Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə
daşınması Qaydalarının təsdiq edilməsi
haqqında” 2000-ci il 24 aprel
tarixli 75 nömrəli, “Təhlükəli
yüklərin dəmir yolu nəqliyyatı
ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 20
noyabr tarixli 207
nömrəli, “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması
Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli
220 nömrəli, “Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və qanunvericiliyə uyğun olaraq hava
daşımalarına dair müqavilələrin
rəsmiləşdirilməsi və sənədlərin tərtib
edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”
2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 366 Bakı
şəhəri, 30 sentyabr 2020-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il
24 aprel tarixli 75
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4
(II kitab), maddə 321; 2002, ¹ 11, maddə
675; 2006, ¹ 9, maddə 822; 2009, ¹ 8, maddə 675; 2012, ¹ 10, maddə
1021; 2014, ¹ 1, maddə 57, ¹ 10, maddə 1313; 2018, ¹ 4, maddə 800) ilə təsdiq edilmiş
“Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə
daşınması Qaydaları”na aşağıdakı məzmunda
9.7-ci bənd əlavə edilsin:
“9.7. Nəqliyyat-ekspedisiya xidmətləri ilə
əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin
861.2-ci maddəsinə uyğun həyata keçirilir.”.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il
20 noyabr tarixli 207
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹
11, maddə 828; 2002, ¹ 11, maddə 675; 2003, ¹ 6, maddə 342;
2006, ¹ 9, maddə 822; 2009, ¹ 8, maddə 675, ¹ 9, maddə 736;
2016, ¹ 9, maddə 1585; 2017, ¹ 9, maddə
1742; 2018, ¹ 4, maddə 802, ¹ 11, maddə 2448; 2019, ¹ 9, maddə
1558) ilə təsdiq edilmiş “Təhlükəli
yüklərin dəmir yolu nəqliyyatı
ilə daşınması Qaydaları”nın 1.1.6-cı
yarımbəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar
ekspeditora qarşı yaranan
tələblər üzrə iddia
qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə
uyğun həyata keçirilir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 871; 2007, ¹ 12, maddə 1336; 2009, ¹ 2, maddə 144, ¹ 8, maddə 675, ¹ 9, maddə 738; 2016, ¹ 12, maddə 2229; 2018, ¹ 4, maddə 803, ¹ 5, maddə 1135; 2019, ¹ 1, maddələr 155, 166) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 9.6-cı bəndə
aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“Yükgöndərən daşıma
müqaviləsinin lazımınca icrası üçün
yükə aid olan sənədləri
və digər məlumatları daşıyıcıya təqdim
etməlidir. Yükgöndərən bu məlumatların
və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində
dəyən zərərin əvəzini ödəyir.”;
3.2. 17.5-ci bəndə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar
ekspeditora qarşı yaranan
tələblər üzrə iddia
qaldırılması Azərbaycan Respub-likasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə
uyğun həyata keçirilir.”.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il
11 iyun tarixli 94
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹
6, maddə 699; 2011, ¹ 4, maddə 373; 2016, ¹ 12, maddə 2221;
2017, ¹ 9, maddə 1749; 2019, ¹ 1, maddələr 158, 166, ¹ 12, maddə
2105; 2020, ¹ 3, maddə 371) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və qanunvericiliyə uyğun olaraq hava
daşımalarına dair müqavilələrin
rəsmiləşdirilməsi və sənədlərin tərtib
edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
4.1. II hissənin dördüncü
abzasına “sertifikatlara” sözündən
sonra “, həmçinin mülkiyyət,
icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə”
sözləri əlavə edilsin;
4.2. 4.6.1-ci yarımbəndə
aşağıdakı məzmunda üçüncü
abzas əlavə edilsin:
“Yükgöndərən daşıma müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları aviaşirkətə (daşıyıcıya) təqdim etməlidir. Yükgöndərən bu məlumatların, sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 3 oktyabr.- S.9.