Dövlət başçısına ünvanlanan məktubların ardı-arası kəsilmir

 

Həmin məktublarda həm coğrafi baxımdan ölkənin hər tərəfi əhatə edilir, həm də əməli baxımdan cəmiyyət həyatının bütün sahələrindəki uğurlara istinad olunur. Digər tərəfdən, məktub müəllifləri ölkə əhalisinin ən müxtəlif zümrələrinin təmsilçiləridirlər. Yəni, bu məktublarda söhbət təkcə karonavuirusa qarşı aparılan mübarizədən, pandemiyanın fəsadlarının aradan qaldırılmasından və ya islahatlardan deyil, hər kəsin şahidi olduğu konkret məsələlərdən, görülən işlərdən gedir. Bəzi məktublardan seçdiyimiz sətirləri hörmətli oxuculara təqdim edirik.

Dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə – vaxtında verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Xalqımızın bu çətin dövründə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir”.

Bu sətirlər Ağdam rayonundan məcburi köçkünlər Aytəkin Əliyeva, Gültəkin Əliyeva, Gülyaz Əliyeva, Sevda Əliyeva, Aygün Qasımova və Aynurə Əliyevanın dövlət başçımıza ünvanladıqları məktubdan götürülüb.

Məcburi köçkün olan soydaşlarımız əmindirlər ki, Prezidentin uzaqgörənliyi və dərin zəkası sayəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaqdır: “Qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhvəsini verməkdədir. Gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasına hesablanmışdır. Bunlar xalqPrezident həmrəyliyini artırır, Sizə olan inamı daha da gücləndirir”.

Dövlət başçımıza Masallıdan məktub göndərən İsgəndər Məmmədəliyev yazır ki, epidemiya ilə əlaqədar olaraq yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun!

Daşkəsəndən – Sərvinaz Qurbanovadan gələn məktubda ailə ənənəsinin yaşadılmasına yaradılmış imkana görə səmimi minnətdarlıq hissləri dilə gətirilir: “Oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbiçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevə borcluyuq.

Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik!”

Şəki sakinləri Ruhəngiz Məmmədova, Eldəniz Aslanov, Gülmirə Aslanova, Xəyalə Qurbanova və Məmməd Qasımov karantin dövründə sadə insanların yanında olduğuna, əhaliyə edilən yardımlara, ödənilən müavinətlərə və bir sıra güzəştlərə görə Prezidentə dərin minnətdarlıqlarını bildirilər: “Öz vətəndaşlarının sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində ilkin qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Buna görə də xalqımız Sizə inanır”.

Cəlilabad rayonundan dövlət başçımıza məktub ünvanlayan Əli Məmmədov öz fikirlərini olduqca yığcam şəkildə ifadə edir:

Bu çətin dövrdə Azərbaycan xalqının, dövlətinin etibarlı müdafiəsi, sağlamlığının qorunması, aztəminatlı ailələrin ehtiyacının ödənilməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb olmuşdur. Bunu Sizə ünvanlanan çoxsaylı təşəkkür məktublarından da sezmək olar.

Mən də ailəmin adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Uca Allah Sizə, Mehriban xanıma və ailənizə daim kömək olsun!”

Növbəti məktubu Şirvan şəhərindən Züleyxa Qayıbova göndərib: “Hər zamankı məsuliyyətiniz bu günlərdə də öz sözünü dedi. Əsl rəhbər, əsl dövlət xadimi, əsl vətəndaş mövqeyi sərgiləyərək xalqımızı, dövlətimizi bu bəladan uzaq tutmağınız Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırdı. Biz ahılların Sizə ünvanlanan duaları, alqışları Sizi daha da qüvvətləndirdi. Karantin elan olunan ilk gündən aztəminatlı ailələrə olunan yardımlar, dövlət işlərində çalışanların məvaciblərinin əvvəlki kimi ödənilməsi, işsiz kimi dövlət qeydiyyatından keçmiş vətəndaşlarımıza edilən yardımlar sosialhüquqi dövlət kimi qüdrətimizi bütün dünyaya göstərmiş oldu”.

