“Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin
kollegiyasının tərkibi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli
359 nömrəli Qərarında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 372 Bakı
şəhəri, 1 oktyabr 2020-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹
8, maddə 1810) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə “11” rəqəmləri “13”
rəqəmləri ilə əvəz edilsin.
2. “Kollegiyanın üzvləri” bölməsi
üzrə:
2.1. beşinci abzasda “Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun direktoru” sözləri
“Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun
İdarə Heyətinin sədri” sözləri ilə əvəz
edilsin;
2.2. altıncı abzasda “Nazirliyi yanında Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya
Xidmətinin rəisi” sözləri “Nazirliyinin
tabe-liyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri”
sözləri ilə əvəz edilsin;
2.3. yeddinci abzasda
“Nazirliyi yanında Dövlət Məşğulluq
Xidmətinin rəisi.” sözləri “Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyinin
İdarə Heyətinin sədri” sözləri ilə əvəz
edilsin.
3. Aşağıdakı məzmunda səkkizinci
və doqquzuncu abzaslar
əlavə edilsin:
“Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri.”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 3 oktyabr.- S.9.