Təcavüzkarın
heç bir cinayəti
cəzasız qalmayacaq
Zəngin və mürəkkəb tarixi bir yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından ötən 102 il ərzində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, ədliyyə işinin müasir tələblərə uyğunlaşdırılması sayəsində yüksək səviyyədə inkişaf edən bu sistem hazırda Prezident İlham Əliyev tərəfindən özünün müasir tərəqqi mərhələsini yaşayır.
Azərbaycan ədliyyəsi fəaliyyət
göstərdiyi dövrdə bir sıra mühüm tarixi hadisələrə
şahidlik edib.
Bunların sırasında bir neçə
gün bundan əvvəl
qələbəmizlə başa çatan Qarabağ
savaşı kimi taleyüklü
bir döyüş–Vətən müharibəsi
xüsusi qeyd edilməlidir.
Bu müharibə
ilə 30 il ərzində
yağı tapdağında qalan ərazilərimiz
işğaldan azad olunub.
Peşə bayramımız ərəfəsində
şanlı tariximizin parlaq
səhifələrindən biri olacaq Vətən müharibəsi haqqında bir qədər ətraflı bəhs etmək
istərdim. Xatırladım ki,
Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin əmri ilə ordumuzun
sentyabrın 27-dən işğalçı Ermənistan
silahlı qüvvələrinə qarşı apardığı 44 günlük
əks-hücum əməliyyatı
nəticəsində 300-ə yaxın kənd, 5 şəhər,
4 qəsəbə, çoxsaylı strateji
yüksəkliklər azad olundu. Eləcə də düşmənin
texnikası tam şəkildə
sıradan çıxarıldı, canlı qüvvəsinə
ciddi zərbə vuruldu
və beləliklə, Ermənistan ordusu
darmadağın edildi. Bununla
da ermənilərin “Böyük
Ermənistan” və “Dağlıq Qarabağ
respublikası” xülyalarına birdəfəlik son qoyuldu. Bir
sözlə, 30 il
davam edən danışıqlar prosesində
Ermənistan nail olmaq
istədiklərinin heç birini əldə edə bilmədi,
Dağlıq Qarabağın statusunun
müəyyənləşdirilməsi məsələsi birdəfəlik
aradan qaldırıldı.
Vətən müharibəsində
işğalçı Ermənistanın, həm də terrorçu dövlət olduğu
bir daha təsdiqini
tapdı. Düşmən döyüşdə uduzduğunu anladığına görə,
respublikamızın cəbhə xəttindən kilometrlərlə
uzaq ərazisini əməliyyat-taktiki raket kompleksindən ballistik
raketlərlə atəşə tutdu. Azərbaycanın ikinci
böyük şəhəri Gəncənin
mülki əhalisinin sıx
yaşadığı məntəqələrinə, eyni zamanda, ölkəmizin
əsrlərdən bəri qorunub saxlanan tarixi məkanlarına zərbələr endirdi. Qəbələ,
Kürdəmir və Siyəzən istiqamətlərdə
raketlər buraxdı, mülki vətəndaşlarımızı
atəşə tutmaqla, infrastrukturumuzu
dağıtmaqla qeyri-insani xislətini,
beynəlxalq hüquqa, ali
bəşəri dəyərlərə zərrə qədər
də olsun məhəl qoymadığını
nümayiş etdirdi.
Bununla da
işğalçı beynəlxalq hüququn
norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə
Konvensiyaları və onların Əlavə
Protokollarını, BMT-nin Təhlükəsizlik
Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, müharibə dövründə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 93 nəfər həlak olub, 407 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2406 ev, 92 çoxmənzilli yaşayış binası və 423 mülki obyekt yararsız vəziyyətə düşüb.
Bu dəhşətli statistika Ermənistanın terrorçu xislətindən əl çəkmədiyini göstərir. Bu, eyni zamanda, düşmənin nə qədər vəhşi, rəhmsiz, qaniçən olduğunu bir daha təsdiqləyir.
