Ədliyyə sistemindəki uğurlu dəyişikliklər bəhrəsini verir

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır... Bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Respublikamızda və regionda gedən ictimai-siyasi proseslər, xüsusən, müzəffər Azərbaycan Ordusunun on illərdən bəri işğal altında qalan torpaqlarımızı azad etməsi ölkə əhalisinin hamısı kimi, biz hüquqşünasları da sevindirmiş və məmnun etmişdir. Çünki biz -- ədliyyə sistemi əməkdaşları həm aldığımız təhsilin, həm də çalışdığımız sahənin üzərimizə qoyduğu “Ədalətin bərqərar edilməsi” missiyasını daim uca tuturbuna nail olmağa çalışırıq. Zənnimcə, Azərbaycan Ordusunun və möhtərəm Ali Baş Komandanımızın “44 günlük müharibə” adlandıran zaman kəsiyində əldə etdiyi möhtəşəm uğurun da bir adı var: Ədalətin bərqərar edilməsi. Doğrudur, tarixçilər həmin nailiyyəti “Vətən Müharibəsində qazanılmış qələbə” adlandırırlar. Siyasətçilər ona “Xalqın böyük zəfəri” deyirlər. Biz ədliyyə mütəxəssislərinin fikrincə isə ordumuz və dövlətimiz Azərbaycan xalqını 30 il həsrətində olduğu ədalətə qovuşdurub.

Bu yazını Azərbaycan ədliyyə işçilərinin peşə bayra­mı münasibətilə qələmə almaq istəyirdim. Çünki noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis olunmuşdur. Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradıl­masından bir əsrdən çox vaxt ötür. Fəxrlə və qətiyyətlə deyə bilərik ki, son 17 ildə Azərbaycan ədliyyəsinin inkişafı istiqamətində kifayət qədər uğurlu addımlar atılmışdır. Nazirliyimizin genişmiq­yaslı fəaliyyəti sayəsində ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası təmin olunmuş, gərgin fəaliyyət nəticəsində məhkəmə apa­ratları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, hüquq ədəbiyyatı kitabxanası yaradıl­mışdır. Yəni bu istiqamətdə yada salmalı olduğumuz faktlar istənilən qədərdir.

Ancaq düşünürəm ki, öz peşə bayramımızdan əvvəl qeyd etməli olduğumuz məsələ möhtərəm dövlət başçımızın noyabrın 10-da xalqa ünvanladığı müraciətdə qeyd edilən məqamlardır. Əlli milyonluq soydaşlarımızın həmin gün cənab Ali Baş Komandandan eşitdiyiBu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur” – ifadəsinə şahidlik etməkdən qürur­luola bilərdi ki?

Prezident əlavə etdi ki, imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır: “Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri imzalamışlar”.

Təbii ki, həmin sənəddə öz əksini tapan məsələlərin hamısı bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Ancaq cənab Prezidentin həmin bəyanatı səsləndirdikdən sonra xalqa ünvanladığı müraciət daha möhtəşəm və əziz idi: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tari­xi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaq­larda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı -- Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq”.

Bir hüquqşünas olaraq, cənab Prezidentin həmin müraciətindəki hüquqla bağlı məqamları da yada salmaq istərdim. Dövlət başçı­mız dedi ki, lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm. O müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, beynəlxalq hüququ müdafiə edirik, ədaləti müdafiə edirik, BMT Təhlükəsizlik Şura­sının qətnamələrini icra edirik: Demişdim ki, bizim bütün ad­dımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülübbütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, iş­ğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmaya­caq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir”.

O ki qaldı, bizim peşə bayramı­mıza, qeyd edim ki, həmin günlə, sadəcə fəxr edirəm. Çünki mən də ədalətin zəfər çalması üçün çalışanların sırasındayam. Mən də Azərbaycan ədliyyəsinin geniş­miqyaslı inkişafına öz töhfəsini verənlərin sırasındayam. Fəxrlə deyə bilərəm ki, Şərqin ilk de­mokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə sisteminin fəaliyyətinə mühüm əhəmiyyət verilibbiz bu gün həmin ənənəni yaşadırıq.

Bu, bir faktdır ki, Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keç­mişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan ədliyyəsinin tarixinə, uğurlu inkişaf yoluna nəzər salarkən bu orqanın məhz ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdikləri dövrdə mü­hüm dövlət orqanı kimi təşəkkül tapması və inkişaf etməsi, ədliyyə sisteminə zəruri diqqət və qayğı ilə yanaşılması tarixi bir həqiqət, inkarolunmaz bir faktdır.

