Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsi örnəkdir

 

Koronavirusla bağlı işlər ölkəmizdə pandemiya başlayandan düzgün istiqamətdə aparıldı və dövlət başçısı tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Əhalisinin sayı bizimlə eyni olan inkişaf etmiş ölkələrlə müqayisədə respublikamızda vəziyyətin daha yaxşı olduğunu nəinki başqa dövlətlər, beynəlxalq təşkilatlar təqdir etdi, hətta respub­likamız Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusla mübarizədə nümunəvi ölkə kimi dəyərləndirildi. Çünki həmin ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat edib. Azərbaycanda isə vəfat edənlərin sayı yoluxma sayına görə kifayət qədər az – 41 nəfərdir. Mayın 20-dək ölkəmizdə 3 min 631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 min 253 nəfər müalicə olunaraq sağalıb, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. İndiyədək yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245 min 609 test aparılıb.

Qeyd etməliyik ki, dövlət baş­çısı tərəfindən aparılan qabaq­layıcı, Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, ölkəmizdə pandemiyanın geniş vüsət almasının qarşısı alınsın. Təsadüfi deyil ki, ÜST bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlan­dırır. Bu, Azərbaycan Prezidenti­nin gördüyü işlərə verilən böyük qiymətdir, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki əvvəldən əsas məqsəd xalqı, vətəndaşları bu xəstəlikdən qorumaq olub. Pande­miya başlayandan birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, bizdə ölkə Prezidentinin təşkilatçılığı ilə hər ikisi nümunəvi təşkil edildi.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrildibununla bağlı mühüm addımlar atıldı. Pandemiya hər bir ölkə üçün gözlənilməz bir bəla oldubütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışdı. Azərbaycan qabaqlayıcı addımlar atan ilk ölkələrdəndir. Tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıdığından son müddət ərzində bu istiqamətdə müəyyən işlər həyata keçirildi. Pirallahı adasında iki – dərman preparatları və tibbi şprislərin istehsalı müəssisələri fəaliyyətə başladı. Bundan başqa pandemi­yaya qarşı mübarizənin ilk vaxt­larında tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələr, o cümlədən, maska çatışmazlığı nəzərə çarpırdı. İstehsalçı ölkələr tərəfindən isə tibbi maska ilə bərabər, istehsal avadanlığı və xammalın da ixracı dayandırılmış­dı. Lakin Azərbaycanda korona­virus pandemiyasının qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğundan, məhz onun tapşırığı­na əsasən aidiyyəti dövlət qurum­ları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xam­malın Azərbaycana gətirilməsinə nail oldular.Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maskatikiş fabriklərinin nəzdində fəaliyyət göstərən qo­ruyucu kombinezonların isteh­salı müəssisəsinin yaradılması da bunun bariz ifadəsidir. Bu, o deməkdir ki, artıq Azərbaycan təkcə tibbi ləvazimatların idxalçısı deyil, həm də onların istehsalı ilə məşğul olan və gələcəkdə ixrac edəcək ölkəyə çevrilir. O da qeyd olunmalıdır ki, tibbi maska isteh­salının Azərbaycanda nəzərdə tutulmadığı, lakin özəl sektorun böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verdi­yini, qısa müddət ərzində həm həkimlər, həm də adi vətəndaşlar üçün bu vasitələri istehsal etməyə başladığı təqdir olunmalıdır.

İnsanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsulların istehsal olunduğu müəssisələrin fəaliyyətə başla­ması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağ­lamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir. Ona görə bu kompleks tədbirlər, əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə, artıq yumşalma prosesinin getdiyi zamanda, bir çox məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Dövlət başçımız çıxış­larında dəfələrlə vurğulayıb ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatma­yıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.

