Xalqın Prezidentə
inamının ifadəsi
Koronavirus pandemiyası, demək
olar ki, irili- xırdalı 230- dan
çox ölkəni çənginə
alıb. Göründüyü kimi, dünya hələlik
görünməyəcək bir bəla
ilə üz-üzə qalıb. Hətta özünü
ən inkişaf etmiş,
qüdrətli hesab edən dövlətlər
də bu virusun
qarşısında aciz qalıblar. Sanki dünya bir sınaq, çətin imtahanla
üz-üzədir. Bu “imtahandan”
alnıaçıq, üzüağ
çıxanların daha dəqiq desək,
koronavirusun ciddi zərbələrindən
hələ ki, özünü
qoruyan dövlətlərin sayı çox azdır. Qürurverici
haldır ki, həmin dövlətlərdən
biri də Azərbaycandır.
Prezident İlham
Əliyevin həyata keçirdiyi
qabaqlayıcı tədbirlər, qəbul etdiyi
qərarlar xalqımızı bu
ağır bəladan az itki
ilə xilas edir. Baxmayaraq ki, pandemiyanın
acı fəsadları hələ də davam
edir, ölkəmizdə həyata
keçirilən qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini
göstərməkdədir. Dövlətimizin
başçısı hər zaman olduğu kimi, bu dəfə də pandemiyanın tüğyan etdiyi vaxtdan indiyədək xalqın yanında oldu. Vətəndaşların layiqli
həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin
etibarlı müdafiəsi və hazırkı qlobal
problemin təsirindən qorunması
dövlətimizin başçısı üçün
vacib və prioritet məsələdir.
Bütün bunları gündəlik həyatlarında
hiss edən ölkə vətəndaşları
hər gün Prezident
İlham Əliyevə yüzlərlə
minnətdarlıq məktubları ünvanlayır, ölkə
rəhbərinə inandıqlarını və güvəndiklərini
ifadə edirlər.
Bakı şəhəri, Sabunçu
rayonu, Bakıxanov qəsəbəsində
məskunlaşmış Zəngilan rayonundan
olan məcburi köçkün
Murad Ruslan oğlu Şirinov
yazır: “Möhtərəm cənab Prezident!
Biz Sizi çox sevirik, Sizdən daim lider qayğı görürük. Sizə olan
hisslərimiz o qədər güclüdür ki,
onları sözlə ifadə etməyə də çətinlik
çəkirik. Bizə göstərdiyiniz diqqətinizə
görə, Sizə təşəkkür edirik.
Kəlbəcər rayonundan olan , hazırda Oğuzda məskunlaşmış məcburi köçkün Elmir İsa oğlu Cəfərov
da dövlət
başçısının sayəsində koronavirus
pandemiyasına qarşı vaxtında ciddi
tədbirlər görüldüyünü
diqqətə çatdırır və qeyd
edir ki, Sizin rəhbərliyinizlə bütün
səylər birləşdirilərək məqsədyönlü,
düşünülmüş fəaliyyət
strategiyası quruldu və pandemiyaya
qarşı mübarizədə uğur
qazanıldı: “Pandemiya vaxtında Azərbaycan
xalqına göstərdiyiniz maddi və mənəvi
dəstəyə görə şəxsən öz
adımdan və ailəmin adından Sizə təşəkkür
edir, hörmət və
ehtiramımızı bildiririk.
Xalqımız, o cümlədən məcburi
köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu
fəaliyyətinizlə fəxr edirlər. Allah
Sizi qorusun!”
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakini Nərmin Taleh
qızı Nəsirovanın məktubu da
diqqəti cəlb edir: “Hörmətli cənab
Prezident! Biz Sizin “Evdə qal” çağırışınıza
əməl edərək, evdə qaldıq. Bilirik
ki, Siz bizim
sağlam və xoşbəxt
yaşamağımız üçün
yorulmadan
çalışırsınız. Buna
görə də Sizi çox
sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və
dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar
arzulayıram”.