Mən başqa bir məqamı da yada salmaq istərdim. Belə ki, Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin mühüm dövlət strukturu kimi yenidən təsis edilməsi məhz ümummil­li lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra qanunçuluğa, ədalət prinsiplərinin bərqərar olmasına, demokratik dəyərlərlə zənginləşməsinə xüsusi diqqət yetirmiş, 1970-ci ildə Ədliyyə Na­zirliyinin yenidən təşkilinə rəhbərlik edərək, bu qurumun gələcək inkişafı üçün əlverişli şərait və möhkəm təməl yaratmışdır.

Ümummilli liderimiz yaxın tariximizdə də həmin fəaliyyətini davam etdirərək müasir ədliyyə sistemimizin sütunlarını yaratmış­dır. Belə ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan ədliyyəsinin inkişafına xüsusi diqqət və qayğı daha da artırılmışdır. Hamı bilirşahiddir ki, ölkəmizdə mü­hüm dövlət təsisatlarının yara­dılması, müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanıl­ması və inkişaf etdirilməsi, demok­ratik hüquqi dövlət quruculuğu­nun geniş vüsət alması və digər möhtəşəm uğurlar ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin və misilsiz əməyinin nəticəsidir.

Məhz Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində ölkəmizin ədliyyə orqanlarında, məhkəmə-hüquq sistemində əsaslı və köklü islahatlar aparılmış, yeni qanun­lar qəbul olunmuş və üçpilləli məhkəmə sistemi formalaşmış­dır. Ədliyyə orqanları hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə uyğunlaşdırılmış, ədliyyə orqanlarının səlahiyyət və funksiyaları genişləndirilmişdir.

Bizim xoşbəxtliyimizdir ki, həmin islahatlar 2003-cü ilin payızından – cənab İlham Əliyevin prezident seçilməsindən sonra da davam etdirildi. Özüböyük prinsipiallıq və yara­dıcılıqla. Cənab İlham Əliyevin imzaladığı “Məhkəmə sistemi­nin müasirləşdirilməsi haqqın­da” 19 yanvar 2006-cı il tarixli, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 18 aprel 2006-cı il tarixli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanları dövlət başçısının ölkədə möhkəm təməl üzərində qurulmuş məhkəmə və ədliyyə sisteminin formalaşmasına dair geniş və məqsədyönlü fəaliyyətin nəticəsidir və bu fəaliyyət məhkəmə və ədliyyə sisteminin təkmilləşdirilməsində müstəsna rol oynayır.

“Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində respublikamız­da məhkəmələrin yeni inzibati binalarının inşa edilib istifadəyə verilməsi dövlətin məhkəmə hakimiyyətinə, eləcə də ədliyyə orqanlarının əməkdaşlarına göstərdiyi diqqət və qayğının təzahürlərindən biridir. “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 13 fev­ral 2014-cü il tarixli sərəncamı ilə “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır.

Ölkədə məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət beynəlxalq təcrübədən və nüfuzlu beynəlxalq təşkilatların imkanlarından istifadə edilməsi məqsədi ilə bir sıra mötəbər qu­rumlarla işgüzar əlaqələr yara­dılmış, bu sahədə Avropa Şurası ilə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. 2015-2017-ci illər ərzində Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyinin artırılması layihəsi çərçivəsində respublika daxilində və ölkə hüdudlarından kənarda çoxsaylı tədbirlər keçirilmiş, ədliyyə orqan­larının və məhkəmə sisteminin əməkdaşları həmin tədbirlərdə fəal iştirak etmişlər.

Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi təmin edilmiş­dir. Azərbaycan dövləti hüquqi dövlət quruculuğuinsan hüquq­larının müdafiəsi üzrə tədbirlərin gücləndirilməsini öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir.

Mən şadam ki, ölkəmizdə apa­rılan hərtərəfli islahatların müsbət nəticələrini görənlərdənəm. Fəxr edirəm ki, Silahlı Qüvvələrimizin İlham Əliyev kimi Ali Baş Ko­mandanı vardır. Fəxr edirəm ki, rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası kimi möhtəşəm uğura imza atmışdır. Qətiyyətlə deyə bilirik ki, Qarabağ Azərbaycandır!

 

Rövşən RƏFİYEV,

Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının sədri

Xalq qəzeti  2020.- 18 noyabr.- S.8.