Qadınlar tarix boyu sülh elçisi olub
Müsahibimiz Milli
Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə
Naxçıvanlıdır
– Aqiyə xanım, Ali Baş
Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqillik
tariximizə yeni səhifələr yazır. 30 ilə yaxındır ki,
düşmən əsarətində olan ərazilərimizdə
artıq Azərbaycan bayrağı dalğalanır
. Nəhayət, səbrsiziklə gözlədiymiz
gün çatdı.
– Bu
günü, yəni
qələbə müjdəli xəbərləri
30 ilə yaxındır ki, hər bir soydaşımız böyük səbrsizliklə
gösləyirdi. Ali Baş
Komandanımızın rəhbərliyi ilə müzəffər
ordumuzun ərazi
bütövlüyümüzü təmin etməsi hər
birmizdə qürur hissi yaradır. Fəxr edirik ki, BMT Təhlükəsizlik
Şurası kimi mötəbər qurumun, ATƏT-in Minsk qrupu
həmsədrlərinin - hər kəsə bəllidir ki, bu qurumum həmsədləri
dünyanın güclü dövlətləridir- 30 ildir ki, həyata
keçirə bilmədikləri missiyanı dövlətimizin
başçısı 40
gün ərzində yerinə yetirib.
Sentyabrın 27- dən bu günə qədər 200-dən
artıq yaşayış məntəqəmiz, strateji əhəmiyyətli yüksəkliklər,
bu gün Dağlıq
Qarabağın ətraf rayonları üçün
böyük əhəmiyyət kəsb edən Suqovuşan,
qonşu ölkə ilə əlaqələrin daha da möhkəmləndirilməsində
xüsusi rola malik Xudafərin körpüləri artıq
düşməndən azad edilib.
27 ildən sonra həmin ərazilərdə
möhtəşəm Azərbaycan bayrağı
dalğalanır. Bütün bunlar müstəqillik tariximizin silinməz
salnaməsidr. Dövlətimizin başçısı həmişə deyirdi ki, biz
o torpaqlara qayıdacağıq. Möhtərəm
Prezidentimiz verdiyi vədlərə sadiqliyini qələbələrə
nümayiş etdirdi. Ölkə
başçısının
“Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və
necə etmək lazımdır və xalq tərəfindən
mənə verilən və göstərilən etimad imkan
verdi ki, biz bu məsələni həll edək və bir daha mən
bəyan edirəm ki, bütün verilmiş vədləri mən
yerinə yetirirəm, bütün verilmiş vədlərə
sadiqəm və mənim Prezident kimi fəaliyyətim
üçün əsas məsələ mənim əsas vəzifəm
Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi
bütövlüyünün bərpa edilməsidir və bu
gün biz bunu döyüş meydanında edirik”- hər birmizin 30 illik gözləntilərimizi reallığa çevirdi.
Azərbaycan əsgəri bilir ki, o konkret olaraq öz dədə-baba
torpağı uğrunda döyüşür. Ona görə də
canını qurban verir. Erməni əsgərində
isə mücərrəd bir düşüncə var. O niyə
və nəyin uğrunda döyüşdüyündən xəbərsizdir.
– Bəlkə
də elə buna
görə də artıq döyüşdən imtina edirlər.
Əsir düşən erməni hərbçiləri
də etiraf edirlər ki, onlar Azərbaycan ərazisində
vuruşurlar. Artıq erməni valideynlər
də uşaqlarını döyüşə buraxmırlar.