Yeri gəlmişkən, respublika Baş Prokurorluğu tərəfindən
51 belə cinayət işi üzrə təqsirli
şəxslərin məsuliyyətə cəlb olunmaları üçün aidiyyəti qurumlarla
birlikdə bütün hüquqi
mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara
müraciətlər olunub.
Eyni zamanda, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilən, dağıdıan tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə zəruri göstərişlər verilib.
Bu gün
Ermənistanın terrorçu və anti-insani mahiyyəti işğalçı
ölkənin yalnız Azərbaycan üçün
deyil, bölgədəki hər bir dövlət üçün
təhdid və təhlükə mənbəyi olmasından xəbər
verir. Ona görə də
region dövlətləri tərəfindən
də bu, aydın dərk edilməlidir. Onlar anlamalıdırlar ki,
qonşu dövlətlərə
qarşı davamlı şəkildə ərazi iddiaları
irəli sürən, ərazisində terror
təşkilatları yerləşdirən Ermənistan
bölgə üçün də böyük təhlükədir. Region dövlətləri də Azərbaycanın
haqq işini tam dəstəkləməli,
terrorçu Ermənistana təzyiq
göstərməklə onun
neytrallaşdırılmasına nail
olmalıdırlar. Regionda sülhü
və təhlükəsizliyi təmin etməyin yeganə yolu məhz budur.
Azərbaycan Prezidenti
İlham Əliyev müsahibələrində,
çıxışlarında Ermənistanın hərbi-siyasi
rəhbərliyinin cinayətkar olması, terror
əməlləri törətməklə faşist
xislətini büruzə verməsi
barədə dəfələrlə bəhs edib. Ölkə rəhbəri xalqa
müraciətində deyib: “Atəşkəs
elan olundu, ondan bir gün
keçmədi Gəncəni bombaladılar. Özü
də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini.
Nə vaxt vurdular? Gecə
saatlarında ki, daha çox insan həlak olsun...”.
Bunun insanlığa
qarşı cinayət olduğunu vurğulayan dövlətimizin
başçısı deyib: “Əgər
beynəlxalq birlik Ermənistanı törədilmiş
cinayətlərə görə məsuliyyətə cəlb
etmək istəmirsə, - necə ki,
Xocalı soyqırımına görə heç
kim onları məsuliyyətə cəlb
etməyib, - biz özümüz
onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz
onların cəzasını verəcəyik, özümüz
onları cəzalandıracağıq və bizim
cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər.
Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır
və biz bu cinayətkarları
cəzalandıracağıq”.
Azərbaycan Prezidenti müharibənin gedişində xarici ölkələrin jurnalistlərinə, xalqa müraciətlərində dönə-dönə hər bir vətəndaşın rifahının, təhlükəsizliyinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, bu, güclü dövlətin ilk zəruri şərtidir, bu, hər bir insanın qanuni hüquqlarının bərpası və öz doğma torpaqlarında rahat yaşamaq imkanıdır. İnkişaf hər zaman azad torpaqlarda nəzərə çarpır. Ancaq Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaradır və təbii ki, sosial-iqtisadi inkişaf dinamikasını zəiflədir. Eyni zamanda, zəngin iqtisadi potensiala malik bu bölgənin resurslarından yetərincə istifadə imkanlarının qarşısını alır, investisiya axınını zəiflədir, həyata keçirilən irimiqyaslı layihələr üçün ciddi risklər doğurur.
Burada təəssüf doğuran bir məqama da toxunmaq istərdik. İşğalçı Ermənistan ordusunun dinc sakinləri qadağan olunan silahlarla raket atəşinə tutaraq müharibə cinayəti törətməsi nədənsə beynəlxalq qurumları, insan hüquqlarının müdafiəsi təşkilatlarını narahat etmir. Onlar belə dəhşətli, insanlığa sığmayan əməllərə göz yumur, susqunluq nümayiş etdirirlər. Şübhəsiz ki, bu laqeydliyin, biganəliyin qarşılığında isə erməni faşistləri cinayətlərinin miqyasını daha da genişləndirirlər.
