“Koronavirus (COVID-19) pandemiyası
dövründə ictimai iaşə
müəssisələrinə müştəri qəbulu ilə
bağlı bəzi məsələlərin tənzimlənməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli
Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 455 Bakı şəhəri, 23
noyabr 2020-ci il
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Koronavirus
(COVID-19) pandemiyası dövründə ictimai
iaşə müəssisələrinə müştəri qəbulu
ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli
Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020,
¹ 7, maddə 967, ¹ 8, maddələr 1106, 1111)
2.6-cı bəndinin sonunda nöqtə
işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 2.7-2.9-cu bəndlər əlavə
edilsin:
“2.7. ictimai
iaşə obyektində koronavirus (COVID-19)
infeksiyasına yoluxma hallarının
qarşısının alınması məqsədilə
qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv
idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli
tərəflərə bu cür
hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün
operativ nəzarət üzrə məsul
şəxs (bundan sonra
– məsul şəxs) təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir;
2.8.
məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə
bağlı xəbərdaredici məlumatların qonaqlara,
işçi heyətə və digər əlaqəli tərəflərə
çatdırılmasını təmin etməli,
işçi heyət üçün gigiyena və sanitariya
qaydaları ilə bağlı təlimlər təşkil etməlidir;
2.9. məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2020.- 24 noyabr.- S.2.