Praqmatik düşüncələrin reallığa çevrilməsi

Hər bir xalq özünü dərk edəndən, öz milli kimliyini anlayandan ali bir ideal uğrundaazad və müstəqil dövlət qurmaq uğrunda mübarizə aparır. Danılmaz bir həqiqətdir ki, bugünkü müstəqil və demokratik, Azərbaycan Respublikasının baş memarı ulu öndər Heydər Əliyevdir.

Bu gün Azərbaycan xalqının son iki əsrlik tarixinin ən şanlı qələbə günlərini, anlarını yaşadan isə ulu öndərin layiqli davamçısı İlham Əliyevdir. Hələ 20 il bundan öncə ulu öndərin rəhbərliyi dövründə işıq üzü görmüş “Bəsirət ünvanı ” kitabını yazmış bir müəllif kimi bu gün mənim sevincimin həddi-hüdudu yoxdur.

Bu gün qürur duyuram ki, bu kitabdakı düşüncələr artıq real həqiqətə çevrilmişdir. Zamanında, onun parlaq zəkasını, milli-mənəvi keyfiyyətlərini, tükənməz enerjisini, yüksək siyasi idarəçilik, liderlik qabiliyyətini öncədən görən Azərbaycan xalqı bu gün öz lideri ilə fəxr edirqürur duyur.

Hər zaman Azərbaycanın milli maraqlarını uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik oyun qaydala­rına və siyasi texnologiyalara, dünyanın siyasi tarixinə dərindən bələd olması onun məmnunluqla qarşılanan böyük demokra­tik, dünyəvi keyfiyyətlərindən irəli gəlir.

Biz də Heydər Əliyev siyasi məktəbinin içərisində olanlardan biri kimi vaxtıilə İlham Əliyevin bütün fəaliyyətini təhlil edərək, “Bəsirət ünvanı” kitabını qələmə almaq­la “Nə üçün bəs İlham Əliyev?” sualına əsaslandırdığımız dörd istiqamət üzrə cavab taparaq bütün dünyaya bəyan etdik.

Təxminən 20 il öncə ulu öndər Heydər Əliyevin sağlığında yazdığım “Bəsirət ün­vanı” kitabında zamanında verdiyimiz əsas dörd istiqamət üzrə proqnozların aşağıdakı nəticələrini qeyd etmək istərdik.

Tarixi zərurətdən yaranmış YAP-ın siyasi inkişaf tarixiİlham Əliyevin sima­sında yeni liderə ehtiyac zərurətini bir daha doğrultdu.

– Azərbaycanın neft strategiyası qlobal siyasətin aparıcı istiqamətlərindən birinə çevrildi. Bu istiqamətdə də zamanında zəngin dünyagörüşə malik İlham Əliyevin müəllifliyi ilə neft strategiyası neft diplo­matiyasına çevrildibugünkü reallıq göz qabağındadır.

Bütün istiqamətlərdə zəfər yolunun yolçusu, sabahımıza qarant olan lider İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmiz müasir dünyanın ən kütləvi ünsiyyət və təbliğat vasitəsi olan olimpiya hərəkatına qoşuldu. Həmçinin Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildi.

Avropa Şurası Parlament Assamb­lyesandakı Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında optimalmodern mexanizmlərindən istifadə edərək erməni diplomatiyasını susdurdu. Beynəlxalq aləmdə bütün tədbirlərdə Qarabağla bağlı həqiqəti siyasi-hüquqi müstəvilərə gətirdi, hansı zamanda və necə addım atılmasının vaxtını, vədəsini müəyyənləşdirdi.

Odur ki, Azərbaycanın lideri İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı təxminən otuz il öncə qəbul olunmuş mövcud qətnamələrini qeyd-şərtsiz olaraq yerinə yetirilməsini öz sarsılmaz gücü ilə erməni qəsbkarlarına və onların havadarlarına həzm etdirməkdədir.

Onun bütün istiqamətlər üzrə fəaliyyəti sayəsində artıq ən yüksək nəticələr əldə olunmuşdur.

İlham Əliyev fitri istedadını, diplo­mat, milli maraqların müdafiəçisi olmaq bacarığını, milli-mənəvi zənginliyini, əsl azərbaycanlı kimi soykökünə və xalqına bağlılığını nəinki Azərbaycan cəmiyyətinə, həmçinin bütün dünyaya bəyan etmişdir.

