Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza, eləcə də qardaş Türkiyənin vətəndaşlarına böyük sevinc hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Aydın şəhərindən Mövlud Çelik yazır: “Hörmətli cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər bir ölkə, hətta dünyanın bütün dövlətləri bilir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaqdır. Hazırda təqaüddəyəm, bəzən hisslərimi şeirlə ifadə edirəm. 1974-cü ildə Türkiyə Kipri müdafiə edəndə “Kıbrıs” adlı bir şeir yazdım və onu o vaxtkı Prezident Rauf Denktaşa, Baş nazir Derviş Eroğluna təqdim etdim. Hər bir insanda, xüsusən Azərbaycan və Türkiyə vətəndaşlarının ürəyində dərin yara açan Xocalı qırğınının ağrı və acısı sağalmamış 2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan torpaqlarına hücum etdi. Xalqlarımız yenidən üzüldü, lakin Azərbaycan öz haqqını döyüşlə, zəfərlə qazandı. Şəhidlərinizə görə Sizə və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun daim müzəffər olması üçün dua edirəm”.

Ağcabədi rayonundan Mehdi Əhmədov: “Möhtərəm cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!

Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Füzuli sakini İsa Hacıyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsini Qələbə ilə başa vurduğumuz üçün Sizi, xalqımızı və rəşadətli Ordumuzu ailəmiz adından və öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi qorusun!”.

İsmayıllı sakini Hüseynağa Kamilzadə: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərə görə özümün, ailə üzvlərimin adından və İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ağsaqqalları adından böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk. Noyabrın 8-də Şuşanın alınmasına, 10-da isə qəbul olunmuş bəyanata görə çox sağ olun. Siz uzun illərdən qalmış problemləri həll etməyi bacardınız və Qarabağı Azərbaycana qaytardınız. Allah Sizə yar olsun!”.

Zaqatala sakini Tamara Nurəliyeva: “Hörmətli cənab Prezident, Sizin yaratdığınız peşəkar Milli Ordumuz 28 il işğal altında qalan Qarabağı rəhbərliyinizlə azad etdi. Tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, cənab Prezident. Allah Sizi qorusun! Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizin qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatdınız. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Sabirabad rayonundan Telman Əzimov yazır: “Hər bir azərbaycanlının əzizi, qarantı olan hörmətli cənab Prezident. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı. Ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq dünya dövlətləri arasında öz dəst-xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusuÜmummilli Lider adını qazandı. Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrə yardımların verilməsi, yeni-yeni yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, eləcə də fəaliyyətiniz müddətində Azərbaycan Respublikasının islami dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, Şərq və Qərb mədəniyyətlərinin birgə fəaliyyətinin təşkili, multikultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşmadostluq münasibətlərinin yaradılması, saymaqla bitib tükənməyən irimiqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuşmüasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət - 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflə yazdıra bildiniz. Siz tarixi dövlətçilik ənənələri olan Azərbaycana son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdınız. İşğal altında olan torpaqlarımızı əsl sahibinə - Azərbaycan xalqına qaytara bildiniz. Bu, təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həm də Azərbaycanın, Azərbaycan Ordusunun tarixi Qələbəsidir. Siz haqqın necə güclü olduğunuözünüzün necə bir sərkərdə olduğunuzu bir daha təsdiq etdiniz. Azərbaycan Ordusunun döyüşlərdə silahla döyüşərək düşmən üzərində qələbə qazanmağın səbəbkarı məhz siyasi arenada yorulmaq bilmədən hər kəsin öz dilində döyüşərək onlara öz yerlərini göstərməyə nail olmaqla xalqın qəlbində özünüzə layiqli yerinizi tapmaqla sözü ilə əməli bir olan, hər bir azərbaycanlının Prezidenti olan, özünü xalqın xidmətçisi elan edən, hər zaman xalqın yanında olan mərd-mübariz Azərbaycan oğlu olmağınızdır. Siz bizə ən xoş günləri, ən xoş arzumuzu Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla bizim məğlubedilməz xalq olduğumuzu bir daha təsdiq etdiniz, Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə və adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan bayrağının ucaldılması sevincini bizlərə yaşatdınız. Bu Qələbənin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi Azərbaycanla döyünən hər kəsə, azərbaycansevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız. Bizə bu haqq işimizdə mənəvi dəstək olan dövlətlərə, xüsusilə də qardaş Türkiyə Respublikasına, bütün dünya türklərinə bir daha minnətdarlıq edirik. Müzəffər Ali Baş Komandan, qəlbimizdə Sizin haqqınızda bitib tükənməyən xoş arzular o qədərdir ki, hamısını qeyd etmək olmur. Sadəcə olaraq, dünyada nə qədər ən gözəl, ən xoş arzular varsa, hamısını Sizə və əzizlərinizə arzu edirəm. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Azərbaycanın yeni tarixini yazan cəsur sərkərdə, məharətli diplomat və siyasətçi olmaqla xalqımızı yumruq kimi birləşdirməyi bacardınız. Siz Azərbaycan xalqının qəhrəmanısınız. Siz Azərbaycanın ömürlük Prezidenti olmağa layiqsiniz. Bir daha Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Ülviyyə Quliyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Milli Qəhrəman bacısı, Füzuli sakini olaraq Sizə minnətdaram. Çünki 27 il həsrətində olduğumuz o müqəddəs torpaqlarımıza yenidən qayıdacağıq. Mən müəlliməm, çalışıram ki, Füzuli rayonu 22 nömrəli tam orta məktəbdə dərs dediyim şagirdlərə də bu Qələbənin necə böyük tarixi əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqı üçün nə ifadə etdiyini çatdırım. Öz adımdan və bütün füzulililər adından Sizə və şanlı Ordumuza təşəkkür edirəm. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

Xocavənd sakini Gözəl Xəlilova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, son günlərdə Sizin komandanlığınızla Qarabağ torpaqlarının rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması və Qələbə qazanmağımız münasibətilə Sizi təbrik edirəm. Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanı və igid Ordumuzu qorusun!”.

Naftalan şəhərindən Kamran Muradovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Şuşanın azad olunması xəbərini eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bu, bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi. Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı, sadəcə, Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır. Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, təşəkkürlər, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Mingəçevir şəhərindən Ceyhunə Şəfiyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni rəhbəri olduğum məktəbin pedaqoji kollektivi dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Eşq olsun Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”.

Bakı şəhər sakini Məmməd Səfa: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi düşmən üzərində möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıram. Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan olaraq bu gün xalqımızın birliyini daha da möhkəmləndirdiniz. Bu müqəddəs yolda canlarını fəda edən igid oğullarımıza Allahdan rəhmət diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Yaşasın Azərbaycan xalqı, müzəffər OrdumuzAli Baş Komandanımız!”.

Xalq qəzeti  2020.- 18 noyabr.- S.5.