Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 443 Bakı şəhəri, 6 noyabr 2020-ci il

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qa­nununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilakti­ka və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “ərazisində” sözündən sonra “(bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.2. 1.1.2-1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxışın dayandırılması;”;

1.3. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərinin, Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarının inzibati ərazisində 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.”;

1.4. aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

“1.3. Bu Qərarın 1.1-ci bəndində göstərilənlərlə yanaşı, sərtləş-dirilmiş xüsu­si karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaç­maz rayonlarının inzibati ərazisində 2020- ci il 23 noyabr saat 06:00-dək bu Qərarın əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyət dayandırılır.”.

2. Bu Qərar 2020-ci il 7 noyabr saat 00:00-dan qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti 2020.- 7 noyabr.- S.4.