Xocalı rayonundan
məcburi köçkün, Qarabağ əlili, hazırda Bakı şəhəri,
Sabunçu rayonu,
Balaxanı qəsəbəsində məskunlaşmış Elmira Yunis qızı
Bağırova həm öz ailəsi, həm
də Xocalı rayonundan olan
məcburi köçkünlər adından minnətdarlığını
çatdırır. Müəllif yazır ki, bu ağır və
çətin günlərdə bizə göstərdiyiniz
qayğı misilsizdir: “Xalqa
göstərdiyiniz bu qayğı heç vaxt unudulmayacaq. Bu fədakarlığınız
xalqın Sizə olan inamını daha da artırdı. Siz bu qayğılı
günlərdə bizim yanımızda oldunuz. Biz də həmişə
Sizin yanınızda olacağıq. Sizinlə
fəxr edirik!”.
Xankəndi şəhər sakini Vasif Allahverdiyev
bütün dünyada
və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında olduğuna və insanlara nə
qədər yüksək dəyər verdiyini
bir daha sübut etdiyinə görə, dövlət
başçısına minnətdarlığını
bildirir. Qeyd edir ki, verdiyiniz
ağıllı qərarlar sayəsində hamımızı
bu çətin vəziyyətdən xilas edəcəksiniz: “Biz
qarabağlılar torpaqlarımızın düşmən
işğalından azad olunacağı günü də səbirsizliklə gözləyirik
və Sizə inanırıq. Allah Sizə
cansağlığı versin!”.
Qəbələ rayonundan İvan Vladimiroviç Şabanov və Elnarə Rasim
qızı Şərifova yazırlar :
“Möhtərəm cənab Prezident! Dünyanı bürüyən koronavirus
pandemiyası ilə bağlı gördüyünüz
işlər və xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının
qarşısını aldı. Qabaqlayıcı tədbirlərə,
həmçinin işləməyən şəxslərə
190 manat birdəfəlik ödənişin
verilməsinə, aztəminatlı ailələrə isə ərzaq
yardımının göstərilməsinə görə rayonumuzun sakinləri adından Sizə minnətdarıq.
Biz Sizinlə fəxr edirik.
Allahdan Sizə cansağlığı
diləyirik. Əminik ki, Sizin
sayənizdə Qarabağımız da
tezliklə işğaldan azad
olunacaqdır!”.
Şəmkir rayon sakini Mehdi Müseyib
oğlu Həsənov internet
saytlarından, mətbuatdan əldə etdiyi
məlumatları əsas gətirərək yazır ki, respublikanın müxtəlif bölgələrindən
Sizə ünvanlanan təşəkkür
məktublarının sayı-hesabı yoxdur.
Xalqımızın koronavirus
pandemiyası ilə mübarizədə az
itki verməsinin, kütləvi
yoluxmanın müşahidə edilməməsinin dövlət
başçısının gərgin əməyinin nəticəsi
olduğunu bildirən M. Həsənov
respublikamızın başı üzərini qara
bulud kimi alan pandemiyanın tezliklə tamamilə aradan qaldırılacağına əminliyini
ifadə edir. Müəllif daha sonra yazır: “Əziz
Prezidentimiz, şəmkirlilərin Sizə
və Mehriban xanım Əliyevaya olan hörmət və rəğbəti sonsuzdur. Allah Sizlərə
uzun ömür,
cansağlığı versin!”
Tərtər rayonundan B.Nəzərov dövlət başçısına ünvanladığı minnətdarlıq məktubunda dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində işçilərin işdən azad olunmamasını, ixtisara salınmamasını, əməkhaqlarının əvvəlki qaydada ödənilməsini, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat vəsait verilməsini, sahibkarlara maliyyə dəstəyinin göstərilməsini, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulmasını və digər sosial müdafiə üzrə ciddi addımları yüksək dəyərləndirir. Həmçinin kənd təsərrüfatının inkişafı üçün edilmiş güzəştləri, bu sahədə çalışanlara şərait yaradılmasını kənd təsərrüfatının inkişafına böyük dəstək olduğunu bildirir. Bu qayğıdan ruhlanan B. Nəzərov və onun həmyerliləri bu çətin günlərdə onlara olan qayğı və diqqətə görə dövlət başçısına dərin təşəkkürlərini bildirirlər.
