Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli
59 nömrəli Qərarı ilə təsdiq edilmiş
Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
¹ 371 Bakı şəhəri, 1 oktyabr
2020-ci il
“Hərbi-həkim ekspertizası və
tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 24 aprel tarixli 1000 nömrəli Fərmanının
5-ci hissəsinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 134; 2010, ¹ 1, maddə 59;
2012, ¹ 12, maddə 1371; 2013, ¹ 10, maddə 1204, ¹ 12, maddə
1627; 2015, ¹ 5, maddə 659; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 4, maddələr
620, 643, ¹ 7, maddə 1501, ¹ 12 (II kitab), maddə 2484; 2020, ¹ 4,
maddə 496) ilə təsdiq edilmiş “Hərbi-həkim
ekspertizası haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda 1.13-cü bənd əlavə
edilsin:
“1.13. Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların rəsmiləşdirildiyi gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər.”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 3 oktyabr.- S.9.