Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Miqrasiya orqanları işçilərinin
attestasiyası Qaydası”nın təsdiq edilməsi
haqqında” 2017-ci il 14 noyabr
tarixli 492 nömrəli, “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin
attestasiyası Qaydası”nın təsdiq edilməsi barədə”
2017-ci il 16 noyabr tarixli 493 nömrəli, “Diplomatik xidmət əməkdaşlarının
və diplomatik xidmət orqanlarının
inzibati-texniki xidmətini həyata
keçirən inzibati vəzifə tutan şəxslərin xidməti
attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 499 nömrəli,
“Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının
attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 553 nömrəli,
“Dövlət məktəbəqədər təhsil müəssisələrində
təhsilalanların sosial müdafiəsi
Qaydası”nın təsdiq edilməsi
haqqında” 2017-ci il 29 dekabr
tarixli 622 nömrəli, “Sağlamlıq
imkanları məhdud olan məktəbəqədər
yaşlı uşaqların təhsilinin dövlət
standartları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 fevral tarixli
62 nömrəli, “Azərbaycan Respublikasının
vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli
və “Peşə və kvalifikasiya
standartının hazırlanması, yenidən
hazırlanması, təsdiq edilməsi, qeydiyyatının
aparılması və müddətinin uzadılması
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu
il 12 dekabr tarixli 474/nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 460 Bakı
şəhəri, 24 noyabr 2020-ci il
“İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə
haqqında”, “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi
vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə dövlət
qayğısı haqqında”, “Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət
haqqında”, “Məktəbəqədər təhsil
haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” və “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli
492 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2156) ilə təsdiq edilmiş “Miqrasiya
orqanları işçilərinin attestasiyası
Qaydası”nın 1.6.7-ci yarımbəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən
edilmiş” sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 493
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2157) ilə təsdiq
edilmiş “Dövlət vergi orqanlarının vəzifəli
şəxslərinin attestasiyası Qaydası”nın 1.5.1-ci
yarımbəndində “əlil olmuş” sözləri “əlilliyi
müəyyən edilmiş” sözləri ilə əvəz
edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2163) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nın 1.5.3-cü yarımbəndində “əlil olanlar” sözləri “əlilliyi müəyyən edilənlər” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 553 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2501) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın 1.4.1-ci yarımbəndində “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 12 (II kitab),
maddə 2567; 2020, № 4, maddə 480; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 335 nömrəli Qərarı) ilə təsdiq
edilmiş “Dövlət məktəbəqədər
təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın
2.1.3-cü yarımbəndində “qüsurlu”
sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 2, maddə 365) ilə təsdiq
edilmiş “Sağlamlıq imkanları məhdud
olan məktəbəqədər
yaşlı uşaqların təhsilinin dövlət
standartları”nın 2.1.1-ci yarımbəndində
“qüsurların” sözü
“pozuntuların” sözü ilə əvəz
edilsin.
7. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №
10, maddə 2155; 2019, № 3, maddələr 528, 534,
544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971,
№ 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə
1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə
479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 21 sentyabr tarixli 349 nömrəli və 10 oktyabr tarixli 385 nömrəli
qərarları) aşağıdakı dəyişikliklər
edilsin:
7.1. həmin Qərarla təsdiq edilmiş
“Azərbaycan Respublikasının büdcə xərclərinin
funksional təsnifatı” üzrə:
7.1.1. “6.2.0. “Sosial təminat” köməkçi bölməsinin “Əlillərlə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri” sətrində “Əlillərlə və sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;
7.1.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
1. “6.1.2. “Əmək qabiliyyətinin itirilməsi”
paraqrafının ikinci abzasında “əlilliyə
və ya” sözləri “əlilliyə, o cümlədən” sözləri ilə əvəz
edilsin;
2. “6.2.0. “Sosial təminat”
paraqrafında “Əlillərlə və sağlamlıq
imkanları məhdud” sözləri “Əlilliyi olan şəxslərlə, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək” sözləri ilə əvəz edilsin;
3. “6.2.4. “Əlillərlə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri” paraqrafında “Əlillərlə və sağlamlıq imkanları məhdud” sözləri “Əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə və “əlillər və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərlə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;
7.2. Azərbaycan Respublikasının büdcə
xərclərinin iqtisadi təsnifatı
üzrə:
7.2.1. 271921-ci yarımmaddədə “Əlillərin”
sözü “Əlilliyi olan
şəxslərin” sözləri ilə əvəz edilsin;
7.2.2. 271923-cü yarımmaddədə
“Əlillərə” sözü
“Əlilliyi olan şəxslərə”