Prezident İlham Əliyev mayın 19-da 3 saylı DOST mərkəzinin açılışında Azərbaycan Televiziya­sına müsahibəsində ölkəmizdə koronavirusun qarşısının alınması ilə bağlı görülən işlər və həyata keçiriləcək tədbirlər barədə danışarkən bildirib ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirən ölkə rəhbəri bildirib: “Belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək, doğrudan da, böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları operativ qərargah çərçivəsində, o cümlədən, həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik”.

Dövlət başçısı artıq aprelin so­nunda üç həftə ərzində dinamika­nın müsbət olduğu səbəbindən – yoluxanların sayının sağalanların sayından az olduğuna görə yum­şalma tədbirlərinə keçildiyini bildir­di. Eyni zamanda, vəziyyətin tam nəzarətdə saxlandığını qeyd etdi: “Hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur – hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana ha­zırdır, modul tipli 10 xəstəxananın inşası başlamışdır, birinin açılı­şında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir. Bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiyada kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılan­ların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir”. Qeyd etməliyik ki, xaricdən təxliyə edilən vətəndaşlar iki həftə karantində saxlanırlar. İndiyədək 20 mindən çox Azərbaycan vətəndaşı nizamlı qaydada xaricdən təxliyə edilib. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək? Qeyd etməliyik ki, bu günə qədər Rusiyadan 6500 soydaşımız gəlib və bu proses davam etdirilir.

Onu da qeyd etməliyik ki, karantində çalışan həkimlərin sosi­al şəbəkə paylaşımları karantinə alınmış insanlar üçün yaradı­lan şəraitin çox yaxşı olmasını təsdiqləyir. Karantinə alınanların da sosial şəbəkələrə ünvanladıq­ları məktublar bunu sübut edir. Orada qalanlar həm də dövlət başçısına çoxsaylı məktublar göndərir, 4 və ya 5 ulduzlu otellərdə saxlandıqlarına, yaradı­lan şəraitə görə dövlət başçısına təşəkkür edirlər.

Müsahibədə Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin yüksək səviyyədə keçi­rildiyini xatırladan dövlət başçımız, Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolunun qeyd olunduğunu diqqətə çat­dırdı. Belə vaxtda imkanı olan dövlətin ehtiyacı olana kömək etməli olduğunu vurğuladı: “Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamı­şıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda isteh­sal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən, üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.

Təsadüfi deyil ki, ölkəmiz dünya miqyasında çox böyük hörmətə, yüksək imicə və nü­fuza malikdir. Əks təqdirdə, Azərbaycan səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdi. Eyni zamanda, Qoşul­mama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin razılığı ilə sədr seçilməzdi. Amma onların hər biri Azərbaycanı məhz məsuliyyətli, öz ləyaqətini qoruyan, eyni zaman­da, tərəfdaşlara da hörmət edən ölkə kimi tanıyır. Cənab Prezident bu barədə dedi: “ Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pande­miya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olubpandemiya bunu bir daha təsdiqləyib”.

Sonda onu deməyi lazım bilirik ki, məhdudiyyətlərin ara­dan götürülməsi ilə vətəndaşların artan məsuliyyətinə özləri nəzarət etməlidirlər. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Yoluxmaların sayı pandemiya başlayan günlərdəki rəqəmləri üstələyib. Bu, məhz vətəndaş məsuliyyətsizliyinin nəticəsidir. Tədbirlərə qatılmama­lı, tanışlarla görüşləri minimum səviyyəyə endirməli, maskadan, gigiyenik vasitələrdən istifadəni davam etdirməliyik. Bir sözlə, məhdudiyyətlər vaxtı necə yaşa­yırdıqsa, o cür də qorunmalı və cəmiyyəti qorumalıyıq. Görürük ki, bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq karantin rejimindən çıxır. Bizdə də yavaş-yavaş, mərhələ ilə məhdudiyyətlər aradan qaldırılır. Gəlin, hər birimiz cəmiyyətə dəstək olaq, yanında olaq ki, bu qadağalara tamamilə və tezliklə son qoyulsun.

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti  2020.- 21 may.- S.4.