Müasir tariximizdə əsaslı dönüş yaratmış siyasi təşkilat

1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiyanın VI qurultayındakı nitqindən

Biz bu gün Azərbaycan dövlətinin, ordumuzun və xalqımızın birlikdə əldə etdiyi şanlı qələbənin sevincini yaşayı­rıq. Bu qələbə təkcə ölkəmizin gələcək həyatının daha da çiçəklənməsində deyil, həm də bütövlükdə regionin tərəqqisində mühüm rol oynayacaq. Bundan sonra Azərbaycanın səsi daha böyük auditori­yalara təsir etmək imkanına malik ola­caq. Bundan sonra Azərbaycan Ordusu dünyanın ən yaxşıları sırasında, daha mötəbər mərtəbələrdə yer tutacaq.

BizYeni Azərbaycan Partiyası fəalları həm də ona görə məmnunuq ki, bu qələbənin əsas memarı siyasi təşkilatımızın yaradıcısı və ilk sədri olmuş ulu öndər Heydər Əliyev, icraçısı isə partiyamızın sədri, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Biz həm də ona görə fəxr edirik ki, azğın düşmənə qarşı döyüşən ordunun sıralarında YAP Gənclər Birliyinin fəalları kifayət qədər çoxdur.

Partiyamızın yaranmasının 28-ci ildönümü faşist Ermənistanı üzərindəki möhtəşəm qələbəmizin qeyd edildiyi günlərə düşür. Ona görə də bəzi xüsusi məqamları yada salmağa zərurət var. Birincisi, siyasi təşkilatımızın 2018-ci il fevralın 8-də keçirilmiş VI qurultayının qəbul etdiyi tarixi qərara əsasən, həmin ilin aprel ayında keçirilməsi planlaşdırılan prezident seçkilərində YAP sədri İlham Əliyevin namizədliyi irəli sürülmüşdü. İlham Əliyevin həmin seçkidə və iki il sonra dünya erməniliyi üzərində möhtəşəm qələbə qazanması sübut etdi ki, onun namizədliyini irəli sürənlər, sözün həqiqi mənasında, böyük uzaqgörənlik etmişlər.

Qeyd etmək istədiyimiz ikinci məqam isə Ermənistanın bu il sentyabrın 27-də daha çox ərazilərimizi işğal etmək məqsədi ilə start verdiyi qanlı döyüşlər zamanı ortaya çıxdı. Azərbaycan dövlətinin düşməni sülhə məcbur etmək üçün apardığı haqlı mübarizəsinin ilk günlərindəcə məlum oldu ki, ölkədəki siyasi partiyaların 99 faizi möhtərəm Prezidentimizin ətrafında birləşərək, Azərbaycan Ordusunun ədalətli mübarizəsini dəstəkləmək qərarına gəlib.

Hamı bilir ki, Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, həm də regionun ən böyük siyasi təşkilatıdır. YAP elə bir mükəmməl nizamnamə əsasında fəaliyyət göstərir ki, həmin sənəd istənilən dar məqamda bütün xalqı bu siya­si təşkilat ətrafında birləşdirə bilər. Yeri gəlmişkən, biz bu qəbildən olan faktlarla ötən əsrin doxsanın­cı illərinin əvvəllərində də rastlaş­mışdıq. O zaman YAP-ın sıraları sürətlə genişləndiyinə görə ona ümumxalq partiyası da deyirdilər.

Həmin günləri xatırlatmaq üçün yada salınmalı məqamlar yüzlərlə olsa da, biz cəmi dörd fakta istinad etmək istəyirik. Birinci: Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalıla­rının Heydər Əliyevə müraciəti (16 oktyabr 1992-ci il). İkinci: Nax­çıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə cavabı (24 oktyabr 1992-ci il ). Üçüncü: Yeni Azərbaycan Par­tiyasının təsis konfransı, Heydər Əliyevin partiya sədri seçilməsi (21 noyabr 1992-ci il). Dördüncü: Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi (18 dekabr 1992-ci il). Yəni bir ay­dan da az olan zaman çərçivəsində bu böyüklükdə siyasi təşkilatın təməli qoyulmuş, fəaliyyəti təmin edilmiş və cəmi yarım ildən sonra partiyanın sədri ölkə rəhbərliyinə gəlmişdir. Bütün bunların isə bir səbəbi var idi: xalqın maraqlarına və dövlətçiliyə xidmət amalı. Son­rakı proseslər isə bütün dünyanın gözü qabağındadır.

Hamı görür ki, YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, öz Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, sıralarında Azərbaycanda hüquqi dövlət, sabitsosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ide­yalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü si­yasi partiyadır. Ulu öndərin bu par­tiya üçün işləyib hazırladığı əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulma­sı, vətəndaşların dincfiravan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanun­çuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yadımdadır, bu partiyanın ya­radılmasından sonra keçirilmiş ilk parlament seçkilərində – 1995-ci ilin noyabrında Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Mən bu məqamda partiya­nın birinci və hələlik sonuncu olan VI qurultaylarını da yığcam olaraq xatırlatmaq istərdim. Çünki həmin qurultayların hər ikisində “aqibət məsələsi” vardır. Belə ki, partiyanın 1999-cu ilin dekabrında keçirilən I qurulta­yının qətnaməsində göstərilirdi: Qurultay təsdiq edir ki, partiyanın yarandığı dövrdə onun proqramın­da və respublika əhalisinə ün­vanlanmış müraciətdə göstərildiyi kimi, Azərbaycan çox ağır si­yasi, iqtisadi, sosial və mənəvi böhran keçirmiş, dövlətçiliyimiz təhlükə qarşısında olmuşdur. Ölkədə milli və vətəndaş qarşı­durması, silahlı dəstələrin özba­şınalığı, ölkənin var-dövlətinin talan edilməsi dözülməz həddə çatmışdı. Vəziyyətin ağırlığı, çıxılmazlığı, həyatın qeyri-sabit­liyi gələcəyə ümidsizlik yaradır­dı. Mühüm dövlət vəzifələrinə cinayətkar dəstələrə havadarlıq edən şəxslərin irəli çəkilməsi nəticəsində ölkədə hökm sürən özbaşınalıq, mənəm-mənəmlik, xalqın istək və arzularına etinasız­lıq, ifrat millətçi və yarıtmaz milli siyasət nəticəsində, ölkədə baş alıb gedən separatçı hərəkatlar ölkəmizi 1993-cü ilin iyun fəlakəti ilə qarşılaşdırmış və AXC-Müsavat hakimiyyətinin aqibətini həll etmiş­dir”.

 

Partiyanın 2018-ci ilin fevra­lında keçirilən VI qurultayında isə bu siyasi təşkilatın sədri İlham Əliyevin ölkədə keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülmüş və həmin qərar da işğalçı Ermənistanın aqibətini həll etmişdir.

Dövlət başçımız VI qurul­taydakı nitqində demişdir: “Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Parti­yamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamı­zın sıraları genişlənir, 700 mindən çox üzvümüz varçox sevindirici hal ondan ibarətdir ki, gənclər par­tiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”.

 

İttifaq MİRZƏBƏYLİ

Xalq qəzeti  2020.- 21 noyabr.- S.4.