Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq
edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Uşaq evlərinin
rəhbər işçilərinin, pedaqoji,
inzibati-təsərrüfat, tədris-köməkçi və
xidmətedici heyətinin nümunəvi ştatları
haqqında” 2006-cı il 13 iyul
tarixli 172 nömrəli,
“Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın təsdiq
edilməsi haqqında” 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli,
“Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi uçotunun
aparılması Qaydası”nın təsdiq edilməsi
haqqında” 2013-cü il 8 may
tarixli 76 nömrəli və “Mədəni sərvətlərdən aztəminatlı əhali,
əlillər və sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar, müharibə
iştirakçıları tərəfindən güzəştli
istifadə Qaydası”nın təsdiq edilməsi barədə”
2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 459 Bakı
şəhəri, 24 noyabr 2020-ci il
“İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə
haqqında”, “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi
vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş
şəxslərə dövlət
qayğısı haqqında”, “Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət
haqqında”, “Məktəbəqədər təhsil
haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” və “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli
113-VIQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №
11, maddə 1073; 2007, № 12, maddə 1344; 2008, № 8, maddə 787;
2011, № 5, maddə 449; 2016, № 9, maddə 1585; 2019,
№ 7, maddə 1320) ilə təsdiq edilmiş
“Sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq
edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.1-ci bəndin ikinci
abzasında “əlillərin” sözü “əlilliyi
olan şəxslərin” sözləri ilə
əvəz edilsin;
1.2.
1.2.1-ci, 1.2.2-ci, 1.2.3-cü yarımbəndlərdə “əlillər
və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxslər” sözləri “əlilliyi olan şəxslər,
o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar” sözləri ilə əvəz edilsin;
1.3. 1.3-cü bəndin dördüncü abzasına “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və altıncı abzası aşağıdakı redaksiyada verilsin:
“əlilliyi olan şəxslər,
o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar;”;
1.4. 4.1-ci bənddə “əlilləri,
sağlamlıq imkanları məhdud 18 yaşınadək
şəxsləri” sözləri “əlilliyi olan
şəxsləri, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqları” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 639; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Uşaq evlərinin normalar üzrə əlavə ştatları”nın “Qeydlər”ində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissədə “qüsuru”
sözü “pozuntu” sözü ilə əvəz edilsin;
2.2. 5-ci hissədə “qüsurlu”
sözü “pozuntusu olan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 9, maddə 939; 2015, № 5, maddə
655; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 1, maddə
138; 2019, № 3, maddə 514) ilə təsdiq edilmiş “Çağırışçıların
və hərbi vəzifəlilərin hərbi
qeydiyyatının aparılması Qaydası”nın 3.5-ci bəndində
“Tibbi-sosial ekspert
komissiyaları” sözləri “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”
sözləri ilə və “verməlidirlər” sözü “verməlidir” sözü
ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 5, maddə 565; 2015, № 5, maddə
656; 2017, № 4, maddə 620; 2019, № 3, maddə 514) ilə
təsdiq edilmiş
“Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi uçotunun
aparılması Qaydası”nın 3.1.5-ci yarımbəndində
“tibbi-sosial ekspert
komissiyaları” sözləri “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”
sözləri ilə əvəz edilsin.
5. “Mədəni
sərvətlərdən aztəminatlı əhali, əlillər
və sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar, müharibə iştirakçıları tərəfindən
güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972;
2016, № 11, maddə 1976; 2017, № 12 (II kitab), maddə 2477)
aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında və ikinci abzasında “əlillər və” sözləri “əlilliyi olan şəxslər, o cümlədən” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş
“Mədəni sərvətlərdən aztəminatlı əhali,
əlillər və sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar, müharibə
iştirakçıları tərəfindən güzəştli
istifadə Qaydası” üzrə:
5.2.1. adında və 1.1-ci bəndində “əlillər
və” sözləri “əlilliyi olan şəxslər,
o cümlədən” sözləri ilə
əvəz edilsin;
5.2.2. 1.3.2-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“1.3.2. əlilliyi olan şəxslərə;”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2020.- 28 noyabr.- S.8.