– Bəli,
artıq Ermənistanda yaşayan insanlar döyüşdən
açıq şəkildə imtina edirlər. Onları
müxtəlif təzyiqlər altında, hədə -qorxu gəlməklə,
bəzən də aldadaraq cəbhəyə aparırlar. Həlak olanlar
haqqında isə dəqiq məlumat verilmir. Bu günlərdə
eşitmişəm ki, Ermənistanda yeni doğulan
uşaqları valideynlərinə vermirlər. Hətta
uşağı və anasını xəstəxanada girov
saxlayırlar və tələb edirlər ki, uşağın
atası cəbhəyə
getsin, ondan sonra onun ailəsini xəsətxanadan evə
buraxsınlar. Ermənistanda yaşayanlar yaxşı bilirlər ki, onlar
öz Vətəni uğrunda yox, Nikol Paşinyanın, onun ailəsinin,
hakimiyyətinin, havadarlarının
şəxsi maraqlarına və ambisiyalarına xidmət
edən amal uğrunda döyüşə yollanırlar. Bunu dəfələrlə
açıq şəkildə bildiriblər. Hətta əsgər
anaları Müdafiə Nazirliyinin qarşısında dəfələrlə
etiraz aksiyaları da keçiriblər. Elə buna görə
də bu gün Ermənistan ordusunda əmrə tabe olmama, fərarilik
halları durmadan artır. Cavanlar isə
açıq şəkildə ordudan imtina edirlər. Artıq erməni cəmiyyəti də ümidsizlik
içindədir. Orduda kütləvi şəkildə
ölümlər var. Ölkə rəhbərliyi əsil həqiqətləri nə qədər məhdudlaşdırsa
da, erməni cəmiyyəti sosial şəbəkələr
vasitəsilə real durumdan –məğlubiyyətdən ,
canlı və texnika itkisindən xəbərdar olurlar.
– Belə
çıxır ki, ümidləri qadınlara qalıb. Nikol Paşinyanın arvadı Anna Akopaynın da
qadınlardan ibarət silahlı dəstə toplaması bundan
xəbər vermirmi?
– Ermənistanda
həmişə
qadınları irəli veriblər. Müharibə başlayandan ermənilərin
cəhbə bölgəsində
öz qadınlardan sui- istifadə etmələri ilə bağlı elə iyrənc
hadisələrin şahidi oluruq ki... Bu, kişi
adıma ləkədir. Qaldı ki, Nikol Paşinyanın
arvadı Anna Akopaynın qadınlardan ibarət silahlı dəstə
toplamasına və sərhədboyu ərazilərdə silahla
sou göstərməklə şəkilllər çəkdirib
özünü reklam etməsinə, bax belə yerdə “ərlə
arvadın torpağı bir yerdən götürülüb“
el məsəli yada düşür. Paşinyan kimi faşist
xisləti bir kişinin Anna kimi qəddar, zalım,
müharibə tərfdarı olan
arvadı olmalıdır. Bu qəddarlıq
onlara gendən gəlib. Axı, Nikol
Paşinyanın babası da nasistlərin nökəri olub.
Tarix boyu, qadınlar sülh elçisi, əmin-amanlıq
tərəfadı olublar. Bu gün də belədir.
Qadın anadır. Hansı
ana istəyər ki, müharibə olsun, övladları həlak
olsun? Milliyətindən
asılı olmayaraq, bütün analar qan tökülməsinin
qarşısının alınması məqsədilə
dünyaya sülhsevər mesajlar,
çağırışlar ediblər. Anna Akopyan isə bunun əksinə olaraq, qadınları müharibəyə
səsləməklə cəmiyyətə və
bütövlükdə bəşəriyyətə aqressiv ab-hava gətirir. Tarixdə qadın məğrurluğu,
mətinliyi, sülhsevərliyi
ilə çox rastlaşmışıq. Belə
qadınlar həyat durduqca yaşayır. Anna Akopyan isə
tarixdə qəddar, müharibəyə, qan tökülməsinə
çağırış edən qadın kimi qalacaq. Belələrinə
çox nadir hallarda rast gəlinir. İnanmıram ki,
tarix də belə qəddar qadınlara öz səhifəsində yer ayırsın? Akopyan tarixin tozlu səhifələri
arasında itib-batacaq... Təbbi ki, Akopyanın
bu çağırışına qoşulan erməni
qadını – anası olmdı. O, özü əqidədə
olan əyyaşları
və əxlaqsızları ətrafına toplayaraq, guya,
qadınlardan ibarət silahlı dəstə yaratması barədə
şou göstərdi. Bəs
hanı həmin dəstə? Akopyanın bu
çağırışı və
özünüreklamı erməni əsgər analarında
nifrət və ikrah hissi yaradıb. Çünki onlar
Annadan sülh çağırışı, ərini də
bu yola dəvət etməsini və buna nail olmasını
gözləyirdilər.
