Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli
380 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 454 Bakı şəhəri, 23
noyabr 2020-ci il
“Uşaq
hüquqları haqqında”, “Yol hərəkəti
haqqında”, “Azərbaycan Respublikası Milli
Məclisinin komitələri haqqında”, “Cinayət prosesində
iştirak edən şəxslərin
dövlət müdafiəsi haqqında”, “Torpaq
bazarı haqqında”, “Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu
haqqında”, “Kiçik sahibkarlığa
dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyh
himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi
haqqında”, “Məhkəmə və hüquq-mühafizə
orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan
və (və ya) toxumalarının
transplantasiyası haqqında” Azərbaycan
Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il
19 may tarixli 109-VIQD
nömrəli Qanununun tətbiqi və
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli
188 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 10 iyul tarixli 1097 nömrəli Fərmanına əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 9, maddə 1534) ilə təsdiq
edilmiş “Əlilliyi olan
şəxslərin iş yerlərinin
standartları”nın 3-cü hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
1. Adında, 3.2-ci və 3.8-ci bəndlərinin birinci cümlələrində “Əlil
arabasında” sözləri “Əlilliyi olan
şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü, 3.4-cü və 3.6-cı bəndlərdə “əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin.
3. 3.5-ci bənd üzrə:
3.1. 3.5-ci bənddə “Əlil arabasında” sözləri “Əlilliyi olan şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;
3.2. 3.5.4-cü yarımbənddə “əmək xəsarətinin” sözləri “istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin” sözləri ilə əvəz edilsin;
3.3. 3.5.5-ci yanmbənddə “əlil
arabasının” sözləri “əlilliyi olan
şəxs üçün arabanın”
sözləri ilə əvəz edilsin.
4. 3.12-ci bənd üzrə:
4.1. 3.12-ci bənddə “Əlil arabasında”
sözləri “Əlilliyi olan şəxs üçün arabada”
sözləri ilə, “əlil arabasında” sözləri “əlilliyi
olan şəxs üçün
arabada” sözləri ilə əvəz edilsin;
4.2. 3.12.1-ci yanmbənddə “əlil
arabasının” sözləri “əlilliyi olan
şəxs üçün arabanın”
sözləri ilə əvəz edilsin.
5. 3.13-cü bəndin ikinci
və üçüncü cümlələrində
“əlil arabasının” sözləri “əlilliyi olan şəxs üçün
arabanın” sözləri ilə əvəz edilsin.
6. 3.14-cü bənd üzrə:
6.1. 3.14-cü bənddə “Əlil
arabasında” sözləri “Əlilliyi olan
şəxs üçün arabada” sözləri ilə əvəz edilsin;
6.2. 3.14.1-ci yarımbənddə “əlil
arabasının” sözləri “əlilliyi olan
şəxs üçün arabanın”
sözləri ilə əvəz edilsin.
7. 3.17-ci bənd üzrə:
7.1. ikinci cümlədə
“əlil arabasında” sözləri “əlilliyi olan şəxs üçün
arabada” sözləri ilə əvəz edilsin;
7.2. dördüncü cümlədə “əlil arabasını” sözləri “əlilliyi olan şəxs üçün arabanı” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2020.- 24 noyabr.- S.2.