Prezident İlham Əliyev Rusiyanın “Rossiya 1” telekanalına müsahibəsində həqiqətləri
böyük auditoriyaya
çatdırdı
Ermənistanın işğalçılıq
siyasəti artıq dünya ictimaiyyəti
tərəfindən də qınaq hədəfinə çevrilib. Son iki ildə münaqişənin
nizamlanması istiqamətində heç bir iş görməyən
təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan
vəziyyəti daha da
gərginləşdirərək müharibə həddinə
çatdırdı. Bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən,
sərhədboyu əraziləri artilleriya atəşinə tutan,
hərbçilərimizi və mülki əhalini
qətlə yetirən, yaşayış məntəqələrinə
ciddi ziyan vuran Ermənistan ordusu
Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri
qarşısında davam gətirə bilmədi
və böyük itkilər verərək
geri çəkildi. Müsahibimiz Demokratiya və İnsan
Hüquqları Komitəsinin sədri, hüquq
üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dövlət
başçımızın “Rossiya 1”
telekanalına müsahibəsində həqiqətləri böyük auditoriyaya
çatdırması və Azərbaycan Ordusunun
düşmənə ağır zərbələr vurması
barədə məlumat verərkən dedi:
– Gözləmək olardı ki, düşmən 2016-cı ilin aprel məğlubiyyətindən ibrət dərsi götürəcək və işğalçılıq siyasətinə son qoyacaq. Ancaq hər şey gözləntilərin əksinə oldu. Bir neçə gün əvvəl Ermənistan ordusu genişmiqyaslı hücuma keçərək yeni ərazilərimizi ələ keçirmək istədi. İşğalçı ölkənin hücumu bir daha təsdiqlədi ki, onlar bu əməliyyata qabaqcadan hazırlaşıblar. Hətta dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında da açıq şəkildə dedi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarına müsahibəsində, həm də BMT kürsüsündən çıxış edərkən öz fikirlərini bildirmişdi. Ancaq həmişə olduğu kimi, bu dəfə də dünyada baş alıb gedən ikili standartlar Ermənistanın xeyrinə işlədi və işğalçı ölkə müharibəyə başladı.
– Müharibəni başlayan
Ermənistanın qısa müddətdə ağır itkilər
verməsi də günün
reallığıdır...
– Məndə bu barədə
rəsmi məlumat var. Sentyabrın
27-dən 30-u saat 21.30 radələrinə
qədər işğalçı Ermənistanın 200-dək
tank və digər zirehli
texnikası, 228 artilleriya, yaylım atəşli
raket sistemləri, minaatan,
30 ədəd hava hücumundan
müdafiə vasitələri, 6 komada-idarəetmə və
komanda–müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib. Bu siyahı indi daha da
çoxalıb. Çünki son günlər düşmənə vurulan ağır zərbələr nəticəsində
düşmənin itkilərinin sayı xeyli
artıb. Bütün bunlar işğalçı Ermənistanın
öz günahıdır. Çünki
2016-cı ilin Aprel
döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və
2020-ci ilin iyulunda Tovuz rayonunda törətdikləri
təxribat zamanı düşmən Azərbaycan Silahlı
Qüvvələrinin qüdrətinə bələd olmuşdu. Bunu bilə-bilə
bu dəfə genişmiqyaslı hücuma keçdilər və
cavablarını da aldılar. Hələ
bunlar nədir ki? Azərbaycan
Ordusu düşmənə elə bir sarsıdıcı zərbə vuracaq ki, bir
daha özlərinə gələ bilməyəcəklər.
– Dövlətimizin
başçısı Ermənistanın təxribatı nəticəsində
sentyabrın 27-də başlanmış müharibə, təxribatlar,
işğalçılıq və təcavüz siyasəti
haqqında həqiqətləri “Rossiya-1” telekanalında böyük auditoriyaya
çatdırdı...