Ulu öndər güclü bir dövlətçilik məktəbi yaratdı və Azərbaycanın gələcək taleyi­ni neçə illər bundan öncə bu dövlətçilik məktəbinin ən layiqli üzvü olan İlham Əliyevə etibar etdi.

Bu kitabda aparılan təhlillər, söylənilən fikirlər, verilən proqnozlar bugünkü reallığı tamamilə əks etdirdiyindən ulu öndərimizin ruhu qarşısında bir daha baş əyməyi özümüzə borc bilirik. Ona görə ki, o, belə bir ağıl, zəka, düşüncə sahibi olan lideri bizə təqdim etmişdir.

İlham Əliyevin bugünkü fəaliyyəti bunu deməyə əsas verir ki, Heydər Əliyev dün­yanı, kainatı bizə göstərən gözlərlə sabaha baxmayıb. O, sabaha bəsirətin gözü ilə baxıb. Belə ki, ağlın, zəkanın, düşüncənin, ürəyin gözü ilə baxıb.

İlham Əliyev Heydər Əliyevin öyrənmək üçün yaratdığı şəraitdən maksimum bəhrələnmək qabiliyyəti olduğunu sübut etdi.

Bəli, indiki Azərbaycan cəmiyyətinin tələbatı və istəkləri tamam fərqlidir. Bütün cəmiyyətlərdə həmişə son nəticəyə, yeniliyə can atıblar. Məişət səviyyəsində də, ictimai-siyasi həyatda da, iqtisadiy­yatda da, hərbdə də belədir. Bu isə insan psixologiyası ilə, bəşər övladlarının xisləti ilə bağlı olan məqamdır. Bu mənada XXI əsrdə Azərbaycan cəmiyyəti tamam fərqli tələblər irəli sürür. Heç kim heç vaxt geriyə, artıq keçilmiş yola, inkişafın əvvəlki səviyyəsinə qayıtmaq istəməyib. İnkişafın ən sadə dialektikasının əsası belədir.

Deməli, bütün hallarda daim irəli getmək, yüksək inkişaf səviyyəsinə çatmaq üçün konkret görmək lazımdır. Azərbaycan cəmiyyətinin siyasi inkişaf prosesindən də bunu açıq-aydın görmək olar ki, tələblər, sosial-siyasi şərtlər xeyli dəyişilib. Artıq ölkəmiz nəinki regi­onda, hətta dünya çapında, beynəlxalq təşkilatlarda özünəməxsus söz, qüvvət və yer sahibidir.

Məhz bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fədakar fəaliyyəti ilə si­yasi-praqmatik müstəvidən real müstəviyə keçməni təmin etmişdir.

İlham Əliyev faktoru Azərbaycan cəmiyyətində ona görə belə sürətlə aktual­laşdı, ona görə belə böyük nüfuz qazandı ki, o, bu dəyişikliklərin mahiyyətini hamıdan əvvəl görə bildi. İlham Əliyev bunları təhlil edərək konkret nəticələrə gəlib və öz siyasi fəaliyyətini də bu nəticələrə nəzərən qur­mağı bacardı. Dövlət başçısı güclüdürsə, iradəlidirsə, qurucudursa, yaradıcıdırsa, sözü ilə əməli vəhdət təşkil edirsə, fikrən, mənən xalqı ilə birdirsə, onda böyük uğur­lara imza atacağı şəksizdir.

İlham Əliyevin siyasi fəaliyyəti onun nə qədər realist, nikbin, cəsarətli olduğu­nu göstərir. Prezident “Mən vəd verməyi xoşlamıram. Ancaq inana bilərsiniz ki, yaxın gələcəkdə Azərbaycanın o qədər güclü iqtisadi potensialı olacaqdır ki, bunu ölkəmizin hər bir vətəndaşı hiss edəcəkdir. Buna heç bir şübhəniz olmasın” deyəndə yetərincə nikbinrealistdir.

Birmənalı şəkildə qeyd edək ki, cənab İlham Əliyevə səs verməklə Azərbaycan xalqı müdrik seçim etmişdir. Dövlət başçı­mız xalqa gələcək perspektivləri və onlara çatmağın real yollarını göstərir. Onun vədi ilə əməli vəhdət təşkil edir.

Prezident İlham Əliyev fəaliyyətinin bütün dövrlərində öz platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri yerinə yetirir. Bu istiqamətlər isə vahid siyasi xəttə söykənməklə yanaşı, çoxşaxəli və genişmiqyaslıdır.

