İkinci Qarabağ
müharibəsi – dövlətçilik tariximizin
ən şərəfli səhifəsi
Ermənistanın sentyabrın
27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun
44 gün davam edən
əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa
çatdı. Həmin gün Azərbaycan,
Rusiya prezidentləri və Ermənistanın
baş naziri tərəfindən
imzalanan birgə bəyanatla
Silahlı Qüvvələrimizin hərbi cəbhədəki
möhtəşəm qələbəsi diplomatik
sahədə də rəsmiləşdirildi. Beləliklə,
xalqımızın 30 il çəkən
torpaq həsrətinə son
qoydu, ədalət bərpa edildi. Eyni zamanda,
Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə,
Azərbaycan Silahlı Qüvvələri güclü
ordu, xalqımız isə böyük,
məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində
Azərbaycanın qələbəsində dövlətimizin
başçısının da dəfələrlə
vurğuladığı kimi, bizim birlikdə güclü
olmağımız önəmli rol
oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün
bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində
mühüm əhəmiyyət
daşıdı.
Şübhəsiz ki, dövlət başçımızın
ölkəmizə rəhbərlik etdiyi 17
il ərzində cənab İlham
Əliyevin müdrik rəhbərliyi ilə
Azərbaycan bu qələbəyə, necə
deyərlər, addım-addım yaxınlaşırdı.
Münaqişənin davam etdiyi
illərdə cənab Prezident çox böyük
uzaqgörənlik və təmkinlə həm diplomatik,
həm də ordu quruculuğunda
təxirəsalınmaz tədbirlər reallaşdırırdı.
İştirakçısı olduğu ən
yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir,
aparıcı dövlətlərin rəhbərlərinin
diqqətinə bu bölgənin ölkəmizin
əzəli torpaqğı olduğunu və
işğaldan azad
edilməsinin labüdlüyünü
çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun
döyüş qabiliyyətinin yüksəldilməsi,
ən müasir hərbi texnika
ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.
Yeri gəlmişkən, müharibənin davam etdiyi günlərdə
dövlət başçısı xarici
ölkələrin nüfuzlu kütləvi
informasiya vasitələrinə,
telekanallarına verdiyi müsahibələri
ilə də respublikamızın haqq səsini
dünya ictimaiyyətinə tutarlı
arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın
beynəlxalq hüququn tələblərinə
uyğun öz
torpaqlarında savaş
apardığını sübut etməklə
ermənipərəst xarici dairələrin
döyüşlərin gedişinə müdaxilələrinin
qarşısını böyük məharətlə
aldı.
Hərbi əməliyyatların
aparılmasında Ali Baş
Komandan İlham
Əliyevin müntəzəm olaraq
çatdırdığı qələbə xəbərləri,
işğaldan azad olunan yaşayış məntəqələri,
düşmənin məhv edilən canlı qüvvəsi və
hərbi texnikası barədə məlumatları ölkəmizin
hər bir vətəndaşında qürur, fərəh hissi
doğururdu, xalqın dövlətimizin
başçısına, rəşadətli ordumuza
inamını gücləndirirdi.
Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.
Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.
Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Şuşa şəhərinə yolun çəkilişinə başlanılması mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı çıxışında bununla bağlı dedi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Füzuli–Şuşa
yolunun inşasına
başlanılması, eyni zamanda, Azərbaycan xalqının və Azərbaycan
Prezidentinin yaradıcı ruhunun
parlaq təzahürü idi.
Otuz il ərzində bu torpaqları işğal
altında saxlayan düşmən həmin
ərazilərdə nəinki daşı daş
üstə qoyub, əksinə, evləri,
infrastrukturu dağıdıb, yeraltı və
yerüstü sərvətləri talan edib. Bir
sözlə, bir vaxtlar
həyat qaynayan Füzuli
və Cəbrayıl rayonlarında, eləcə də digər
yaşayış sahələrində dədə-baba
torpaqlarından qovulan azərbaycanlıların
ev-eşikləri erməni vandalları tərəfindən
yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini,
vandallığını, vəhşiliyini göstərir.
Dövlətimizin
başçısı xalqa hər
müraciətində haqqa, ədalətə
söykənərək işğal
altındakı bütün
torpaqlarımızın tezliklə azad
ediləcəyini, üçrəngli
bayrağımızın bu ərazilərimizdə
dalğalanacağını böyük inamla, əminliklə bildirirdi.
Yağı tapdağından qurtulan
yurd yerlərimizin xilası ilə
bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün
sahələrdə uğurla
reallaşdıran Prezident İlham
Əliyevin ata vəsiyyətini yüksək
səviyyədə yerinə yetirdiyinin təsdiqinə
çevrilirdi. Ali
Baş Komandan
Qarabağın tacı, incisi olan Şuşanın işğaldan
azad edilməsi xəbərini isə Şəhidlər
xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi
vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş
əydim. Ürəyimdə dedim, xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Prezident–Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.
Ermənistanın kapitulyasiya
aktına imza atması ilə Azərbaycan
Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi.
Üçtərəfli bəyanatın şərtlərinə
əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun
nəzarəti altına keçdi.
Azərbaycanın Ağdam rayonunu
hərbi əməliyyat keçirmədən, siyasi
yolla işğaldan azad edərək öz
yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir.
Ağdamın siyasi yolla
azad olunması böyük
hərbi və diplomatik qələbəmizin
nəticəsi idi.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad
olunması münasibətilə bütün
ağdamlıları ürəkdən təbrik edən,
onların artıq məcburi köçkün
olmadıqlarını, doğma dədə-baba
torpaqlarına qayıdacaqlarını bildirən dövlət
başçımız qeyd etdi ki, əgər Azərbaycan
Ermənistanı döyüş
meydanında məğlub etməsəydi,
işğalçı öz xoşu ilə bizim
torpaqlarımızdan çıxmayacaqdı: “Ağdamın
işğaldan azad
edilməsi şanlı hərbi Qələbə nəticəsində
mümkün olmuşdur.
Əgər Azərbaycan Ermənistanı döyüş
meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan
çıxmayacaqdı. Bunu deməyə əsas
verən bir çox
amillər var. İlk
növbədə, o bölgələrdə
– işğal edilmiş
torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma
yenə də səhv etdilər. Bizim gücümüzü düzgün
hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün
Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı
nəyə qadirdir. Bilmirdilər ki, bizi o
Qələbəyə aparan həm gücümüzdür, texniki
təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki,
Azərbaycan xalqı bütün bu illər ərzində bir
arzu ilə yaşayır ki,
öz dədə-baba torpağına
qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ən əsası isə Azərbaycan
Ordusu bir güllə
belə atmadan, itki
vermədən, yalnız Ermənistanı kapitulyasiyaya
məcbur etməklə Ağdamı işğaldan
azad etdi, düşmən
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin
tələblərini yerinə yetirməyə məcbur oldu.
Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir.
Ekspertlərin fikrincə, üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Yuxarıda vurğulandığı kimi, cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 24 noyabr.- S.7.