Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli və fiziki
inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi
internat məktəblərinin rəhbər
işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı
və xidmət işçiləri heyətinin nümunəvi
ştatları haqqında” 1992-ci il 9 yanvar
tarixli 6 nömrəli, “Bütün
tipdən olan internat məktəblərdə,
əqli və ya fiziki
cəhətdən qüsurlu uşaqlar üçün
internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq
inventarlarla təmin olunması norması
haqqında” 1994-cü il 17 yanvar
tarixli 15 nömrəli, “Təhsil müəssisələrində,
xəstəxanalarda və sosial sahənin
digər ictimai müəssisələrində
vətəndaşların qida
normalarının tətbiq edilməsi
haqqında” 1994-cü il 9 mart
tarixli 103 nömrəli, “Büdcədən
maliyyələşdirilən məktəbəqədər təhsil
müəssisələrinin nümunəvi ştatı
haqqında” 1996-cı il 29 may tarixli 61 nömrəli,
“Yaşı 18-dən az olan
işçilərin əməyinin tətbiqi
qadağan olunan əmək
şəraiti zərərli və ağır olan
istehsalatların, peşələrin (vəzifələrin),
habelə yeraltı işlərin siyahısının təsdiq
edilməsi haqqında” 2000-ci il 24 mart tarixli 58 nömrəli,
“Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə
işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin
təsdiq edilməsi haqqında” 2004-cü il
9 yanvar tarixli 2
nömrəli və “Əmək şəraitinə və əmək
funksiyasının xarakterinə görə əlavə məzuniyyət
hüququ verən, zərərli və
ağır istehsalatların, peşə və vəzifələrin
Siyahısı”nın təsdiq edilməsi barədə”
2004-cü il 5 iyul tarixli 92 nömrəli.qərarlarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 458 Bakı
şəhəri, 24 noyabr 2020-ci il
“İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə
haqqında”, “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi
vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq
skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında”, “Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət
haqqında”, “Məktəbəqədər təhsil
haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” və “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli
113-VIQD nömrəli Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli və
fiziki inkişafında qüsurlar olan uşaqlar
üçün xüsusi internat məktəblərinin rəhbər
işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı
və xidmət işçiləri heyətinin nümunəvi
ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 9 yanvar tarixli 6 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
adında “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin əqli”
sözləri “Əqli” sözü ilə və “qüsurlar”
sözü “pozuntular” sözü ilə əvəz edilsin;
1.2. 1-ci hissədə “qüsurlar” sözü “pozuntular” sözü ilə əvəz edilsin;
1.3. həmin Qərarın əlavəsi - “Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün xüsusi internat məktəblərin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları” üzrə:
1.3.1. adında “qüsurlar”
sözü “pozuntular”
sözü ilə əvəz edilsin;
1.3.2. “Qeydlər”in 1-ci hissəsinin ikinci və üçüncü
abzaslarında “qüsurlar” sözü
“pozuntular” sözü
ilə, 6-cı hissəsində “qüsuru”
sözü “pozuntusu” sözü ilə əvəz edilsin.
2. “Bütün
tipdən olan internat məktəblərdə,
əqli və ya fiziki
cəhətdən qüsurlu uşaqlar üçün
internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə
tərbiyə olunan uşaq
və yeniyetmələrin geyim,
ayaqqabı və yumşaq inventarlarla
təmin olunması norması haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 17 yanvar tarixli 15 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və 1-ci hissəsində “qüsurlu” sözü “pozuntusu olan” sözləri
ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Bütün
tipdən olan internat məktəblərdə,
əqli və ya fiziki
cəhətdən qüsurlu uşaqlar üçün
internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olan uşaqlar üçün
internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq
inventarlarla təmin olunması
norması”nın adında və “Bütün
tipdən olan internat
ümumtəhsil məktəblərində və əqli və
ya fiziki cəhətdən
qüsurlu uşaqlar üçün internat məktəblərdə
tərbiyə olunan uşaqlar
üçün” sütununda
“qüsurlu” sözü
“pozuntusu olan” sözləri
ilə əvəz edilsin.
