“Azərbaycan Respublikası Dövlət Turizm
Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 363 Bakı
şəhəri, 30 sentyabr 2020-ci il
“Beşbarmaq
dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 8 iyun tarixli 2083 nömrəli
Sərəncamının 3.3-cü bəndinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1354, № 9, maddə 1909; 2019,
№ 2, maddə 352, № 4, maddə 754, № 8, maddə 1462; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 iyun tarixli 203
nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil
olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.7-ci bəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 2.8-ci bənd əlavə
edilsin:
“2.8.
“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu.”.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti 2020.- 3 oktyabr.- S.6.