Bəsirət – uzaqgörənlik, müdriklik, zəkalılıq, yüksək intellekt, rasional düşüncə, güclü ağıl və s. kimi yüksək keyfiyyətləri ehtiva edir. Bütün bu ifadələrin fonunda İlham Əliyev şəxsiyyəti son dərəcə əzəmətli görünür.

Bu ifadələrin hər biri zamanında İlham Əliyev şəxsində təhlil edilərək “Bəsirət ün­vanı ” kitabında siliməz tarixə çevrilmişdir.

Dövlət yalnız ağıllı, yenilməz rəhbəri olanda ədalətli olur. Elə buna görə də bizdə milli, tarixi şəxsiyyətlərimizə qarşı güclü ehtiram hissi var.

İlham Əliyevin adı Azərbaycanın XX-XXI əsrlər tarixinə çoxdan həkk olunub. Dövlət başçımız buna yalnız öz ağlının, istedadının, bəsirətli və təmkinli olmasının, məsuliyyətliliyinin, zəhmətsevərliyinin, soy kökünə və geninə bağlılığının, diplomat bacarığının, milli-mənəvi zənginliyinin hesabına nail olub.

Azərbaycan coğrafi baxımdan elə də böyük ölkə deyil. Amma məmləkətimiz indi bütün dünyanın diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Qədim Şərq müdrikləri deyir ki, alim elmi, cəngavər şücaəti ilə tanındığı kimi, abad məmləkət də adil və ağıllı rəhbəri ilə tanınır. Bu­günkü Azərbaycan qüdrətli və nüfuzlu bir məmləkətdir. Azərbaycan özünün son 300–400 illik tarixində heç vaxt indiki qədər güclü, əzəmətli, şöhrətli, ən əsası isə saba­ha ümidli olmayıb. Tariximizə az-çox bələd olanlar bunu yaxşı bilirlər.

Milli maraqları və milli- mənəvi dəyərləri ümumbəşəri sərvətlərlə ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, siyasi proseslərə təmkinli münasibət, demokratik dəyərlərə sədaqət, xüsusilə də insan hüquqlarına hədsiz diqqət, univer­sal bilikakademik təhsil, dəmir məntiq və möhkəm iradə – bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevi xarakterizə edən mühüm keyfiyyətlərdir. Ölkədə sosial iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirilmiş işlərlə bağlı açıqlanan fakt və rəqəmlər Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləməklə yanaşı, Prezident İlham Əliyevin bütün bu uğurlu işlərə necə böyük tələbkarlıqla, məsuliyyətlə yanaş­dığını göstərir. Onun bu məsuliyyətini, problemlərin həll edilməsi yolunda qətiyyətini bütün dünya görür.

Azərbaycan Prezidenti beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı prinsipial, təşəbbüskar mövqe nümayiş etdirir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ probleminin həllinə yönəlik rolu ordu quruculuğundakı möhtəşəm uğurlar nəticəsində Qaraba­ğımızın yağı düşməndən azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqla­rına böyük həvəslə qayıtması, məhz bu gün, bütövlükdə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan uğurlu dövlət siyasəti hər birimizdə qürur hissi oyadır.

İlham Əliyev ideyalarından doğan, güc alan dərin islahatlar strategiyası bu gün artıq, bütövlükdə, düşüncələrdən süzülərək sistemli şəkildə həqiqətə çevrilmiş reallıq­dır.

 

İlham Əliyev müasir baxışlı, yeni təfəkkürlü lider və siyasətçidir. O, klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu reallaşdıran siyasətçidir, siyasətdə və diplomatiya­da eyni dərəcədə ənənəçi və yenilikçi dəyərləri sintez etməyi bacarmış bir sərkərdədir, böyük şəxsiyyətdir.

Onun ən böyük güc mənbəyi, ən güclü silahı intellekti, iti zəkası, fəhmi və hazırlıq səviyyəsidir.

İlham Əliyev öz fəaliyyəti ilə, alternativi olmayan addımları ilə istər sülh dövründə, istərsə də hərb zamanında bütün xalqı arxasınca aparmağı bacardı.

Ali Baş Komandanımız İlham Əliyevin sayəsində tarixi Vətən torpaqları birləşməkdədir. Bu gün möhtərəm Prezi­dentimiz İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin “sabit məmləkət, qüdrətli dövlət və rifahlı millət ” strategiyası tam şəkildə uğurla həyata keçirilməkdədir.

