Lənkəran,
Şəki şəhərləri və Cəlilabad, Biləsuvar,
Qax, Zaqatala, Masallı,
İsmayıllı, Quba, Xaçmaz
rayonları üzrə 190 manat məbləğində
birdəfəlik ödəmənin verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 444 Bakı şəhəri, 6 noyabr
2020-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020, ¹ 4, maddə 474, ¹ 6, maddə 805; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149
nömrəli Qərarı) ilə təsdiq edilmiş
“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi
karantin rejiminin tətbiq olunması ilə əlaqədar
işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik
ödəmənin verilməsi şərtləri və
qaydası”na əsasən Lənkəran, Şəki şəhərləri
və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı,
İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə
190 manat məbləğində birdəfəlik ödəməni
almış şəxslərə müvafiq qaydalara uyğun
olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində
ödəmənin verilməsi birdəfəlik şəkildə
həyata keçirilsin.
2. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri
həll etsinlər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti 2020.- 7 noyabr.- S.4.