Yaxın zamanlarda baş vermiş hadisələrə nəzər
saldıqda, Nikol Paşinyanın ailə üzvlərininn də
özü kimi riyakar, yalançı olduğu aydın şəkildə
özünü büruzə verir. Bir vaxtlar Anna Akopyan Rusiyanın
müxtəlif kafe və restoranlarından ətrafına
topladığı 4-5 qadınla Azərbaycanın
işğal olunmuş ərazilərinə gələrək,
guya, sülh çağırışları edir,
münaqişənin qan tökülmədən həllinin tərəfdarı
olduğunu nümayiş etdirirdi. Sonra Ermənistan ordusu tərəfindən
başlanılan Tovuz əməliyyatı zamanı da riyakarlığını ört- basdır edə bilmədi və guya, Azərbaycan
qadınlarını sülhə səslədi. Gülünc vəziyyətə baxın, müharibəni
başlayan da özləri, azərbaycanlıları sülhə
çağıran da özlri. İndi isə əlinə silah alıb “vətən
müdafiəsi”nə qalxıb.
Guya,
özü də “Qadınlar sülh uğrunda” təşkilatının
müəllifidir. Akopyanın bu hərəkəti
qadın, ana ləyaqətinə, ismətinə ləkədir. Akopyanın ana adna ləkə olan
bu hərəkəti, əslində, Paşinyanın ailəsinin
və ailə dəyərlərinə yanaşmasının mahiyyətini
özündə əks etdirir. Hesab edirəm ki, bu ailənin psixoloji vəziyyəti də normal deyil.
–
Görünür, Anna Akopyan digər birinci xanımlardan
nümunə götürməyi də bacarmır.
– Əslində, belə qəddar, zalım və
amansız bir qadına ölkənin birinci xanımı deməyə
adamın dili gəlmir. Ancaq, Paşinyan kimi rəhbəri olan bir ölkənin
birinci xanımı
bundan artıq ola bilməz. Diqqət yetirin, bu gün Azərbaycan
qadınının ən mükəmməl nümunəsi respublikamızın birinci
xanımı Mehriban Əliyeva hər
bir Azərbaycan əsgərini
öz balası sayır. O, xalqa
hər müraciətində bütün hərbçilərimizin həyatı və
sağlamlığı üçün dua etdiyini, şəhid
analarının acısını bir ana kimi
bölüşdüyünü
bildirir və dünyaya sülh
çağırışları edir. Mehriban xanım
Əliyevanın beynəlxalq fəaliyyəti, ilk növbədə,
ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı
mənafeyinə xidmət etməklə yanaşı, eyni
zamnada, beynəlxalq sülh, təhlükəsizlik,
əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyətlərarsı
və dinlərarası dialoq mühitinin formalaşması və
möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə
yetirilməsi işinə böyük töhfə verir. Bütün bunlar
beynəlxalq aləmdə də yüksək dəyərləndirilmiş
və Mehriban Əliyeva müxtəlif ölkələrin ən ali
mükfatları, orden və medalları ilə təltif olunub.
Şəhid
anaları ilə görüşdə “Mən bir ana kimi sizin
qarşınızda baş əyirəm” - deyən mərhəmətli
ana, birinci xanım
ismətin, ləyaqətin
daşıyıcısı və carçısı
olduğunu daim nümayiş etdirib. Anna Akopyan isə
müharibə çağırışları ilə həm
ölkəsinin, həm də beynəlxalq ictimaiyyətin nifrətini
qazanıb.
Müsahibəni
qələmə aldı:
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 18 noyabr.- S.8.