Cənnət Qarabağda bu gözəlliyə
layiq bir həyat
yüksələcək
“Tezliklə Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında zəfər yürüşünü qələbə ilə başa vuracaq və respublikamızın ərazi bütövlüyü təmin ediləcək. Məhz bundan sonra qaçqın və məcburi köçkünlərin öz yurdlarına köçürülməsi ilə bağlı böyük qayıdış üçün ikinci mərhələ başlayacaq. Bunun üçün beynəlxalq hüquqa söykənən “Repatriasiya haqqında” qanun qəbul olunacaq. Könlü istəyən vətəndaş işğaldan azad edilmiş torpaqlarda yaşayacaq, iş quracaq”.
Bu barədə qəzetimizə
açıqlama verən Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin
sədri Musa Quliyev bildirdi ki, insanların öz torpaqlarına qayıdışı bir günün içində
həll ediləcək məsələ deyil:
– Bu, illərlə davam edən bir proses
olacaq. Digər tərəfdən, Prezident İlham Əliyevin idarəçilik
məktəbinin seçilən
istiqaməti və üslubu proqramlarla idarəetmədir. Dövlət başçımızın ölkəmizə
rəhbərliyinin başlanğıcında
imzaladığı ilk fərman
“Regionların sosial-iqtisadi
inkişafı” ilə
bağlı dövlət
proqramı olub. Bundan sonra isə
hər növbəti beş il
üçün dövlət
proqramı qəbul olunub. İşğaldan azad olunmuş
torpaqlarımıza qayıdış
da dövlət başçısının rəhbərliyi,
müxtəlif dövlət
qurumları cəlb olunmaqla proqramlar çərçivəsində icra ediləcək.
Eyni zamanda, dünya təcrübəsində var:
belə proseslərə
dünyanın müxtəlif
qurumları – BMT, UNİCEF, UNESCO və s. təşkilatlar da qoşulur. Amma bütün bu işləri Azərbaycanın
özü də görmək iqtidarındadır.
Şübhəsiz ki,
torpaqların minalardan
təmizlənməsi, əraziyə
dəyən maddi, ekoloji, mədəni ziyanın miqdarı müəyyənləşəndən, ərazidə yaşamağın
mümkünlüyü, hər
cür təhlükəsizlik
təmin olunandan sonra orada yaşayış
evləri, infrastruktur da yaradılacaq, iş yerləri də açılacaq. Məhz bundan sonra vətəndaşlarımızın
həmin torpaqlara köçməsi təmin
olunacaq.
Proqramda
hansı kənddən,
rayondan neçə nəfər, neçə
ailə köçübsə,
o qədər də ev tikiləcək.
Amma Azərbaycanın işğaldan
azad edilmiş yerlərinə köçmək
istəyində əlavə
vətəndaşlar olacaqsa,
təbii ki, bu, istisna edilmir,
onlara da lazımi şərait yaradılacaq. İstəyən
şəxs işğaldan
azad edilmiş torpaqlara köçə,
orada özünə ev tikə
və iş qura da bilər.
“Repatriasiya haqqında”
qanuna əsasən, bu işlər addım-addım həyata
keçirilə bilər.
İndiki məqamda əsas
hədəfimiz torpaqlarımızın
tam olaraq işğaldan
azad edilməsidir.
Komitə
sədri Qarabağa böyük qayıdışdan
sonra burada hər iki icmanın
birgə yaşaması
imkanlarına da münasibət bildirdi:
– Cənab Prezident
xalqa son müraciətlərində
və xarici media ilə beynəlxalq aləmə açıqlamalarında
Dağlıq Qarabağda
yaşayan erməni vətəndaşlarla bağlı
məsələyə də
aydınlıq gətirib. Azərbaycan lideri
müstəsna bir humanizm göstərərək
deyir ki, erməni xalqı ilə birlikdə əvvəl olduğu kimi, birgə yaşaya bilərik. İndinin özündə Gürcüstanda,
Rusiyada ermənilərlə
azərbaycanlılar birgə
yaşayırlar.
Dünyada elə millətlər yoxdur ki, onların
genetik düşmənçiliyi
olsun. Ermənilərlə azərbaycanlılar arasındakı bu düşmənçilik millətçi-separatçı
erməni siyasətçiləri
və onları bu bədnam addıma təhrik edən dairələr tərəfindən yaradılıb.
Dağlıq Qarabağda yaşayan
erməni əhali isə on illər boyu onların girovuna çevrilmişlər.
Kimlər ki, əlinə
silah alıb Azərbaycana qarşı təxribat törədibsə,
qanunla öz cəzasına çatacaq,
təqsiri və cinayəti olmayanlar isə Qarabağda qalıb dinc həyata qovuşacaq.
Deputat sonda dedi ki,
böyük qayıdışdan
sonra illərdir həllini tapmayan bəzi problemlər də tədricən aradan qalxacaq:
– Biz azad edilmiş torpaqlarımızda təkcə
infrastruktur və yaşayış evləri
tikməyəcəyik. Qayıdışdan sonra bölgə mərkəzləri də
yaradılacaq. Təhsil
müəssisələri, institutlar,
kolleclər, ali
məktəblər də
inşa olunacaq. Yəni söhbət rayonlardakı
həyatın əvvəlki
qaydada bərpasından
getmir. Bəzi universitetlərimizi, tibb müəssisələrimizi,
mədəniyyət mərkəzlərini
həmin rayonlara, şəhərlərə köçürə,
yenilərini yarada bilərik. Bunların hamısı Qarabağda
bu cənnət diyara layiq bir
həyatın dirçəldilməsinə
və yüksəlişinə
xidmət göstərəcək.
Hazırladı:
T. AYDINOĞLU,
Xalq qəzeti 2020.- 8 noyabr.- S.4.