Azərbaycanın qələbəsini “dəmir yumruq” və polad siyasi iradə təmin etdi

Uzun illər davam edən müzakirələrdən, danışıqlardan, həsrətdən, sıxıntıdan, göynərtilərdən yorğun düşmüş Azərbaycan xalqı əsgər və zabitlərimizin doğma torpaqlarımızda bayraqlarımızın dalğalanmasını qürurla izlədi. Bütün bu hadisələr sadəcə, hərbi uğurlar deyil, tarixi ədalətin, beynəlxalq hüququn bərpasıdır. Çünki bu ərazilər Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Böyük bir fəxarətlə qeyd etmək istərdim ki, bu gün Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır! Nəinki ölkə vətəndaşları, hətta dünyanın müxtəlif ölkələrində yaşayan xalqımızın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi ali məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etdiklərini hər kəs gördü.

BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı, 29 iyul 1993-cü il tarixində Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı, 14 oktyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun nizamlamaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı və Zəngilan rayonuHoradiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonuHoradiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 11 noyabr 1993-cü il tarixində 884 saylı qətnamələri qəbul edilsə də bütün bunlar 30 ilə yaxın müddət ərzində icra olunmadı, yalnız kağız üzərində qaldı.

Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstəməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdirbunu etdi!

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionuona bitişik yeddi rayon -- Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988 --1993-cü illərdə Qarabağda , ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Lakin bütün bunlar artıq geridə qaldı. Azərbaycan Respublikası bütün dünya beynəlxalq hüquqla tanınan öz ərazi bütövlüyünü bərpa etdi. Erməni təcavüzünə son qoyuldu. 44 gün ərzində davam edən bu Vətən müharibəsi həm əsgər zabitlərimizin qanı bahasına torpaqlarımızda, həm Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən beynəlxalq siyası arenada baş verdi.

Bu mübarizədə münaqişənin ilk günündən Azərbaycanın yanında olan qardaş ölkəmiz Türkiyə Respublikasının öz siyasi dəstəyini bütün dünyaya bəyan etməsi, bizimlə birgə olduğunu dəfələrlə bildirməsi Türkiyə --Azərbaycan qardaşlığının daha bir təsdiqi oldu. Azərbaycanın hər yerində bayraqlarımız birlikdə dalğalandı. Ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, “bir millət, iki dövlətolduğumuzu dünyaya sübut etdik.

 Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşündə imzalanmış Birgə Bəyanat Azərbaycan dövlətinin tarixi qələbəsinin ən bariz nümunəsidir. Bu bəyanatla işgal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa onun ətraf ərazilərinə qayıtması Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu tarixi hadisə müzəffər Azərbaycan Ordusunun diplomatiyasının gücü sayəsində baş verdi. Bir- biri ilə vəhdət təşkil edən bu 2 amil bizə öz ərazi bütövlüyümüzü bərpa etmək imkanı verdi.

gün Azərbaycanın hər bir bölgəsində bayram ab-havası var. Xalqımız qələbəmizi böyük sevincləAzərbaycan, Türkiyə Pakistan bayraqları ilə qeyd edir. Artıq bu tarixi hadisə ilə bölgədə daimi sülh olacaq. İnsanlarımız firavan həyatlarına davam edəcək. Dağıdılmış tarixi abidələrimiz, yaşayış məntəqələrimiz, məscidlərimiz bərpa olunacaq, oradan yenidən azan səsləri eşidiləcək, müharibə olmayacaq, qan tökülməyəcək. Bu qalibiyyət münasibətilə xalqımızı təbrik edir, şanlı bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzu edir xalq olaraq buna inanırıq.

Bütün təzyiqlərə baxmayaraq, polad iradə nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla xalqımıza dərin minnətdarlığımı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Uca Allahdan şəfalar diləyirəm.

Bu qeydlərimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin kəlamı ilə tamamlamaq istəyirəm ki, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Günay İBRAHİMOVA,

Sumqayıt “ASAN” Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi

Xalq qəzeti  2020.- 14 noyabr.- S.7.