Göygöl rayonundan dosentlər Fizuli
Mirzəyev və Samir Mahmudov,
həmçinin Emilya Rəfibəyli
yazırlar: “Sizin
tapşırığınızla görülən
qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus
pandemiyası tam nəzarət
altındadır. Halbuki, dünyanın ən
inkişaf etmiş
ölkələrində virusa yoluxma və xəstəlikdən ölüm halları dəfələrlə çoxdur. Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının
Prezidentiyəm və hər bir azərbaycanlının
yanındayam”. Biz də bunu
həmişə hiss edirik.
Bu çətin dövrdə Sizin xalqın yanında olmağınız buna bariz nümunədir.
Müəlliflər Kənd Təsərrüfatı
Nazirliyinin Heyvandarlıq Elmi–Tədqiqat İnstitutunun kollektivi
adından dövlət başçısına, eyni zamanda, xalqına diqqət
və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
edir, hər zaman
ölkə Prezidentinə, dövlətə və xalqa şərəflə, layiqli şəkildə xidmət edəcəklərini
bildirir, ölkə Prezidentinin
“Biz birlikdə güclüyük!”
çağırışına əməli işləri ilə
stimul olacaqlarını bildirirlər.
Füzuli rayonundan Mübariz
Filman oğlu Bayramov, Kamran Nəriman oğlu Qasımov, Vüsal
Şirvan oğlu
Baratlı, Afərim Maqsud qızı Abbasova, Aminə Qəzənfər qızı
Quliyeva, Vilayət Akif
oğlu Sadıqov və Kənan Rəşad
oğlu Məmmədli cəbhə
bölgəsində yaşayan məcburi köçkünlərin
dövlət başçısının sayəsində koronavirus epidemiyasına tezliklə qalib gələcəyinə inandıqlarını
bildirirlər. Onlar cənab Prezidentin yürütdüyü
siyasətin mərkəzində Azərbaycan vətəndaşı
və onun rifahı nın
dayanıdığına əminliklərini ifadə edirlər.
Yevlax rayonunun
ərazisində məskunlaşmış Ağdam
rayonundan olan məcburi
köçkün Nargilə Məmmədova
daim dövlətin diqqət və
qayğısı ilə əhatə olunduğuna
görə dövlət başçısına minnətdarlıq
edir. Respublikanın belə çətin
günlərində yenə də dövlət
başçısının qayğını hiss etdiklərindən məmnun
olduqlarını bildirir və ölkə
Prezidentinə “Allah Sizi
və xalqımızı sevindirsin, daim üstünüzdə yar
olsun!” -- deyirlər.
Dövlət başçımızın ünvanına respublikamızın müxtəlif regionlarından hər gün yüzlərlə belə minnətdarlıq məktubları daxil olur. Abşeron rayonundan Tural Hüseynzadə, Zərdabdan Aqil, Ramal, Jalə, Tünzalə İbadovlar və Tünzalə Cəbrayılova, Balakən rayonundan A.Abdullayev, R.Anayev, M.Eminov, Ş.Qımrıyev və R.Balayev, Şirvan şəhərindən Rəşad Mübariz oğlu Qafarov, Şəmkir rayonundan Binnət Hümbət oğlu Namazov, Dursun Yunis qızı Quliyeva, Gəncədən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Oktay Yalçın oğlu Məmmədzadə, Ağdaş rayonundan Fərid Ağalar oğlu Rəhimli, Zaqatala rayonundan Əliyar Vəli oğlu Əliyev və digərləri Prezident İlham Əliyevin COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşını almaq məqsədilə xalqımızın sağlamlığını ön plana alaraq, çəkdiyi zəhməti yüksək qiymətləndirir və dövlət başçısına, onunla çiyin-çiyinə çalışan, bu ağır və çətin vaxtlarda daim xalqın yanında olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırlar.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 22 may.- S.3.