Şuşada
axşamlar yanır işıqlar...
Şuşa! Özüm Şuşa,
sözüm Şuşa! Közüm Şuşa, gözüm
Şuşa! Canım Şuşa, qanım Şuşa! Yazda
itirmişdik səni, payızda yenidən və həmişəlik
qazandıq. Sən aid olduğun ölkənin, xalqın
qazancısan! Biz sənsiz qalmışdıq, sən bizsiz! Dövləti yalan, dini (məzhəbi) saxta, mədəniyyəti
oğurluq, mənəviyyatı sıfır... olan bir xalq sənə
sahib ola bilməzdi. Əgər bu “sahib ola bilməzdi”
hökmü 28 il qüvvədə olmayıbsa, bu
dünyanın ayıbıdır, tarixin səhfidir.
Əziz Şuşa, səni tapdaması 28 il sürmüş ermənilərin nəinki sən Qalaya, əziz şəhərə, nəinki külli – Qarabağa, bütün Qafqaza aidiyyatı yoxdur! Çox sadə bir misal çəkim, söz deyim, qüsura baxma, can Şuşa. Can Şuşa, bunu mən şərti olaraq, “erməni lakmusu” adlandırıram. Deyim, necə: Qafqazada irili-xırdalı bir çox xalq yaşayır: çoxsaylı türksoylu xalqlar, gürcülər, saxurlar, tabasaranlılar, meqrellər, lazlar, svanlar, talışlar, ləzgilər, tatlar, haputlular, udinlər, yəhudilər, kürdlər, qrızlar, avarlar, acarlar, abaxazlar, osetinlər, çeçenlər, inquşlar, çərkəzlər, darginlər, laklar və başqaları.
Bu xalqların heç biri, təkrar edirəm, heç biri (üzr istəyirəm), atanın yanında qızına, qardaşın yanında bacısına, ərin yanında onun xanımına təcavüz etməyib, etmir, bunu öz ləyaqətinə sığışdırmayıb, sığşdırmır. Bu, Qafqaz xarakteridir – dinindən, dilindən asılı olmayaraq! Ancaq məhz ermənilər və həm də məhz çağdaş dövrdə bu alçaqlığı edib. Əsir və girov azərbaycanlılara münasibətdə ermənilərin etdiklərini dünyanın heç bir xalqı heç bir xalqa qarşı etməyib və yəqin, etməz də! Ən azı bu gerçəklik özü sübut edir ki, ermənilər Qafqaz xarakterinə malik olmayan xalqdır, yığma tayfadır, görməmiş gəlmələrdir.
Qafqaza gəlmə olan, sənə də gəlmədir,
can Şuşa. Can Şuşa, yəqin 28 il boyu suyun öz dad
- tamında axmadı, bulaqların qurudu, meyvələrin
dadsız oldu, qışın çox soyuq, yayın çox
isti oldu. Bəlkə də belə olmadı, mən belə
yaraşdırıram, səni insanlaşdırıram,
şüurlaşdırıram,
yaddaşlaşdırıram... Nə bilim... Bax,
görürsənmi, İrəvanda oturan Ermənistan prezidenti
deyilən zat da, Ermənistan Müdafiə nazirinin
sözüçüsü də, artıq sən
Şuşanın, Qarabağın onlar üçün itirlməsini
gerçək müstəvidən şüurlara
daşımaqdan danışır, mübarizənin
şüurlarda, tarixdə davam edəcəyini deyir...
Şüursuzlar
şüurdan danışır, can Şuşa!
Can Şuşa, sən bizim
şüurumuzdan ötəsən, ruhumuzun özüsən!
Bəlkə Ermənistan başbilənləri tam dərk
etmir, ancaq sənin uğrunda döyüşən Azərbaycan
əsgərini gözü ilə görən ermənilər
daha yaxşı başa düşüb ki, Şuşa
bir azərbaycanlı üçün nədir... Yadımda
qaldığı qədər məzmununu ifadə edirəm:
Biz onları güllə ilə vururduq,
yıxılırdılar, qalxıb qanları axa-axa yenə
dağa dırmaşırdılar.
Can Şuşa! Sən bizim canımızdın,
üstünü toz basmışdı, silməyə gəldik!
Əziz Şuşa! Sənin uğrunda biz ölüb
öldürə bilərik! Sənin adına
ölmək də, öldürmək də savabdır!
Doğma Şuşa! Yadlar-yabançılar
nə bilir, sən ruha necə qidasan, necə könüldən
ayrılmayan cansan?
Şuşam!
Sənə bayraq sancan əsgər möcüzə ilə
gerçəkliyin bir arda necə tutula bildiyini gördü,
göstərdi...
