Gözün aydın, Qarabağ!
Ağdam da işğaldan
azad olundu
Prezident, Ali
Baş Komandan İlham Əliyevin xalqa
noyabrın 20-də ünvanladığı müraciətini
göz yaşları içərisində
dinlədim. Bu, sevincdən doğan
gözyaşları idi. Həmin müraciət
məcburi köçkün sözünü bizim
üzərimizdən götürdü.
Dövlətimizin başçısının “Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız” təbriki təkcə ağdamlıları yox, bütün azərbaycanlıları kövrəltdi. Bu, doğma yurdumuzun – Ağdamın 27 illik işğalına son qoyulması barədə qələbə müjdəsi idi.
Son üç
yüz ildə zəfər həsrətli
xalqımızın bu intizarına
artıq son qoyulur.
Sentyabrın 27-dən indiyədək hər gün
qələbə müjdələrini eşitməyə
artıq adət etmişik. Qələbə
soraqlı xəbərləri Azərbaycan xalqına verən Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevlə qürur
duyuruq, fəxr edirik. Ulularımızın uyuduğu
müqəddəs torpaqlara yüz minlərlə həsrətlini qovuşduran, qüdrətli Oğuz–Türk yurdu
Qarabağı düşmənlərin murdar
nəfəsindən xilas edən, döyüş, diplomatiya,
informasiya məkanında heyrətamiz fəaliyyətlə
rəşadətli ordumuzu qələbədən
- qələbəyə aparan Ali Baş Komandan
İlham Əliyev milyonların qəlbində
qurduğu əbədi mənəvi heykəli
ilə bugünkü və gələcək
nəsillərin yaddaşına minilliyin fatehi kimi düşdü.
Qələbə müjdəsinə daha biri də əlavə
olundu. 27 il
düşmən əsarətində olan doğma Ağdamımız artıq
azaddır. Bu illər ərzində rayonumuza, kəndimizə gedən yollara həsrətlə baxırdım. Fikirləşirdim
ki, dünyada baş alıb gedən ikili
standartlar, ayrı-seçkilik, ədalətsizlik
ərazilərimizin işğaldan azad edilməsinə problem
yaradacaq. Ancaq dövlət
başçımızın qətiyyəti, cəsarəti, siyasi iradəsi, ölkəmizə
qarşı təzyiq və təhdidlərə sinə gərməsi
27 illik həsrətə son
qoydu. Nə xoş ki, sevinci xalqımıza,
ağdamlılara bəxş edən qüdrətli sərkərdə
cənab İlham Əliyevlə eyni dövrdə yaşamaq,
onun tarixi zəfərlərinin
canlı şahidi olmaq
bizə də nəsib oldu. Daha biz məcburi köçkün deyilik. Bu adı daşıdıqca xəcalət hissi keçirirdim. Bu adı bizə məğlubiyyətimiz vermişdi
Rəbbimiz el üçün, millət üçün ədalətin təntənəsi naminə ömrünü şam kimi əridən ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezidentimiz, bugünümüzün və sabahımızın alternativsiz lideri kimi qəbul etdiyimiz İlham Əliyevə Vətən naminə müqəddəs yolda yardımçı olsun. Nə qədər bu millət var, nə qədər bu dövlət var, İlham Əliyev yolu hər zaman bizi yeni qələbələrə, xoşbəxt günlərə qovuşduracaq. 27 il işğal altında olan ərazilərimizə, Qarabağımıza qovuşdurduğu kimi. Gözün aydın, Qarabağ! Ağdam da azadlığa qovuşdu.
Təhmasib
NOVRUZOV,
Azadlıq Hərəkatçıları
Birliyinin sədri
Xalq qəzeti 2020.- 25 noyabr.- S.8.