Əslində nüfuzlu
dünya dövlətlərinin, beynəlxalq
qurumların, insan hüquqlarının
müdafiəsi təşkilatlarını bu
cür mövqe nümayiş etdirmələri bizim
üçün o qədər
də təəccüblü deyil. Çünki xalqımız belə
haqsızlığı 1988-ci
ildən bu yana erməni
cəlladları tərəfindən azərbaycanlıların
Qərbi Azərbaycanda, Dağlıq Qarabağda
və ətraf bölgələrdəki
dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın
BMT-nin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı dörd
qətnaməsinin heç birini
yerinə yetirməyəndə,
işğalçı ölkənin
baş naziri Nikol Paşinyanın mənfur əməlləri
ilə dəfələrlə sülh
danışıqlarını pozanda,
Dağlıq Qarabağda “düşmənin
qarşısının alınması” mexanizminin
təkmilləşdirilməsi məsələsinin müzakirəsini
aparanda, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır,
nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirəndə şahidi olub. Beynəlxalq qurumlar, insan hüquqlarının müdafiəsi təşkilatları
Ermənistanın siyasi rəhbərliyinin
Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirəndə, terrorçuları həmin
bölgələrdə yerləşdirəndə laqeydlik, biganəlik göstərib.
Burada bir məqamı da vurğulamaq istərdim. Bu da bir sıra xarici
ölkələrdən, həmçinin
PKK və Yaxın Şərqdən terrorçuların
qondarma “Dağlıq Qarabağ ordusu”nun tərkibində Azərbaycana
qarşı döyüşlərdə
iştirakı ilə
bağlıdır. Bu, Müdafiə Nazirliyinin rəsmi məlumatında da öz ifadəsini
tapıb. Xatırladım ki, düşmənin döyüş
meydanında əcnəbi
muzdluları qabağa
verdiyi, meyitlərinə isə
sahib çıxmadığı faktlarla təsdiqlənib.
Burada təəccüblü və
təəssüf doğuran
hal odur ki, istər Paşinyan hakimiyyətinin,
istərsə də ondan əvvəlki rejimin avantürist siyasəti– belə vəhşiliklər yuxarıda
vurğuladığım kimi, beynəlxalq birlik tərəfindən daim susqunluqla qarşılanlb. Ermənistanın işğalçılığına
laqeyd, biganə münasibət bəslənilib.
Yoxsa, BMT Təhlükəsizlik
Şurasının məlum
dörd qətnaməsi
illər uzunu kağız üzərində
qalmazdı, əməli
addımlar atmaq, işğalçıya yerini
göstərmək əvəzinə,
işğalçı ilə
bərabər Azərbaycana
da ünvanlanan neytral xarakterli, sülhə çağıran
və iki tərəf arasında tarazlığı saxlamağa
yönələn şablon
bəyanatlar səsləndirilməzdi.
Beləliklə, otuz il müddətində işğalçılıq
siyasəti yürütməsi
ilə özü haqqında “məğlubedilməzlik”
mifi yaradan Ermənistan silahlı qüvvələri ordumuzun
güc-qüdrəti sayəsində 44 gün ərzində tamamilə darmadağın edildi. Eyni zamanda, haqqımızda əsassız yerə səsləndirilən “məğlub
xalq” sindromu aradan qaldırıldı,
əsgər və zabitlərimizin şücaəti,
qəhrəmanlığı haqqında isə bütün dünyada danışılmağa başlandı.
Bütün bunlarla bərabər, Azərbaycanın
öz torpağında
apardığı müharibənin
haqq-ədalət savaşı
olduğu sübuta yetirildi.
Afət ABDULLAYEVA,
Qubadlı rayon qeydiyyat şöbəsinin rəisi
Xalq qəzeti 2020.- 18 noyabr.- S.8.