Azərbaycan kimi spesifik dəyərləri və mentaliteti, öz yolu və ənənəsi olan ölkələrdə güclü şəxsiyyət amili həddən ziyadə mühüm rol oynayır. Lider sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizm və keçidlər erasında mayakxilaskar missiyasında çıxış etməlidir. Belə məqamlarda lider həm də birləşdirici amil olmalı, tənzimləyici, nəzarətedici, hərəkətverici və aparıcı qüvvə rolunu oynamalıdır. Bütün güclü şəxsiyyətlər kimi, İlham Əliyev də hamını öz arxasınca apara bilir. O, son dərəcə işgüzar, qüdrətli bir sərkərdə, bir rəhbər kimi nəinki ölkəmizə, Qafqaz regionuna, bütün dünyaya yeni bir nəfəs gətirdi. Azərbaycanın nüfuzunu yüksəltməyə nail oldu.

Bizim eradan əvvəl VI-V əsrlərdə yaşamış qədim Çin mütəfəkkirlərindən biri demişdir:

“Əgər sən öz gücünü bilirsənsə və düşmənin gücünü bilirsənsə, yüz döyüşdən qorxmaya bilərsən.

Əgər sən öz gücünü bilirsən, düşmənin gücünü bilmirsənsə, hər bir qələbədən sonra səni məğlubiyyət gözləyir.

Əgər öz gücünü bilmirsənsə, düşmənin gücünü də bilmirsənsə, onda sən həmişə uduzacaq bir axmaqsan”.

Bu ifadələrə diqqət yetirsək görərik ki, Paşinyan yaramaz və axmaqdır. İlham Əliyev isə əvəzedilməz bir lider və sərkərdədir.

Məhz bu kəlamlar fonunda Azərbaycan lideri İlham Əliyev birmənalı olaraq möhtəşəmdir, qalibdir!

Mürtəce erməni faşizmionun “təlxək Paşinyan ”ı isə əbədi məğlubiyyətə məhkumdur.

Ali Baş Komandan İlham Əliyevin son zamanlarda Qarabağ mövzusunda dün­yanın aparıcı mətbuat orqanlarına verdiyi müsahibələrindən göründüyü kimi, cənab Prezidentin beynəlxalq hüquqa, tarixi faktlara, haqqa, ədalətə, güclü iradəyə və məntiqə söykənən nitqi, eyni zamanda, düşməni susduranonu aciz duruma salan cavabları isə istər siyasi müstəvidə, istərsə də döyüş meydanında bütün dünya ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul olunmaqdadır.

İşğalçı ölkənin rəhbəri üzdəniraq Paşinyan isə beynəlxalq hüquqa zidd olaraq xalqını yalançı vədlərlə aldadaraq onları ölümə sürükləyərək mürtəce erməni faşizminin mahiyyətini bir daha dünya ictimaiyyətinə göstərməkdədir.

Ali Baş Komandanın rəhbərliyi ilə “Qa­rabağ Azərbaycandır!” həqiqəti müzəffər, rəşadətli, yenilməz Azərbaycan Ordusunun zəfəri ilə bir daha təsdiqləndi. Vətən sava­şımız cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Qələbə ilə başa çatdı.

Çox qürurluyuq! Xalqımız uzun illərdir həsrətində olduğu tarixi Qələbəni qeyd edir. Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanı ilə, müzəffər ordusu ilə fəxr edir, qürur duyur.

Bəli, təxminən 20 il öncə İlham Əliyev haqqında uzunmüddətli düşüncələrimi “Bəsirət ünvanı” kitabında oxucularımla bölüşdüyümdən bu gün mənə yalnız “Qa­rabağ Azərbaycandır!” həqiqətini əməli ilə təsdiq edən, adını qızıl hərflərlə dünyanın tarixinə həkk edən Ali Baş Komandan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik etmək qalır.

Müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə, Heydər Əliyev yo­lunu ləyaqət, məsuliyyət və qeyrət hissi ilə davam etdirən Prezidentimiz İlham Əliyevə can sağlığı və uğurlar diləyirəm. Qələbəmiz mübarək! Eşq olsun əvəzolunmaz liderimiz İlham Əliyevə! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

 

Əhməd VƏLİYEV,

Odlar Yurdu Universitetinin rektoru, professor

Xalq qəzəeti.-2020.-17 noyabr.-S.3.