3. “Təhsil müəssisələrində,
xəstəxanalarda və sosial sahənin
digər ictimai müəssisələrində
vətəndaşların qida
normalarının tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər edilsin:
3.1.
3-cü hissədə “qocalar və əlillər evlərində”
sözləri “ahıllar, əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar üçün sosial xidmət
müəssisələrində” sözləri ilə əvəz
edilsin;
3.2. həmin Qərarın 4 nömrəli əlavəsində - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qocalar və əlillər evlərində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları” üzrə:
3.2.1. adında “qocalar və
əlillər evlərində” sözləri “ahıllar, əlilliyi
olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar üçün sosial xidmət
müəssisələrində” sözləri ilə əvəz
edilsin;
3.2.2. cədvəlin 3-cü sütununda
“əlillər evləri” sözləri “əlilliyi olan şəxslər üçün
sosial xidmət müəssisələri”
sözləri ilə əvəz edilsin;
3.2.3. cədvəldən
sonrakı mətnin ikinci abzasında “Gənc
əlillərin, sağlamlıq imkanları məhdud” sözləri
“Əlilliyi olan gənclərin, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək” sözləri ilə
və “əlillərin, sağlamlıq imkanları məhdud”
sözləri “əlilliyi olan şəxslərin,
o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək” sözləri ilə
əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli
Qərarının 1 nömrəli əlavəsində - “Uşaq bağçalarının nümunəvi
ştatı”nın “Qeydlər”ində aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 13-cü hissədə “pozğunluğu”
sözü “pozuntusu” sözü ilə əvəz edilsin;
4.2. 14-cü hissədə “pozğunluq”
sözü “pozuntu” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il
24 mart tarixli 58
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3
(II kitab), maddə 246) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin
əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və
ağır olan istehsalatların,
peşələrin (vəzifələrin), habelə yeraltı
işlərin siyahısı”nın XXXIII bölməsinin “Səhiyyə
və tibb əmək ekspertizası təşkilatları”
hissəsinin üçüncü
abzasında “qüsurlu” sözü
“pozuntusu” sözü
ilə əvəz edilsin.
6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 50; 2006, ¹ 9, maddə 828, ¹
11, maddə 992; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 2, maddələr 115,
130; 2009, ¹ 10, maddə 857; 2010, ¹ 8, maddə 763; 2011, ¹ 12, maddə
1255; 2017, ¹ 4, maddə 663; 2019, ¹ 3, maddə 516) ilə təsdiq
edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə
işçilərinin əməyinin ödənilməsi
sistemi, növləri və məbləği”ndə
aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.2.1.1-ci yarımbənd üzrə:
6.1.1. “ə” abzasında “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilsin;
6.1.2. “ö” abzasında
“inkişafı qüsurlu” sözləri
“inkişafında pozuntu olan”
sözləri ilə əvəz edilsin;
6.2. 2.2.2.1-ci yarımbəndin “g”
və “h” abzaslarında “inkişafı qüsurlu” sözləri “inkişafında pozuntu” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹
7, maddə 583; 2006, ¹ 5, maddə 463; 2008, ¹ 2, maddə
130, 2019, ¹ 3, maddə 516, ¹ 7, maddə 1333) ilə təsdiq edilmiş “Əmək şəraitinə və
əmək funksiyasının xarakterinə görə əlavə
məzuniyyət hüququ verən, zərərli
və ağır istehsalatların, peşə və vəzifələrin
Siyahısı”nın “İstehsalat,
peşə və vəzifələrin adı” sütununun “XXXVII. Səhiyyə” bölməsində
aşağıdakı dəyişikliklər edilsin:
7.1. 178-ci hissədə “qüsurlu”
sözü “pozuntusu”
sözü ilə əvəz edilsin;
7.2. 185-ci hissədə “qocalar” sözü “ahıllar” sözü ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2020.- 28 noyabr.- S.8.