“AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2016-cı il 11 may tarixli 187 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 456 Bakı
şəhəri, 23 noyabr 2020-ci il
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
11 may tarixli 187
nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 5, maddə 947; 2019, ¹ 4, maddə
756, ¹ 5, maddə 965, ¹ 12, maddə 2060; 2020, ¹ 4, maddə 499, ¹
5, maddə 653) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3-cü
hissə əlavə edilsin:
“Bu Qərarda
dəyişiklik Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş
1 nömrəli əlavə – “AzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:
2.1. 4.4-cü bənddə “37 000 000 (otuz yeddi
milyon)” sözləri “62 000 000 (altmış iki milyon)” sözləri ilə, “18 (on səkkiz) manat 50 (əlli)
qəpik” sözləri “31 (otuz bir) manat” sözləri ilə
əvəz edilsin.
2.2. “Qeyd” hissəsi ləğv
edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “Qeyd” hissəsi ləğv edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2020.- 25 noyabr.- S.7.