sözləri ilə əvəz edilsin;
7.2.3. 272220-ci maddədə “20 yanvar
hadisələri zamanı əlil olan ailələrin”
sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi
müəyyən edilən şəxslərin” sözləri
ilə əvəz edilsin;
7.2.4. 272320-ci maddədə “Əlilliyə” sözü “18 yaşından yuxarı əlilliyi
olan şəxslərə əlilliyə”
sözləri ilə əvəz edilsin;
7.2.5. 272330-cu maddədə “16 yaşadək əlil”
sözləri “18 yaşınadək” sözləri ilə əvəz
edilsin;
7.2.6. 272560-cı maddədə “20 yanvar hadisəsi ilə əlaqədar əlil olmuş” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
7.2.7. 272920-ci maddədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
7.3. Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə üzrə:
7.3.1. “270000. “Sosial
ödənişlər” bölməsində ismin
müvafiq hallarında “əlillər” sözü ismin müvafiq hallarında “əlilliyi olan şəxslər” sözləri ilə, “əlil”
(birinci halda) sözü “sağlamlıq imkanları məhdud
18 yaşınadək” sözləri ilə və “əlil ailələr”
sözləri “əliliyi olan şəxslərdən
ibarət ailələr” sözü ilə
əvəz edilsin;
7.3.2. “271920. “Əlilliklə
bağlı ödənişlər” maddəsinin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan
şəxslərin” sözləri ilə və ikinci cümləsində ismin
müvafiq hallarında “Əlillər” sözü ismin müvafiq hallarında “Əlilliyi olan şəxslər” sözləri ilə əvəz
edilsin;
7.3.3. “271921. “Əlillərin
sağlamlığının mühafizəsi və tibbi bərpası” yarımmaddəsində
“Əlillərin” sözü “Əlilliyi olan şəxslərin” sözləri ilə və
hər dörd halda “əlillərin”
sözü “əlilliyi olan
şəxslərin” sözləri ilə əvəz edilsin;
7.3.4. “271922. “Reabilitasiya tədbirlərinin təşkili” yarımmad-dəsində hər dörd halda “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;
7.3.5. “271923. “Əlillərə maddi və texniki
yardımın təşkili” yarımmaddəsində
“Əlillərə” sözü
“Əlilliyi olan şəxslərə”
sözləri ilə, ismin müvafiq
hallarında “əlillər” sözü ismin müvafiq
hallarında “əlilliyi olan şəxslər”
sözləri ilə və “əlil uşaqların” sözləri
“sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların” sözləri ilə əvəz edilsin;
7.3.6. “271929. “Digər ödənişlər”
yarımmaddəsində “əlilliklə” sözündən sonra “, o cümlədən
sağlamlıq imkanlarının məhdudluğu ilə”
sözləri əlavə edilsin;
7.3.7. “272000. “Sosial yardım” köməkçi bölməsinin birinci cümləsində “müharibə əlillərinin, 20 yanvar hadisələri zamanı əlil olanların” sözləri “müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin” sözləri ilə və “II qrup əlil olmuş” sözləri “II dərəcə əlilliyi müəyyən olunmuş” sözləri ilə əvəz edilsin;
7.3.8. “272200. “Aztəminatlı ailələrə
verilən uşaq müavinətləri”
paraqrafının ikinci cümləsində
“20 yanvar hadisəsi zamanı əlil olan ailələrin” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi müəyyən edilən
şəxslərin” sözləri ilə əvəz edilsin;
7.3.9. “272220. “Müharibə və 20 yanvar hadisəsi zamanı əlil olan ailələrin uşaqlarına aylıq müavinət” maddəsində hər iki halda “20 yanvar hadisəsi zamanı əlil olan ailələrin” sözləri “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin” sözləri ilə əvəz edilsin;
7.3.10. “272230. “Çernobıl qəzasının
nəticələrinin aradan
qaldırılması ilə bağlı müavinət” maddəsində
“II qrup əlil olmuş”
sözləri “II dərəcə əlilliyi müəyyən
olunmuş” sözləri ilə əvəz
edilsin;
7.3.11. “272300. “Dövlət sosial
yardımı” paraqrafının ikinci
cümləsində “Əlilliyə” sözü
“18 yaşından yuxarı əlilliyi olan
şəxslərə əlilliyə” sözləri ilə və
“16 yaşadək əlil” sözləri “18 yaşınadək”
sözləri ilə əvəz edilsin;
7.3.12. “272320. “Əlilliyə görə müavinət” maddəsində “Əlilliyə” sözü “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə” sözləri ilə və “əlillərə” sözü “18 yaşından yuxarı əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;
7.3.13. “272330. “Sağlamlıq imkanları məhdud
16 yaşadək əlil uşaqlara
müavinət” maddəsində hər iki
halda “16 yaşadək əlil” sözləri
“18 yaşınadək” sözləri ilə əvəz edilsin;
7.3.14. “272360. “Müalicə xərci” maddəsində
“əlil olmuş” sözləri “əlilliyi
müəyyən olunmuş” sözləri
ilə əvəz edilsin;
7.3.15. “272500. “Təqaüdlər”
paraqrafında “20 yanvar hadisələri ilə
əlaqədar əlil olmuş” sözləri
“1990-cı ilin 20 Yanvar
hadisələri ilə əlaqədar əlilliyi müəyyən
olunmuş” sözləri ilə əvəz
edilsin;
7.3.16. “272560. “20 yanvar
hadisələri ilə əlaqədar əlil olmuş
şəxslərə verilən təqaüd” maddəsində
“20 yanvar hadisələri ilə əlaqədar
əlil olmuş” sözləri “1990-cı
ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi müəyyən olunmuş” sözləri ilə və ikinci halda “əlil olmuş” sözləri “əlilliyi müəyyən
olunmuş” sözləri ilə əvəz
edilsin;
7.3.17. “272900. “Sosial
yardım üzrə digər ödənişlər”
paraqrafının ikinci cümləsində
“əlillərə” sözü “əlilliyi
olan şəxslərə” sözləri
ilə əvəz edilsin;
7.3.18. “272920. “Avtomobil növbəsində dayanan əlillərə kompensasiya” maddəsində hər iki halda “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2058) ilə təsdiq edilmiş “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın 3 nömrəli əlavəsinin 6.3.2-ci yarımbəndində “sağlamlıq imkanları məhdud olan şəxslər və əlillər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2020.- 28 noyabr.- S.8.