Azərbaycanın ərazi bütövlüyü bizim üçün müqəddəs və əhəmiyyətlidir

Bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik...

Bu hadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qara təbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın imici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN-Türk” televiziyasına müsahibəsindən

Mən və minlərlə soydaşım otuz il idi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, həm də ədalətli şəkildə həll ediləcəyinə sadəlövhcəsinə inanırdıq. Çünki ortada haqqın -- ədalətin bərpasına zəmin yaradacaq beynəlxalq hüquq prinsiplərinin olduğunu bilirdik. Bu münaqişənin həlli missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu var idi. Həmin qrupa dünyanın üç aparıcı dövləti həmsədrlik edirdibiz onların ədalətli mövqe nümayiş etdirəcəyi günü səbirsizliklə gözləyirdik.

Sentyabrın 27-dən – Ermənistanın daha çox ərazilər işğal etmək üçün başladığı təhrikedici əməliyyatlardan – bəli, həmin addımlar təxribat məqsədilə deyil, məhz Azərbaycanı müharibəyə təhrik etmək üçün atılmışdı – sonra isə məlum oldu ki, biz inanıb ədalətli mövqe gözlədiyimiz bəzi siyasi dairələr məhz Ermənistanın maraqlarını qoruyurmuş.

Silahlı qarşıdurmanın quldur və qaniçən, uşaq qatili, vəhşilikdən əl çəkə bilməyən Ermənistana sərf etmədiyini görən Nikol Paşinyan dünyanın müxtəlif paytaxtlarına zəng etməyə başladı. Onun yalvarışlarını eşidən Fransa Pre­zidenti Emmanuel Makron isə bir neçə dəfə Azərbaycan Prezidentinə zəng etdi ki, atəşi dayandırın, min illərdən bəri ata-babanızın məskəni olmuş doğma torpaqlarınızı Ermənistandan sülh danı­şıqları ilə istəyin. Azərbaycan Prezidenti ona başa saldı ki, biz xalqımızın və dövlətimizin yeni şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Biz heç kəsə qarşı müharibə etmirik, öz ölkəmizdə, öz torpaqlarımızı işğaldan azad edirik.

Dünyanın mədəni xalqlarından birinin təmsilçisi, ən güclü dövlətlərdən biri­nin başçısı olan Emmanuel Makronun bu sadə həqiqətləri başa düşməməsi qətiyyən inandırıcı deyildi. Ancaq, o, Azərbaycan Ordusunun haqq işinin dərhal dayandırılmasını israrla tələb edirdi. Çünki Ermənistan ordusunun dar­madağın edilməsini görmək istəmirdi.

Hərbi əməliyyatların tarixçəsinə baxırıq. Döyüşlərin başlandığı ilk güngünortadan sonra Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezi­denti İlham Əliyevə zəng edərək, təmas xəttindəki silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edir və münaqişənin da­nışıqlar yolu ilə həll olunmasının vacibli­yini vurğulayır.

İşğalçını açıq-açığına dəstəkləyən həmsədrin Bakıdan aldığı cavab aydın və konkretdir: “Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qa­rabağ Ermənistandır” bəyanatı danı­şıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparma­lıdır” bəyanatı isə danışıqlar formatı­nın dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib”.

Ermənilərin avropalı müdafiəçisinə başa salınır ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahla­rından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Üstəlik, Nikol Paşinyanın himayədarına deyilir ki, hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Biz o zaman güman edirdik ki, cənab Makron davam edən proseslərə görə Ermənistanın başına ağıl qoyar. Sən demə, Ermənistanın baş nazirində ağıllı fikri qəbul edən baş yox imiş, Fransa Prezidentində isə ağıl qoymaq həvəsi. Amma ortada Ermənistanın ciddi məğlubiyyətə uğramaq təhlükəsi var idi. Ona görə də oktyabrın 3-də Parisdən Bakıya növbəti dəfə zəng gəldi ki, biz prosesdən narahatlıq hissi keçiririk və gəlin, hərbi əməliyyatları dayandıraq.

Bu, o zaman idi ki, Azərbaycan əsgərinin qarşısından acizanə surətdə qaçan Paşinyan ordusu bizim mülki əhalimizə qarşı istifadəsi qadağan edilmiş ağır siahlardan durmadan atəş açırdı. Ona görə də Azərbaycan Prezi­denti bizə dərs vermək istəyən həmsədri fakt qarşısında qoydu: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleri­ya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olun­muş ərazilərimizin bir hissəsini işğaldan azad edib”.

Dövlət başçımız onu da xatırlatdı ki, Ermənistan danışıqlar prosesinin pozul­ması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurma­nın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Ermənistanı məğlubiyyətdən xilas etmək üçün Bakıya zənglərinin təsiri olmayan Fransa Prezidenti “Əl- Cəzirə” telekanalının saytına müraciət etdi. Makron Fransa kimi ölkənin rəhbərinə yaraşmayan mövqe ortaya qoyaraq yaz­dı ki, İslam dini bu gün böhran yaşayır. Məqalədə Prezident Emmanuel Makro­nun “İslamçı radikalizm”ə qarşı Fransa­nın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığı bildirilir. Qeyd edilir ki, o, bu gün İslam dininin bütün dünyadaböhran içində olduğunu” söyləyib. Onun bu fikirləri müsəlman fəallarının kəskin əks-reaksiyasına səbəb oldu. Həmin məqalədə Makronun əsas məqsədi İs­lam dünyasında böyük nüfuza malik olan Azərbaycanın mövqelərini zəiflətmək idi. Alınmadı. Nəticədə Emmanuel Makro­nun mövqeyi Fransanın Azərbaycanla ikitərəfli münasibətlərini çox ciddi zədələməklə yanaşı, Minsk qrupunun həmsədri kimi rolunu da şübhə altına aldı.

