Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmişAqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

¹ 370 Bakı şəhəri, 1 oktyabr 2020-ci il

 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 2056) ilə təsdiq edilmişAqrar Sığorta Fondunun Nizamnaməsi”nin 8.1-ci bəndində “1000000 (bir milyon)” sözləri “9000000 (doqquz milyon)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aqrar Sığorta Fondunun (bun­dan sonraFond) nizamnamə kapitalının ödənilməsi məqsədilə:

2.1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 1.9.1.4-cü yarımbəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması, habelə Aqrar Sığor­ta Fondunun nizamnamə kapitalının formalaş­dırılması)” üzrə nəzərdə tutulmuş vəsaitdən 2.300.000,0 (iki milyon üç yüz min) manat məbləğində vəsaitin 10 gün müddətində Fon­dun təqdim etdiyi bank hesabına ödənilməsini təmin etsin;

2.2. Azərbaycan Respublikasının 2021-ci ilin dövlət büdcəsi layihəsində nizamnamə kapitalının ödənilməsi məqsədilə 1.700.000,0 (bir milyon yeddi yüz min) manat məbləğində vəsait nəzərdə tutulmasını təmin etsin;

2.3. Fondun xeyrinə 5 il müddətinə 4.000.000,0 (dörd milyon) manat məbləğində sadə faizsiz şərtli veksel verilməsini təmin etsin. Fondun likvidlik riski olduqda, Fondun Himayəçilik Şurasının Qərarı əsasında veksel üzrə müvafiq həcmdə ödənişi həyata keçirsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti  2020.- 3 oktyabr.- S.9.