Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlərin
tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 453 Bakı
şəhəri, 20 noyabr 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999 , ¹ 3, maddə 191, ¹ 6, maddə 388, ¹ 8, maddə 534; 2002, ¹ 3, maddə 148, ¹ 4, maddə 199; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddə 474, ¹ 9, maddələr 819, 830; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 7, maddə 604; 2010, ¹ 3, maddə 264; 2012, ¹ 12, maddə 1356; 2016, ¹ 4, maddə 824, ¹ 7, maddə 1343, ¹ 9, maddə 1585, ¹ 11, maddə 1976; 2017, ¹ 2, maddə 306, ¹ 4, maddə 610, ¹ 5, maddə 994; 2019, ¹ 9, maddə 1552; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli 407 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə “təcavüzü” sözündən sonra “, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi)” sözləri əlavə edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 21 noyabr.- S.6.