Gəncə sakini Rza Ələsgərov isə Prezidentin verdiyi qərarların bu dəfə də nümunə olduğunu xatırladır: Dünya ölkələrindəki vəziyyətə baxdıqda düşünürəm ki, Azərbaycan xalqı üçün verdiyiniz göstərişlər və görülən işlər olmasaydı, ölkəmiz üçün vəziyyət heç də ürəkaçan olmayacaqdı… Hazırkı vəziyyətdə aydın görünür ki, Azərbaycan xalqı üçün verdiyiniz qərarlar nə dərəcədə doğrudur. Bu qərarlar nəticəsində koronavirus pandemiyasının ölkədə yayılması minimuma endirilmiş, səhiyyə bu xəstəliklə mübarizəyə tam hazırlanmışdır. Verdiyiniz qərarlar digər ölkələrə nümunə olmuşdur”.

Xaçmazdan Şakir Məmmədov, Aytən Adilova, Svetlana Eldaro­va və Həmid EldarovXanobagömrük postunun tikintisi, həmin postlaSamur” sərhəd keçid məntəqələri arasındakı avtomo­bil yolunun genişləndirilməsi ilə bağlı sərəncamlar imzalayan Prezidentin bu addımlarını xaç­mazlılara verilən yüksək qiymət adlandırırlar: “Bu istiqamətdə ayırdığınız maliyyə vəsaiti sərhəd zonasında yaşayan əhalinin rahat şəkildə sərhəd keçid məntəqəsindən istıfadə etməsinə, yolda isə maneəsiz hərəkətinə dəstək ola­caqdır.

Siz ulu öndər Heydər Əliyevin uğurlu siyasətini əzmlə, bö­yük iradə ilə davam etdirərək müstəqil Azərbaycanı daha da gücləndirirsiniz!”

Kürdəmirdən Ayşad Qarayeva, Elmar Əsədov, Tahirə Məmmədova və Dürsanə Şirinova dövlət başçımızın adı və fəaliyyəti ilə fəxr etdiklərini yazırlar: “Bu gün biz məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində sağlamıq, sevdiklərimizin əhatəsindəyik.

Bu çətin günlərdə istər karantində olan, istərsə də evdə qalan vətəndaşlarımız xüsusi diqqət və qayğı ilə əhatə olunub. Həmin diqqət və qayğı xeyirxah, nəcib işlər görən, xalqın xeyri üçün əlindən gələni, hətta, ondan da artığını edən, ən əsası isə ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı olan bir liderin sayəsində mümkün oldu. Sizin Prezidenti olduğunuz bir ölkədə yaşamağımızla qürur duyuruq!”

Şəmkirdən Könül Məmmədova, Günay İsayeva, Xatın Hüseynova və Vüsalə Yolçuyeva rayonun pedaqoji kollektivləri adından dövlət başçımıza minnətdarlıq etmək məsuliyyətini öz üzərlərinə götürüblər: “Sizin sayənizdə xalqımız bu koronovirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı.

Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi”.

Seymur Məmmədov Bərdənin Samux kəndindən yazır: “Sizin göstərişiniz və tapşırığınıza əsasən respublikamızın bütün regionlarında müasir avtomobil yollarının, körpülərin, keçidlərin yüksək keyfiyyətlə tikilməsinin şahidi oluruq.

Tapşırığınıza əsasən Bərdə rayonunun Samux kəndində də uzunluğu 4 kilometr olan yeni yol tikilmişdir. Bu yolun tikintisi kənd sakinlərinin hədsiz sevincinə səbəb oldu.

Görülən işlərə görə kəndimizin camaatı adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

Ucardan məktub göndərən Aysu RamazanovaSaleh Qardaşov inanırlar ki, Prezident İlham Əliyev üçün xalqın rifahından dəyərli heçyoxdur: “Koronavirus pandemiyası dövründə bizə arxa-dayaq olduğunuza, hər birimizə xüsusi diqqət yetirdiyinizə, hər kəsin problemini həll etməyə çalışdığınıza görə Sizə minnətdarıq.

Siz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını hər şeydən üstün tuturbuna nail olmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Biz də Sizə inanır, güvənir və Sizinlə fəxr edirik!”

Nəhayət, ölkəmizin paytaxtından, Xəzər rayonunun Qala qəsəbəsinin sakini Qorxmaz Ağayevdən gələn məktuba nəzər salaq: “Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir çətinlik hiss etmədi. Bunlar Sizin mükəmməl siyasiiqtisadi siyasətinizin uğurlarıdır.

İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə aylıq 190 manat vəsaitin verilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır!”

 

 İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti 2020.- 21 may.- S.2.