Prezident İlham Əliyevin təşəbbüsləri
dünyada yüksək dəyərləndirilir
ABŞ Prezidenti D. Trampın 28 May – Respublika
Günü münasibətilə Azərbaycan
Prezidenti İlham
Əliyevə ünvanladığı məktub hazırda iki dövlət arasında olan
münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinin yeni inkişaf
mərhələsinə keçdiyinin
göstəricisi kimi dəyərləndirilir.
D.Trampın
məktubunda koronavirus pandemiyası ilə üzləşdiyimiz
bir vaxtda Birləşmiş Ştatların Azərbaycan
xalqının yanında olduğu vurğulanır. Eyni zamanda, məktubda qeyd edilir ki, Birləşmiş
Ştatlar və Azərbaycan beynəlxalq
təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, eləcə də
mənbələrini şaxələndirmək, həmçinin
iki böyük
xalqın insanlarına parlaq gələcək
qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bununla
yanaşı, Prezident Donald
Tramp ABŞ-ın regional
təhlükəsizliyin möhkəmləndirilməsinə
xidmət edəcək ATƏT-in Minsk qrupunun həmsədri kimi bu vasitəçilik prosesində Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə
sadiqliyini vurğulayıb.
Bunun ardınca, mayın 15-də CISCO şirkətinin təşəbbüsü
ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu
şirkətin rəhbərləri arasında videokonfransda
da xüsusi qeyd edildi ki,
dövlət başçısının təşəbbüsləri
təkcə regionda deyil,
dünyada da yüksək
dəyərləndirilir. CISCO şirkətinin
baş maliyyə direktoru
xanım Kelli Kramer bu təşəbbüsləri yaxşı və
xoş təəssürat
bağışlayan hal kimi
dəyərləndirərək eləcə də, həmin
işlərə rəhbərlik etdiyinə görə Azərbaycan
Prezidentinə minnətdarlığını bildirdi:
“COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının toplantısında və Qoşulmama
Hərəkatının görüşünün
təşkil edilməsində liderlik səylərinizi
nümayiş etdirdiniz”.
Bununla
yanaşı, xanım Kelli Kramer bildirdi ki, Azərbaycan Prezidenti kimi liderin texnologiyaya
belə açıq olması, eyni zamanda, onun ölkə
üzrə tətbiqinə hazır olması məmnunedici
haldır və dövlət başçısı İlham Əliyev təkcə regionda
deyil, dünya
miqyasında da texnologiyaya
dəstək verən liderlərdəndir.
Qeyd etmək lazımdır ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Bunun davamı olaraq, Qoşulmama Hərəkatının sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərəkatın təmas qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü onu söyləməyə əsas verir ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
CISCO şirkətinin vitse-prezidenti
Qay Ditrix bildirdi ki, müzakirə
etmək istədikləri üç sahə
– “Smart ölkə”, təhsil və kibertəhlükəsizlikdir.
Qay Ditrix ölkəmizdə
icra olunan birgə
layihələrdən danışdı, bu
layihələrin çox gözəl nəticələr
verdiyini bildirdi. CISCO şirkətinin vitse-prezidenti
Azərbaycanın müvafiq strukturları
ilə çox uğurlu
əməkdaşlığın həyata keçirildiyini
dedi və əlaqələrin təcrübə
qazanmaq baxımından əhəmiyyətini
vurğulayaraq təmsil etdiyi
şirkətlə “Quantelo” şirkəti
arasında həyata keçiriləcək əməkdaşlığın
perspektivləri barədə də
danışdı, vahid məlumatlar sisteminin yaradılması istiqamətində
görülən işləri qeyd etdi, eləcə də bunun
ümumi daxili məhsulun
artımı, iş yerlərinin
yaradılması və innovasiyaların tətbiqi işinə
xidmət edəcəyini bildirdi.
CISCO şirkətinin Rusiya
və MDB ölkələri üzrə vitse-prezidenti
Conatan Spərrou xüsusi
vurğuladı ki, təmsil etdiyi şirkətinin Azərbaycan
Respublikası ilə əməkdaşlığı fantastik olmuşdur və biz bu əməkdaşlığın
davamlı olmasını arzulayırıq. CISCO-nun
Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, CISCO-nun Ukrayna üzrə regional direktoru Oleq Bodnar kibertəhlükəsizlik sahəsində
əməkdaşlıqdan danışdılar.
Bununla yanşı, CISCO heyəti və Azərbaycan
arasında keçirilmiş bu görüşün çox səmərəli olduğunu
bildirən xanım Kelli Kramer
dövlət başçısı İlham
Əliyevin təşəbbüslərini dəyərləndirərək
bir daha qeyd etdi ki,
Azərbaycan liderinin texnologiyaya
belə açıq olması və onun
ölkə üzrə tətbiqinə hazır olması məmnunedici
haldır və əməkdaşlığın davamlı olmasını
arzulayıram. “...Siz təkcə regionda deyil, dünya çapında texnologiyaya
dəstək verən liderlərdənsiniz və bu işdə öndə getdiyinizə görə,
Sizə təşəkkür edirəm. Düşünürəm
ki, biz bu
tərəfdaşlığı yaratmaqla
ölkəniz haqqında da çox şey öyrənə
bilərik”.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin
yanvar ayında Dünya
İqtisadi Forumunda
iştirakı zamanı çıxışında qeyd etmişdir ki, XXI əsrdə XX əsrin baxışı
ilə uğur qazanmaq
olmaz. Eyni zamanda, ölkəmizdə həyata
keçirilən struktur və kadr islahatları səmərəli, işlək
idarəçilik mexanizminin daha da inkişaf
etdirilməsini və müasir dövrün tələblərinə
uyğunlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan,
Azərbaycanda həyata keçirilən islahatlar
dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, eləcə də
bir sıra ekspertlər, iqtisadi-maliyyə
qurumları tərəfindən yüksək qiymətləndirilir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən hadisələrə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları və beynəlxalq qurumların rəhbərləri Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşır və onu yüksək qiymətləndirirlər.
Elçin ƏHMƏDOV
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti 2020.-21 may.- S.5.