Azərbaycan Ordusu müzəffər yürüşünü davam etdirir

Azərbaycan Ordusu bu gün dünya hərb tarixinə yeni bir səhifə yazır. Silahlı Qüvvələrimizin apardığı uğurlu əməliyyatlar inkişaf edən ölkələrin bütün qabaqcıl hərbi mərkəzləri tərəfindən diqqətlə izlənilir, həyata keçirilən qeyri-adi döyüş tak­tikası xüsusi diqqət çəkir. Bəli, belə bir mükəmməl nizami ordunun əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə son 17 ildə bu məsələyə xüsusi önəm verib. Bunun üçün, ilk növbədə, ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi yaradılıb, ciddi kadr islahatı aparılıb, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilib. Eyni zamanda, güclü iqtisadiyyat qurulub, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində mühüm addımlar atılıb.

Ölkə Prezidenti ordu quru­culuğunu bütün yuxarıda sada­lananlarla paralel aparıb. Ona görə də Ali Baş Komandan İlham Əliyev Ermənistana sarsıdıcı hərbi zərbənin vurulmasında xalq-iqtidar-ordu amilinin əhəmiyyətini daim yüksək dəyərləndirib.

Dövlətimizin başçısının, qeyd etdiyimiz kimi, prezidentlik fəaliyyəti dövründə ordumuzun güc-qüdrətinə mühüm önəm veri­lib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standart­lara cavab verirdöyüş tapşı­rığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Bax, elə buna görə də belə bir orduya sahib olan dövlətimizin başçısı uzun illər ən yüksək tribunalardan daim bildirib ki, əgər münaqişənin həllində sülh danı­şıqları səmərə verməzsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.

Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumu­zun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculu­ğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Si­lahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avro­pada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meyda­nında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Cəmi 40 gün müddətinə Azərbaycan Ordusu tərəfindən 200-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Xudafərin körpüsündə 27 ildən sonra Azərbaycan bayrağının dal­ğalanması, Murov dağında və cəbhənin digər istiqamətlərində strateji yüksəkliklərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi vurğulanan fikrin bariz ifadəsidir. Hər ötən gün ərzində cəbhədə düşmənin çox sayda canlı qüvvəsinin, tanklarının, PDM-lərinin, müxtəlif atəş sistemləri və texnikalarının məhv edilməsi ordu­muzun güc-qüdrətinin təsdiqidir.

İşğalçı Ermənistanin xain hücumuna qarşı Azərbaycanın başladığı uğurlu əks-həmlə əməliyyatlarına dünya ölkələrinin bir çoxu qısqanclıqla yanaşır. Bu, dövlətimizin başçısına jurnalistlər tərəfindən ünvanlanan suallarda da aydın nəzərə çarpır. Prezi­denti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində müxbi­rin- “Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?”, - sualına cava­bında ölkə rəhbəri deyib: “Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tap­mamış bu əsassız dırnaqarası “informasiyadan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkin­cisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, ondaüçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər?”.

Prezident İlham Əliyev İtali­yanın “La Repubblica” qəzetinə müsahibəsində də bu barədə ətraflı danışıb. Bildirib ki, “bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var bizim çox yüksək döyüş ruhumuz var...”.

Dövlətimizin başçısı daha sonra əlavə edib ki, işğalçı Ermənistan 30 il ərzində özünü məğlubedilməz ordusu olması kimi göstərdi. Bu müddətdə ərazilərimizi təkbaşına işğal etdiklərini dedilər. Lakin biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara bu müharibə ilə kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onlarınguya məğlubedilməz ordusuəfsanədir, mifdir bunu qəbul etmək onlar üçün çox ağrılıdır. La­kin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər.

Yeri gəlmişkən, nüfuzlu hərbi ekspertlər işğal edilən ərazilərimizin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında Azərbaycanın XXI əsrdə necə müharibə aparmaq nümunəsini ya­ratdığını təsdiqləyirlər. Bu barədə danışan rusiyalı hərbi ekspert, “Na­sionalnaya oboronajurnalının baş redaktoru İqor Korotçenko deyib: “Azərbaycanın ötən illər ərzində orduya çəkdiyi xərclər bu gün öz müsbət nəticələrini verir. Hazırda Azərbaycan ordusu yaxşı təchiz olunub, o, layiqli rəqib regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”.

Bu gün dünyanı heyrətə gətirən Azərbaycanın haqq-ədalət uğrunda şanlı zəfərlərinin əsas səbəbi xalqla dövlətin, Prezidentin, ordumuzun birliyi, həmrəy olması ilə bağlıdır. Əks halda, ölkəmiz qısa bir müddət ərzində ATƏT-in, onun Minsk qrupunun dünyanın üç güclü dövlətinin təmsil olundu­ğu həmsədrlər institutunun 28 il ərzində edə bilmədiklərini reallaş­dıra bilməzdi.

 

V.BAYRAMOV

Xalq qəzeti  2020.- 8 noyabr.- S.3.