Ekspertlərin fikrincə, Emmanuel Makron nəinki Fransada yaşayan erməni seçicilərin səsi uğrunda mübarizə aparır, eyni zamanda, bütün müsəlman aləmində destabilizasiya yaratmağa çalı­şır. Makron son günlərdə verdiyi açıq­lamaları ilə çox şey itirib. Ümumiyyətlə, həm hörməti, həm də fransız xalqı arasında nüfuzu aşağı düşüb. Bu ya­xınlarda aparılan sorğunun nəticələrinə əsasən Fransa xalqı arasında Makronun nüfuzu 30 faizdən aşağı olub.

Ona görə də Ermənistanı müdafiə etmək missiyasının öhdəsindən gələ bilmədi. Çünki o, ədalətsizliyi və ter­rorçunu, başqasının torpağına təcavüz etmiş işğalçı dövləti dəstəkləyirdi. Beynəlxalq təcrübə göstərir ki, bu üsulla heç bir siyasətçi heç bir halda özünə reytinq qazana bilməz. Üstəlik, bütün dünya Ermənistanın necə bir dövlət olduğunu dərk edib. Beynəlxalq qurum­lar Ermənistanın mahiyyətini başa düşür və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı olduğunu tamamilə anlayır. Odur ki, beynəlxalq təşkilatlar məsələnin ədalətli həllinə tərəfdardırlar.

Ancaq Azərbaycanın haqq işinə qarşı ədalətsiz mövqe nümayiş etdirən təkcə Fransa rəhbərliyi deyildi. Müharibənin getdiyi 44 gündə dünyanın otuzdan artıq kütləvi informasiyasına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev bəlkə də yüzdən çox qərəzli, məkrli, böhtançı, uydurma, təhrikedici, hətta Azərbaycanın mövqeyini aşağılamaq məqsədilə səsləndirilən sualları cavab­landırdı. Özüböyük təmkin və səbrlə.

Sentyabrın 27-dən bəri baş verən proseslərin məsuliyyətinin birbaşa Nikol Paşinyanın üzərinə düşdüyü barədə deyilənləri əsaslandırmaq üçün bir faktı yada salmaq kifayətdir. Cəmi iki il hakimiyyətdə olan bu xəstə erməni mətbuat qarşısında demişdi ki, “Mən dünyada azərbaycanlılar kimi qor­xaq xalq tanımıram.” Bundan böyük təhqir ola bilərdimi? Böyük dövlətlərin dəstəyinə arxayın olan bu məxluq hər həftə Şuşada kef məclisi qurub “yallı” ge­dirdi. Oyuncaq respublikanın prezidenti­nin andiçmə mərasimini Şuşada keçirən erməni liderinin cilovunu çəkən olma­dığından o artıq münaqişədən kənar bölgələrdə hərbi əməliyyatlar keçirməklə məsələni daha da mürəkkəbləşdirdi. Yəni təkcə Makron yox, Ermənistanın bütün havadarları başa düşməlidirlər ki, onlar Ermənistanın zəncirini çox bu­raxmışdılar. Ona görə də Azərbaycan əsgərləri böyük dövlətlərin nökərini tor­paqlarımızdan “iti qovan kimiqovdular.

Ekspertlər yazırlar ki, BMT nizamnaməsinin 51-ci maddəsi dövlətlərə “onlara qarşı edilən hər hansı hücum zamanı özlərini müdafiə etmək və gücdən istifadə etmək hüququ verir -- bu hüquq üçün ani, gözlənilməz və qarşısıalınmaz bir vəziyyətin olması şərtdir”. Bu cür təhlükənin qarşısının alınması üçün görülən tədbirlər məntiqli, mövcud təhlükə ilə eyni nisbətdə olmalıdır. Dövlətlər bu haqlarından istifadə etməzdən əvvəl Təhlükəsizlik Şurasına məlumat verməli və BMT nizamnaməsinin 41 və 42-ci maddəsinə uyğun olaraq müvəqqəti tədbirlər -- diplomatik sanksiya, iqtisadi sanksiya və nəhayət, hərbi sanksiya tədbirləri görməlidirlər.

Yəni Azərbaycan öz haqq işini reallaşdırmaq, ərazi bütövlüyünü bərpa etmək, ölkə əhalisinin təhlükəsizliyini qorumaq üçün başladığı ikinci Qarabağ müharibəsini BMT Nizamnaməsinə uyğun olaraq, BMT Təhlükəsizlik Şu­rasının məlum qətnamələrinin icrası kimi reallaşdırmışdır. Ona görə də bu məsələyə ədalətsiz yanaşanların səs-küyü tamamilə boş və məzmunsuzdur. Biz onların heç birini əsaslı məqam kimi qəbul etmirik.

Dövlət başçımızın “CNN-Türk” televiziyasına verdiyi müsahibədə dediyi kimi, bizə qarşı qara təbliğat uzun illər ərzində aparılır: “Bunun bir neçə səbəbi var. Onlardan biriodur ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Biz başqa ölkələrin əlində alət olmamı­şıq, olmaq da istəmirik və olmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolunda­dır”.

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti 2020.- 18 noyabr.- S.6.