq Quliyev, Tərtər rayonu

Örnək lider olduğunuzu bir daha göstərdiniz

Cənab Prezident!

Koronavirus pandemiyasının yarat­dığı bu çətin günlərdə hamı kimi, mənim ürəyimdə nigaranlıq duyğuları var idi bu təlaşımızda haqlı idik. Dünyanın bir çox inkişaf etmiş böyük dövlətlərinin belə qarşısında aciz qaldığı pande­miyadan vahimələnməmək mümkün deyildi. Əsl rəhbər, dövlət xadimi əsl vətəndaş mövqeyi sərgiləyərək, xalqımızı, dövlətimizi bu bəladan uzaq tutmağınız Sizin şəxsiyyətinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırdı. Karantin elan olunan ilk gündən aztəminatlı ailələrə olunan yardımlar, dövlət işlərində çalışanların məvaciblərinin əvvəlki kimi ödənilməsi, işsiz kimi dövlət qeydiyyatından keçmiş vətəndaşlarımıza edilən yardımlar sosial hüquqi dövlət kimi qüdrətimizi bütün dünyaya göstərmiş oldu.

Əziz Prezidentimiz, bütün problemlərin öhdəsindən qətiyyətlə gəlmək bacarığınızı sərgiləməklə Siz bü­tün dünyaya örnək bir lider olduğunuzu sübut etdiniz. Sizinlə fəxr etdik, qürur­landıq, ruhlandıq, birləşdik. Allah Sizdən razı olsun, əziz Prezidentimiz. yaxşı ki, varsınız.

 

Hörmətlə, Züleyxa Qayıbova, Şirvan şəhəri

Xoşbəxt günlərimiz qabaqdadır

Möhtərəm cənab Prezident!

 

Məktubuma ümummilli lideri­miz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi vaxtlarda atamın dediyi sözlərlə başlamaq istəyirəm. O, “Heydər Əliyev bizi bu bəladan qurtaracaq” – demişdi. Azərbaycanın çətin vaxtında atamın əminliklə dediyi bu sözləri o zaman uşaq ol­duğuma görə tam dərk etmirdim, amma zamanla ulu öndər Heydər Əliyevin qüdrətli siyasəti nəticəsində Azərbaycanımızın bəlalardan qurtarıb gündən-günə çiçəkləndiyinin şahidi oldum. Son zamanlar bütün dünyanı bürümüş pandemiya ölkəmizdən yan keçməyəndə, Sizin ilk çıxışınız zama­nı atam: “Prezidentimiz İlham Əliyev bizi bu bəladan qurtaracaq, atasının oğludur”, – deyəndə, ürəyim sakit oldu. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bu gün ən az itki verən ölkələr sırasındadır. Pande­miyanın üzə çıxdığı ilk gündən etibarən Azərbaycan xalqına sevgi diqqətinizi əsirgəmədiniz. Sizin qabaqlayıcı tədbirlər barədə verdiyiniz bütün qərarlar xalqımızın rifahı sağlamlığı məqsədi daşıyır. Siz bu çətin zamanda bir daha sübut etdiniz ki, Sizin rəhbərliyinizlə daim gözəl günlər yaşayacağıq.

Cənab Prezidentimiz, ölkəmizin inkişafı, xalqımızın rifahı sağlam gələcəyi üçün göstərdiyiniz diqqət qayğıya görə Sizə Birinci vitse-pre­zident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük!

Hörmətlə, Sevil Qurbanova, Bakı şəhəri

Qabaqlayıcı tədbirlər nəticəsini göstərdi

Möhtərəm cənab Prezident!

Mən bir neftçi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Çünki bu mübarizədə tibbin ən çox inkişaf etdiyi ölkələr belə aciz qalıb. Çox sevindirici haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirlərinizin nəticəsidir.

Cənab Prezident, ölkədə əhalinin bü­tün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam etibarı qat-qat artırdı. Azərbaycan xalqı Sizinlə Mehriban xanımla qürur duyur, fəxr edir.

Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə xalqımıza möhkəm cansağlı­ğı diləyirəm. Allah Sizi Azərbaycan xalqını qorusun!

Hörmətlə, İlham Fərhad oğlu Tağıyev, Bakı şəhəri

Azərbaycan dünyaya örnəkdir

Cənab Prezident!

Sizin koronavirusla bağlı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu işinizə görə bu gün Azərbaycan bir çox ölkələrə örnək göstərilir. Siz insanların sağlamlığını iqtisadi fəallıqdan, maddi gəlirlərdən üs­tün tutdunuz. Biz çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz ölkədə yaşayırıq.

Fərəhləndirici haldır ki, xalqın malına göz tikən, vəzifəsindən sui-istifadə edən rüşvətxor məmurlara qarşı mübarizəni uğurla davam etdirirsiniz. Son günlərdə bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Əziz Prezidentimiz, biz vətəndaşlar əminik ki, dünyaya Günəş kimi do­ğan Azərbaycanın qarşısını kəsməyə, şəfəqini azaltmağa çalışan qara bu­ludlar tezliklə dağılacaq, ölkəmiz hər zaman açıq səmada parlamaqda davam edəcəkdir. Sizə dərin təşəkkürümüzü bil­dirir, işlərinizdə yeni-yeni uğurlar, sağlam uzun ömür arzulayırıq!

Hörmətlə, Firdovsi Səfər oğlu Həsənov, Gülşən Səməd qızı Ağayeva, Səməd Bəylər oğlu Cabbarov, Rahilə Sədi qızı Mahmudova, Abil Qədim oğlu Əliyev, Bakı şəhəri, Xətai rayonu

Sizin sayənizdə ölkəmiz pandemiyadan az ziyanla çıxacaq

Hörmətli Prezidentimiz!

Sizin geniş dünyagörüşünüzə, sağlam düşüncənizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atdığınız addımlar, gördüyünüz qabaqlayıcı təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxma­ğımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müa­sir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilməsi, xalqın rifahı naminə göstərdiyiniz diqqət qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Tanrı xalqımızın daha sağlam firavan sabahı naminə Sizi ailənizi qorusun!

Hörmətlə, Hörmət Səfərov, Eynulla Cəfərov, Miralı Nəsirov, Hüseyn Əliyev, Əsəd Kazımov, Rahib Mehdizadə, Mədəd Məmmədov, Füzuli rayonu

Sizin ətrafınızda sıx birləşmişik

Möhtərəm cənab Prezident!

Bu gün bəşəriyyət ağır sınaq qar­şısındadır. Dünyanı təhdid edən pan­demiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosialiqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.

Bütün dünyanı çənginə alan koro­navirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin pandemiyaya qarşı apar­dığı mübarizə üsulundan faydalanırlar.

Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.

Cənab Prezident, hər zaman ol­duğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqış­layır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram! Allah Sizi qorusun!

Hörmətlə, Firdovsi İbadulla oğlu Cəbrayılov, Masallı rayonu, Bədəlan kəndi

 

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

Xalq qəzeti  2020.- 21 may.- S.2.