Şuşam
mənim! Daha əbədiyyən bizimsən! “Sən bizimsən,
bizimsən, durduqca bədəncə can”!
Bilirsən,
Şuşa... Səni 8 may 1992-ci ildə
itirəndə mən tələbə idim. İnana bilmirdim,
deyirdim ya yalandır, ya da ki, ha bugün ha sabah
– heç yubanmadan azad ediləcəksən! Şuşasız
Qarabağ, Qarabağsız Azərbaycanmı olar?! Bunu ağlıma sığışdıra bilmirdim.
Hanı, aşıq deyir ha:
Arsız
aşıq, elsiz niyə yaşadı,
Ölsün
Ələsgərtək qulların, dağlar!
Hanı,
şair deyir ha:
Mən elə
bilirdim, sənsiz ölərəm,
Mən sənsiz
ölmədim,
məni
bağışla!
Ancaq… yenə
şairin sözləri ilə desək:
“Ölmədim”
deyirəm,
nə
bilim axı, –
Bəlkə
də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə...
Mən...
sən... o – Şuşa bilən,
Şuşa deyən, Şuşa göynəyən bizlər
28 il ölü kimiydik. Bir gözümüz
gülürdü bəlkə, amma o biri gözümüz
ağlayırdı... Toya-düyünə gedirdik, qol
qaldırıb oynayırdıq bəlkə, amma içdən
gəlmirdi, bir qanadımızın qırıq olduğu hər
halımızdan bəlliydi... Abay demiş, atəş də,
buz da vardı yanaqlarda...
Şuşa, sənsiz ömür ömür deyildi, sənsiz
gün gün deyildi, sənsiz Azərbaycan Azərbaycan deyildi. Sənsiz müstəqillik də
tam deyildi! İndi qırışığımız
açılır, indi sevinc nədir – bilirik, indi
gülüş nədir – görürük, indi qalibiyyət
nədir – dadırıq...
Şuşa,
sən işğal olunanda mən tələbəydim... İndi övladımın biri əsgərdir, biri tələbə,
biri orta məktəb şagirdi. Bax,
neçə gündür fikirləşirdim,
düşünüb-danışırdım, dövlət
başçısı Şuşanın azad edildiyini delan edəndə
mən nə edəcəyəm? Necə
davranacağam? Hara qaçacağam, kimə
nə deyəcəyəm?! Nə illah
edirdimsə, modelləşdirə bimirdim. Sən
azad edilən gün nə oldu? Sanki göydə
Tanrı, yerdə dövlət baba bizi Şuşa
sevincinə hazırlayırmış – öyrədə-öyrədə,
alışdıra-alışdıra gətirirmiş bu
günə... Deyərlər ha, torpağın üzü sərindi
– torpağa tapşırılan doğmalarımızdan
ayrılığımızın “düsturu”, o
ayrılığa necə dözə bildiyimizin “niyə”si,
“necə”si kimi deyərlər bu sözü... Demək, sevincin
də üzü sərinmiş, Şuşa!
Ya bəlkə belə deyil, mənə elə gəlir.
Sən boyda sevinci yaşadım, qeyri-adi bir şey olmadı, Şuşa! Eləcə key kimi qaldım.
İnanırsan, əziz Şuşa, bilmədim
neynəyim? Ailəcə televiziyanın önünə
yığışıb dəqiqələri, saniyələri
sayırdıq, vurnuxurduq, ürəyimizə
dammışdı... Dammışdı ki, Ali Baş Komandan
bu gün məhz ŞUŞA deyəcək! Ali Baş
Komandanın xalqa müraciətdən öncə məhz hərbi
geyimdə məhz Fəxri xiyaban və Şəhidlər
xiyabanını ziyarət etməsi, özlüyündə hər
şeyi ifadə edirdi əslində! Və o tarixi anlar! Ürəyimiz
sinəmizə sığmır, dodağımız sevincdən
səyriyir, tükümüz biz-biz olur!..
Bir də baxdım evdə olan 4 ailə üzvümüz
bir-birimizi indiyədək olmamış bir möhkəmlikdə
qucaqlamışıq, öpürük,
qışqırırıq! Bu anda hərbi xidmətdə olan
oğlumla telefon əlaqəsi imkanı yarandı, o bizi, biz
onu təbrik etdik!
(Yadıma orta məktəbin aşağı siniflərində
oxuyarkən hər üç övladımın verdiyi eyni
sualı xatırladım, bir də kövrəldim, bir də
doldum: “Ata, niyə elə həmişə ermənilər bizi
qırıb?!
Bəs biz heç cavab verməmişikmi?”
Mən də ata qüruru ilə bəzi
şeylər danışır, izah edirdim, əlbəttə.
