“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublika­sının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 iyun tarixli 253 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 373 Bakı şəhəri, 1 oktyabr 2020-ci il

 

“Azərbaycan Respublikası Prezidenti­nin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edil­miş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunu­nun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2020-ci il 22 may tarixli 1034 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respubli­kasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2018-ci il 6 iyun tarixli 253 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1352; 2019, ¹ 3, maddə 562, ¹ 8, maddə 1446) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisa­diyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respubli­kasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haq­qında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haq­qında işlər üzrə tətbiq edilən cərimə-lərdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:

2.1. adında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Komitə)” sözləri “İqtisadiyyat Nazirliyi (bundan sonraNazirlik)” sözləri ilə əvəz edilsin;

2.3. 1.2-ci bənddə (hər iki halda) və 1.5-ci bəndin ikinci cümləsində ismin müvafiq halla­rında “Komitə” sözü ismin müvafiq hallarında “Nazirliksözü ilə əvəz edilsin;

2.4. 2.1-ci bənddə “Komitədə işləyən dövlət qulluqçularının” sözləri “Nazirliyin işçilərinin” sözləri ilə əvəz edilsin;

2.5. 2.1.1-ci yarımbənddə “dövlət qul­luqçularının” sözləri “Nazirliyin işçilərinin” sözləri ilə və 2.1.2-ci yarımbənddə “dövlət qulluqçularına” sözləri “Nazirliyin işçilərinə” sözləri ilə əvəz edilsin;

2.6. 2.1.3-cü, 2.1.4-cü yarımbəndlərdə “Komitənin dövlət qulluqçularının” sözləri “Nazirliyin işçilərinin” sözləri ilə əvəz edilsin;

2.7. 2.1.5-ci yarımbənddə “Komitənin dövlət qulluqçularının işçilərinə” sözləri “Na­zirliyin işçilərinə” sözləri ilə əvəz edilsin;

2.8. 3-cü hissənin adında “Dövlət qul­luqçularının” sözləri “Nazirliyin işçilərinin” sözləri ilə əvəz edilsin;

2.9. 3.1-ci və 3.2-ci bəndlərdə “Komitənin dövlət qulluqçu-larının” sözləri “Nazirliyin işçilərinin” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Xalq qəzeti 2020.- 3 oktyabr.- S.6.