Baş infeksionist: COVID–19-la bağlı yalnız ixtisaslı həkimə müraciət edin

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov mediaya son açıqlamasında bildirib: “Hazırda koronavirusla bağlı stabil vəziyyət yoxdur. Ötən ayın ortalarından başlayaraq koronavirusla yoluxma halları artmaqda davam edir”.

İnfeksiya üzrə ölkənin baş mütəxəssisi açıqlamasını davam etdirərək qeyd edib ki, bu gün mənfi dinamikanın dayandığını demək mümkün deyil: “Yoluxma halları bizdən qabaq başlayan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq. Nə vaxt ola­cağını demək çətindir.Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. Proqnoz vermək çətindir”.

Təyyar Eyvazov söyləyib ki, kütləvi peyvənd olunanaya kollektiv immuni­tetin formalaşmasına qədər tam effektiv olan heçyoxdur: “Hələ ki, effektiv olan maska taxmaq, məsafə saxlamaq, əl gigiyenası və asqırıb, öskürəndə ağzın bağlanması və təmasların minimuma endirilməsidir. Əhali yeni koronavirusa qarşı kütləvi peyvənd olunduqda kollektiv immunitet yaranacaq, onda xəstəliyə yoluxma sayı idarə olunacaq, yoluxmalar kifayət qədər aşağı olacaq. Amma bu, indi deyil, yəqin ki, yaydan sonra olacaq.

Peyvəndlərin də kliniki sınaqları gedir. Rusiya, ABŞ və digər ölkələr bu sınaqları aparır. Amma müəyyən vaxt lazımdır ki, bu sınaq­lar çox sayda insanları əhatə etsinonun nəticələri öyrənilsin ki, peyvəndlərin nə qədər təsirli və təhlükəsiz olması müəyyən edilsin. Bundan sonra bizim ölkə də hansısa beynəlxalq tövsiyə olunmuş peyvəndi əldə edəcək. Gələn il bu vaxt çox güman ki, artıq müəyyən məsələlər həll olunacaq. Ən yaxın müsbət proqnoz bun­dan ibarətdir”.

Baş infeksionistin sözlərinə görə, koronavirusun simptomlarında da heç bir dəyişiklik yoxdur: “Ümumiyyətlə, bu xəstəliyin elə bir tipik simptomu yoxdur ki, buna əsasən yeni koronavirus infeksiyasını təsdiqləyək. Müəyyən simptomlar qrupu var ki, onlar da müxtəlif tezlikdə rast gəlinir. Xüsusən, xəstəliyin başlanğıcında ən çox rast gəlinən qızdırma, ümumi zəiflik, quru öskürək və bir qədər az hallarda boğaz ağrısıdır. Amma digər əlamətlər də var, məsələn, kimlərdəsə kürək ağrılarının olması, iy və dadbilmənin itirilməsi, digərlərində isə ishal olması və başqa əlamətlər. Bu hallar olsa da, daha kiçik və fərqli tezlikdə baş verir. Yəni, üç-dörd simptoma daha çox rast gəlinir, digərləri isə buya digər xəstələrdə olur.

İnfeksiyanın gediş xüsusiyyətlərinin dəyişməsi üçün virus kifayət qədər dəyişməli, əsaslı mutasiyaya uğramalıdır. Belə qısa vaxtda bu, baş verə bilməz. Qrip virusu ilə müqayisədə koronavirus daha davamlı virusdur. Dəyişiklik üçün ən azı, 1-3 il vaxt lazımdır. İnsanlar düşünürlər ki, virus dəyişəcək, digərləri kimi ola­caq və artıq buna əhəmiyyət verilməyəcək. Ola bilər bu, baş versin, çox güman ki, baş verəcək də. Amma indi yox, az vaxt keçib”.

 

Təyyar Eyvazov vurğulayıb ki, qripdən fərqli olaraq koronavirus ev şəraitində bir çox hallarda böyüklərdən uşaqlara keçir: “Qripdən fərqli olaraq uşaqlar koronavirusa yo­luxanda ya simptomsuz, ya da yüngül keçirirlər. Azyaşlı uşaqlar COVID–19 infeksiyasının fəsadlaşmasının risk qrupuna aid deyil. Risk qrupuna yaşlılarla yanaşı xroniki xəstəlikləri olanlar aiddir. Amma qripdə bunun əksinə ola­raq 5 yaşadək, xüsusən, 1 yaşadək uşaqlar risk qrupuna aiddirlər, onlar qripi daha ağır keçirirlər. Təbii ki, uşaqlar koronavirusa yoluxur, müəyyən dövrdə virusu gəzdirirlər.

Yoluxanların sayı çoxdursa, virusdaşıyıcıla­rının başqasına virus ötürmə ehtimalı az da olsa realizə olunur. Ancaq uşaqlar da koronavirusu ağır keçirə bilər, çünki onlar arasında immuno­defisiti olan, yanaşı xroniki xəstəlikləri olanlar var. Belə hallar varsa, azyaşlılarda da böyüklər kimi, ağır formalar inkişaf edə bilər və inkişaf edir də. Amma, ümumilikdə, belə halların sayı böyüklərlə müqayisədə çox azdır”.

Xatırladaq ki, baş infeksionist bugünlərdə əhaliyə müraciət edərək xüsusi xəbərdarlıqla çıxış edib: “Vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiya­sı təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin”.

 

Hazırladı: R.TAHİR

Xalq qəzeti 2020.- 18 noyabr.- S.9.