Döyüşən ordu Ali Baş Komandandan ilham alır
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də,
Dağlıq Qarabağdakı
müharibənin altıncı
həftəsində İspaniyanın
EFE informasiya agentliyinə
verdiyi müsahibədə
cəbhədəki vəziyyətlə
bağlı suallara cavablarda ordumuzun üstünlüyünə diqqət
çəkdi. 30 il
işğal altında
olan ərazinin böyük hissəsinin bir – birinin ardınca
azad edildiyini, Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatlarının davam
etdiyini vurğuladı.
Qeyd etdi ki, biz güclü
ölkəyik və öz torpağımızda
döyüşməklə, Azərbaycanın beynəlxalq
səviyyədə tanınan
ərazi bütövlüyünü
bərpa edirik. Eyni zamanda, BMT Təhlükəsizlik
Şurasının Ermənistan
qoşunlarının bizim
ərazilərimizdən çıxarılmasını
tələb edən, lakin ötən illər ərzində əməl olunmayan qətnamələrini icra
edirik.
Sonra dövlət
başçısı faktiki
olaraq, ya tamamilə, ya da qismən azad edilən ərazilərimizi qeyd edərək, digər rayonların işğaldan
azad edilməsinin aktiv mərhələdə
olduğunu bildirdi. Müharibə başlayandan xarici media qurumlarına verdiyi bütün müsahibələrində
olduğu kimi, yenə jurnalistin atəşkəslə bağlı
verdiyi “Nəyə görə müharibəni
üç dəfə
durdurmaq və danışıqlara başlamaq
mümkün olmamışdır?”--
sualına geniş açıqlama verdi. Bu atəşkəslərin
işləməməsinin səbəblərindən
biri kimi Ermənistanın azad edilmiş ərazilərimizi
geri almağa cəhd göstərdiyini,
buna nail
ola bilməyəndə,
Ermənistan ərazisindən
Azərbaycanın ikinci
böyük şəhəri
olan Gəncəyə
ballistik raketlə iki dəfə hücum etdiklərini, üçüncü atəşkəsdə
dinc şəhər olan Bərdəyə hücum etdiklərini göstərdi. Bərdədə
bir gündə 21 nəfər mülki şəxsin qətlə yetirildiyini, 70 nəfərin
yaralandığını, beləliklə, hər 3 dəfə atəşkəsin
Ermənistan tərəfindən
pozulduğunu dedi.
Ermənistanın kompromisə hazır
olduğu fikrinə münasibət bildirən
dövlət başçısı
dedi: “İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu
40 gün ərzində
artıq dəfələrlə
bəyan edilib. ...Əgər Ermənistan
bizə qulaq assaydı və məntiqlə davransaydı,
bu gün biz hazırda qarşılaşdığımız
vəziyyətdə olmazdıq.
Müharibə bəlkə də
bir ay əvvəl bitərdi. Ona görə də
Ermənistan tərəfdən
kompromis çox dəqiq olmalıdır.
Hələ də işğal
altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq
üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən
bəyan etməlidir.
Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər,
onlar həmin əraziləri boşaldacaqlarını
demirlər. ...Belə
olan halda, onlar 7 rayonun qaytarılmasını təmin
etmək üçün
bu prinsipləri işləyib hazırlamış
Minsk qrupunun həmsədrlərinə
faktiki olaraq hörmətsizlik nümayiş
etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar”.
Prezident bildirdi ki, Ermənistan
tərəf Kəlbəcər,
Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını
açıq şəkildə
deməsə, hərbi
variant qaçılmaz olacaq. “Biz hərbi
əməliyyatları davam
etdirmək istəmirik
və mən dəfələrlə demişəm
və bu gün də təkrar edə bilərəm, əgər
Ermənistanın baş
naziri şəxsən
özü, bu qan tökülməsinə
görə məsuliyyət
daşıyan şəxs
belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal”,
-- deyən Prezident vurğuladı ki, Ermənistan vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs
istəyir, Azərbaycana
qarşı yeni hücumlar etmək və bizim azad
etdiyimiz əraziləri
geri almaq üçün bu atəşkəsdən istifadə
etmək istəyir. Onun niyyəti bundan ibarətdir.
Paşinyanla bir masa arxasında oturmağın
mənasızlığını, son iki il ərzində
onunla çoxsaylı
görüşləri olduğunu,
lakin onların hamısının tamamilə
səmərəsiz olduğunu
qeyd edən dövlət başçımız
dedi: “O, mənə söz vermişdi ki, ...Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək
və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv
şəkildə işləməyə
hazır olacaq. Bu, onun Ermənistanda
rəhbərliyinin ilk aylarında
mənə söylədikləri
idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki,
Azərbaycana qaytarılası
bir santimetr belə torpaq yoxdur. Dedi ki,
“Qarabağ Ermənistandır”.
Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır.
Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə
bir məna görmürəm”.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi,
biz öz ərazimizdə,
işğalda olan torpaqları azad etmək üçün vuruşuruq, mülki əhaliyə atəş açmırıq. Amma onlar dinc şəhərlərə atəş
açmaqla qalmır,
hətta dəfn mərasiminə toplaşanları
da hədəfə alırlar. Yetərincə silah – sursatımız,
ordumuz var. Bizdə heç bir muzdlu döyüşmür
və onlara ehtiyacımız yoxdur.
Bizi ittiham etməyə çalışan ölkə
rəhbərləri rəqib
tərəfdəki əcnəbi
döyüşçüləri görmək istəmirlər.
Amma əldə əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı
var. Amerikalı, fransalı,
kanadalı, livanlı,
iraqlı, postsovet məkanı ölkələrindən,
onlarca Gürcüstandandır.
Bəli,
onlar o ölkələrdə
yaşayan ermənilərdir,
lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa,
onların orada olması qanunsuz hesab edilir.
Prezidentin cavabları beynəlxalq ictimai fikrin düzgün formalaşması,
Azərbaycan həqiqətlərinin
yayılması, tirajlanması
üçün örnəkdir
və verdiyi müsahibələr əsgər
və diplomatlarımızın
mübarizəsini əks
etdirir. Bəli, hərbçilərimiz ön cəbhədə, diplomatlarımız diplomatik-siyasi
cəbhədə mübarizə
aparırlar. Hər iki
cəbhədə mübarizə
aparan Azərbaycan oğullarının ilham
aldığı, örnək
götürdüyü və
inandığı ən
birinci insan müzəffər Ali Baş
Komandanımızdır.
Elçin QULİYEV,iqtisad
üzrə fəlsəfə doktoru
Xalq qəzeti 2020.- 8 noyabr.- S.3.