Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşımalarını
yerinə yetirən daşıyıcılar tərəfindən
sərəncamında olan avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinin
reysqabağı yoxlanılması, sürücülərin
reysqabağı tibbi müayinəsinin
keçirilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında” 2009-cu il
24 aprel tarixli 71
nömrəli, “Avtomobil nəqliyyatı ilə
sərnişin və baqaj
daşınması Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2009-cu il 17 sentyabr
tarixli 141 nömrəli, “Avtomobil
nəqliyyatı ilə yüklərin daşınması
Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2009-cu il 17 sentyabr
tarixli 142 nömrəli, “Bakı şəhərində
sərnişindaşımada istifadə olunan
avtobuslara və taksi minik avtomobillərinə, onların
sürücülərinə, sərnişindaşıma fəaliyyətini
həyata keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq
yerlərinə dair Tələblər”in təsdiq
edilməsi haqqında” 2019-cu il 4 mart tarixli 73 nömrəli
və “Beynəlxalq və ölkədaxili (şəhərlərarası
və rayonlararası) sərnişin və yük
daşımalarını yerinə yetirən
sürücülər üçün iş və istirahət rejimi,
nəqliyyat vasitələrinin taxoqraflarla
təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət
Qaydası”nın təsdiq edilməsi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımalarının
həyata keçirilməsi ilə bağlı bəzi məsələlər
haqqında” 2010-cu il 24 dekabr
tarixli 244 nömrəli və “Ümumi istifadədə olan
avtomobil nəqliyyatı ilə ölkədaxili
sərnişin və yük
daşımalarını yerinə yetirən
sürücülərin iş və istirahət rejiminə,
iş şəraitinin xüsusiyyətlərinə
dair Qaydalar”ın təsdiq edilməsi barədə”
2016-cı il 10 mart tarixli 118 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında” 2019-cu il 29 may tarixli 249 nömrəli
qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 367 Bakı
şəhəri, 30 sentyabr 2020-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹
4, maddə 288; 2017, ¹ 4, maddə 632, ¹ 9, maddə 1751)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində “sərəncamında” sözü “mülkiyyət, icarə və ya istifadəsində” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Avtomobil nəqliyyatı
ilə sərnişin və yük
daşımalarını yerinə yetirən
daşıyıcılar tərəfindən sərəncamında
olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi
Qaydası”nın adında, 1.1-ci, 2.2-ci və 3.2-ci bəndlərində
“sərəncamında” sözü
“mülkiyyət, icarə və ya istifadəsində”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2009-cu il
17 sentyabr tarixli 141
nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹
9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə 1125; 2011, ¹
4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə 1629; 2014, ¹
7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II
kitab), maddə 354, ¹ 3, maddə 592, ¹ 4,
maddələr 779, 804, 817, ¹ 5, maddə 964; 2017, ¹ 4, maddələr
633, 650, ¹ 5, maddə 980, ¹ 8, maddə 1609; 2018, ¹ 4, maddə 806,
¹ 5, maddə 1107, ¹ 7 (II kitab), maddə
1625, ¹ 9, maddə 1920, ¹ 10, maddə 2175, ¹ 11, maddələr
2443, 2444; 2019, ¹ 1, maddə 161, ¹ 3, maddələr
515, 569, ¹ 12, maddə 2094) ilə təsdiq edilmiş
“Avtomobil nəqliyyatı ilə sərnişin
və baqaj daşınması
Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2.7-ci yarımbəndə
“digər qanuni əsaslarla” sözlərindən
sonra “haqq müqabilində”
sözləri, “yerinə yetirən” sözlərindən sonra isə “, mülkiyyət, icarə və ya istifadə hüququ ilə
nəqliyyat vasitələrinə malik olan” sözləri əlavə edilsin;
2.2. 3.2-ci bənddə “və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.)” sözləri “, icarəsində və ya istifadəsində” sözləri ilə əvəz edilsin;
2.3. 3.5.7-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.5.7. mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq
edən sənədlər;”;
2.4. 4.2.3-cü yarımbənddə “digər əşya
hüququ, yaxud digər
qanuni əsaslarla istifadə olunan” sözləri “istifadədə olan” sözləri ilə əvəz edilsin;
2.5. aşağıdakı məzmunda
15.6-cı bənd əlavə edilsin:
“15.6. Nəqliyyat-ekspedisiya xidmətləri ilə
əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan
Respub-likasının Mülki Məcəlləsinin
861.2-ci maddəsinə uyğun həyata keçirilir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 746; 2014, ¹ 8, maddə 1013; 2017, ¹ 5, maddə 981, ¹ 9, maddə 1752; 2018, ¹ 9, maddə 1921, ¹ 11, maddə 2448, ¹ 12 (II kitab), maddə 2722; 2019, ¹ 1, maddə 161, ¹ 12, maddə 2094) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.3-cü yarımbəndə
“qanuni əsaslarla” sözlərindən sonra “haqq müqabilində”
sözləri, “yerinə yetirən” sözlərindən sonra isə “, mülkiyyət, icarə və ya istifadə hüququ ilə
nəqliyyat vasitələrinə malik olan” sözləri əlavə edilsin;
3.2. 2.1.15-ci yarımbəndə “tərəfindən”
sözündən sonra “haqq
müqabilində olduğu yerdən”
sözləri əlavə edilsin;
3.3. 3.4-cü bənddə
“yükgöndərən isə əgər müqavilədə
digər hal nəzərdə
tutulmayıbsa,” sözləri “yükgöndərən, yükalan və ya
onların səlahiyyətləndirdiyi digər şəxs isə”
sözləri ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 10.7-1-ci və 40.1-1-cı bəndlər əlavə edilsin:
“10.7-1. Nəqliyyat-ekspedisiya xidmətləri ilə
əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin
861.2-ci maddəsinə uyğun həyata keçirilir.
40.1-1. Nəqliyyat-ekspedisiya xidmətləri ilə
əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan
Respubli-kasının Mülki Məcəlləsinin
861.2-ci maddəsinə uyğun həyata keçirilir.”;
3.5. 42.1.8-ci yarımbəndə “yükü” sözündən sonra
“haqq müqabilində olduğu
yerdən” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2019-cu il
4 mart tarixli 73 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹
3, maddə 507) ilə təsdiq edilmiş
“Bakı şəhərində sərnişindaşımada
istifadə olunan avtobuslara
və taksi minik
avtomobillərinə, onların sürücülərinə,
sərnişindaşıma fəaliyyətini
həyata keçirən daşıyıcılara, nəqliyyat
mübadilə mərkəzlərinə, avtobuslar
üçün dayanacaq
məntəqələrinə və taksi minik avtomobilləri üçün
duracaq yerlərinə dair
Tələblər”də aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 6.2-ci bəndin birinci
cümləsində “və yaxud digər qanuni əsaslarla istifadəsində” sözləri
“, icarə və ya istifadəsində”
sözləri ilə əvəz edilsin;
4.2. 7.2-ci bənddə “və ya
digər qanuni əsaslarla (icarə
müqaviləsi, etibarnamə və s.)
istifadəsində” sözləri “, icarəsində və ya istifadəsində” sözləri ilə əvəz
edilsin;
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 982) ilə təsdiq edilmiş “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nın 1.10.21-ci yarımbəndinə “daşınma müqaviləsi” sözlərindən əvvəl “haqq müqabilində” sözləri əlavə edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 3 oktyabr.- S.9.