Xilaskar prezident

Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu prizmadan yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt liderdir. Xalqı cənab Prezidenti ona görə sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdirson 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə prezidentini sevir ki, o, həmişə hansısa böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi kimi çıxış edir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadirunikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunma­sı düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putinbaş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi faza­zasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulya­siyası imzalandı. Noyabr ayının 20-də bir güllə belə atılmadan, bir nəfər belə şəhid vermədən Ağdam rayonu işğaldan azad olundu. Noyabrın 25-dək Kəlbəcər, dekabrın 1-dək isə Laçın rayonları Azərbaycanın yurisdiksiya­sına qaytarılacaqdır. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən, hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və “güclüsənsə haqlısan” məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, ordu quruculuğu məsələlərini priori­tet sahə kimi müəyyən etmişbu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir.

Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. 2003-cü ildən 2018-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 15 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 10 il sonra 3,7 milyard dollara yüksəlmişdir. Cari ildə ölkəmizin müdafiə büdcəsi 3 milyard 853 milyon 600 min manat təşkil edir. Bu, 2019-cu ilin hərbi büdcəsi ilə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur. 2021-ci ildə isə müdafiə xərcləri büdcənin 15,3 faizini təşkil edəcəkdir. Bu göstərici 3 milyard 954 milyon manata (2 milyard 326 milyon dollar) bərabər olacaqdır. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM- hərbi xərcləri 4 faiz on­dan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla, Ermənistanın anoloji büdcəsini, təxminən, 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi ol­madığından bu sahədə imkanları sıfıra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən aşağı göstəriciyə (78) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi təmayüllü zavodun işə salınması müasir hərbi-sənaye kompleksinin formalaşdırılması tarixi nailiyyət hesab olunmalıdır. Dünyanın aparıcı silah ixracatçılarından beçinci nəsil silahların alınması bu sahədə uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm siyasi dividentlər gətirmişdir.

Ordumuzda döyüş ruhu hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Ordu­muz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik oldu­ğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur.

Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi qətiyyəti, müzəffər yenilməz ordu­muzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Ru­siya, İran Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi digər tərəfdaş dövlətlərin haqq işimizə dəstək verməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzuli­mizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçını­mızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinəAzərbaycan xalqına qaytarmışdır.

Yaşasın xilaskar Ali Baş Komanda­nımız! Yaşasın müzəffər ordumuz! Ya­şasın qalib xalqımız! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Elman NƏSİROV,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Xalq qəzeti  2020.- 25 noyabr.- S.6.