Ancaq uşaqlar əllərindəki dərsliyə
inanırdı və onun iki səhifəsindən bir
işğal, faciə günləri sadalanır, öyrənilirdi...
Uşaqları bir təhər ovudub, kitabda yazılmayanlardan
söz açıb, təsəlli verir, ümid verir, inam
aşılayırdım gücüm çatdığı qədər...
Hər dəfə də onlardan gizlin dolurdum, kövrəlirdim,
ağlayırdım, nə gizlədim...)
Sonra şuşalı olmayan mən Qoşalını təbrik
üçün neçə zənglər gəldi, mən də
Şuşalı dostlarımı, hərbçi
dostlarımı təbrik etdim, bir neçə
generalımıza təbrik yazdım. Sonra...
yavaş-yavaş öyrəşdik, içimizə sindirdik, qəbullandıq.
Sonra bir də baxdım Prezidenti
çıxışına. Tanrı, axı mən bu
çıxışı bayaq da dinləmişdim, yenə
dinlədim, bir də dinlədim və hər dəfəsində
sanki ilk dəfə dinləyirdim kimi gəldi mənə...
Bu gün
Azərbaycanın bayramıdır, dünya azərbaycanlılarının
bayramıdır, türk dünyasının əziz
günüdür! Bütün haqq-ədalət tərəfdarlarının
doğma, sevincli günüdür bu gün!
Azərbaycanın
intibahı başlamışdır! Şuşanın
azadlıq günü intibahımızın brilyant
qaşıdır!
Şuşanın
işğaldan azad edildiyi gün şəxsən mənim
günümdür! Bütün şüurlu həyatı
boyu türk dünyası deyən, yazan, təbliğ və tərənnüm
edən, bəlkə bir balaca töhfə verən mən
Əkbər Qoşalının bayramıdır bu gün.
Bu gün mənim bayramımdır – illərdir Azərbaycan
gəncliyi deyirəm, yazıram, təbliğ və tərənnüm
edirəm, bəlkə gənclərimizin hərbi-vətənpərvərlik
tərbiyəsində, ideya-siyasi, mənəvi
hazırlığında bir azca mənim də payım var.
Bu gün
“Ermənistanın təslim aktı”nı, “Ermənistanın
qeyd-şərtsiz təslim aktı”nın
layihəsini aylar öncədən hazırlamış mənim
bayramımdır. O təslim aktının məhz 2020-ci ildə
məhz Şuşada imzalana biləcəyini yazan mən
qardaşınızdım...
Mənim bayramım, mənim təntənəm, mənim
əziz günümdür bu gün – uzun illər boyu dövlət,
dövlətçilik, sağlam siyasi kurs yolunda olan mənim. Məhz mənim və mənimlə
eyni siyasi dünyagörüşünü paylaşanların
qalibiyyət günüdür bu gün! Bizi siyasi mövqeyimizə
görə anlamayan, öz ağıllarınca bizə
ağıl verən, tənqid edənlər indi qəşəng
görür ki məhz biz haqlıydıq! Biz haqlıyıq!
Əziz gündə, bayram ovqatında kimisə danlamaq,
kiminsə üzünə yanlış hesablarını
vurmaq düzgün deyil bəlkə. Amma, uzun illər türk
dünyası sevdamız, türk dünyası
çalışmalarımız, Azərbaycan gəncliyinə
inamımız, gənclərlə işimiz, dövlət gənclər
siyasətinin məziyyətlərini təbliğ etməyimiz,
Qarabağ inancımız, Ermənistanın məğlub
olacağına sarsılmaz inamımıza görə xəyalpərəst,
gerçəkliyi düzgün qiymətləndirməyən və
s. və i. yamanlamalar görmüşük və nəhayət
, siyasi mövqeyimizə, dövləti, dövlətçiliyi
davamlı, birmənalı müdafiə etdiyimiz
üçün tənqid, hətta təhqirlər
görmüşük.
Hamısı
qurban olsun Şuşa Gününə!
Qurban olsunlar 8 noyabra! Şuşa zəfərimiz
onların qəlbindəki xıltı silməmişsə,
bu mənim, mənim kimi düşünənlərin
günahı deyil. Artıq onları Şuşa
da sağaltmayacaqsa, işləri qalıb Tanrıya!
Tanrıya
şükür bu günü bizə yaşatdı!
P.S. Mən bu yazını hazırlayıb redaksiyaya verəndə eşitdim ki, Şuşaya artıq elektrik verilişi bərpa edilib. İşıqların mübarək, mədəniyyət qalamız!
Əkbər
QOŞALI
Xalq qəzeti 2020.- 24 noyabr.- S.9.