– Sentyabrın 29-da “Rossiya-1”
telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan
– Ermənistan təmas xəttində baş
verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev
və Ermənistanın baş naziri Nikol Paşinyan
aparıcıların suallarını cavablandırarkən
dövlətimizin başçısı son
günlər baş verənlər barədə
ətraflı məlumat verdi. Möhtərəm Prezidentimiz
ölkəmiz üçün önəmli
və taleyüklü bir
dövrdə Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək
sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində
başlanmış müharibə haqqında həqiqətləri
böyük auditoriyaya
çatdırdı. Prezident İlham Əliyev Rusiya
ictimaiyyətini Ermənistanın təxribatları,
işğalçılıq və təcavüz siyasəti
haqqında məlumatlandırdı.
Dövlət başçısı Ermənistanın
dinc əhaliyə qarşı müharibə
apardığını, təcavüzkar ordunun
əsas hədəfinin yaşayış məntəqələri
və mülki əhali olduğunu
bildirdi. Dedi ki, qısa vaxt ərzində
hərbi təcavüz nəticəsində Azərbaycanın
11 dinc sakini, o cümlədən 2 uşaq
həlak olub, hərbi qulluqçular
arasında da həlak olanlar
var.
Aparıcının Türkiyənin
Azərbaycana kömək etməsi barədə hətta “Ankara Prezidentin və Xarici İşlər nazirinin
şəxsində rəsmən bəyan edib
ki, döyüş
meydanında Sizə kömək edəcək” – fikirlərinə
aydınlıq gətirən ölkəmizin rəhbəri
Rusiyanın aparıcı mediasında Türkiyənin
maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq
hüququ müdafiə edir,
eyni zamanda, ölkəmizə
mənəvi dəstək verir və
hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin rolunun
regionda sabitləşdirici xarakter
daşıdığnı bildirən dövlət
başçısı Türkiyənin bizə qardaş ölkə və bizim
müttəfiqimiz olduğunu qeyd etdi. Ermənistanın
Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi
ilk saatdan etibarən
Türkiyə dövlət başçısı və digər
rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyib.
Ölkə başçısı Türkiyənin
bizə mənəvi dəstək göstərdiyini bildirdi. Buna görə də
biz Türkiyə rəhbərliyinə,
Türkiyə Prezidentinə və türk
xalqına bizimlə həmrəy olduğuna
və bizi dəstəklədiklərinə
görə təşəkkür edirik.
Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə
erməni tərəfin yaydığı bütün
şayiələr təxribat xarakteri
daşıyır, indiki dildə desək,
bu, feyk-nyusdur.
Türkiyənin münaqişədə iştirakı barədə
heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan
Ordusu öz
xalqının və öz ərazisinin
müdafiəsini təmin etmək üçün
kifayət qədər hazırlıqlıdır.
Prezident İlham
Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə
çatdırdı, həm də faktlarla
Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın
baş naziri Nikol Paşinyanın “Qarabağ
Ermənistandır” və Azərbaycan
danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə
aparmalıdır” fikrini xatırladaraq dedi ki, Ermənistan bilərəkdən
danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli
sürür və
təxribatlar törədir.
Prezident İlham
Əliyev bir daha bəyan
etdi ki, Ermənistan bu təxribatlara uzun
müddətdir ki, hazırlaşır. Bunu işğalçı ölkənin hərəkətlərinin
və bəyanatlarının xronologiyası da
təsdiqləyir.
–
İşğalçı ölkə Azərbaycan ərazisində
törətdiyi təxribatlarda mütəmadi olaraq
xarici ölkələrdən gətirilən
terrorçu və muzdlulardan
istifadə edib.
– Ermənistan Azərbaycanın
Dağlıq Qarabağ və ətraf
bölgələrinin işğalı zamanı, eləcə
də, ölkəmizə qarşı törətdiyi bütün təcavüz aktlarında həmişə
xarici ölkələrdən, xüsusilə
də Yaxın Şərq bölgələrindən terrorçu və muzdluları cəlb edib. Son aylar ərzində ölkəmizin
işğal olunmuş
ərazilərində həyata keçirilən terror və təxribatlarda da
bunun şahidi olmuşuq. İşğal
altında olan ərazilərimizdə
aparılan qanunsuz məskunlaşdırma
prosesində də terrorçu dəstələrin
üzvlərini yerləşdirir və onları ölkəmizə
qarşı döyüşə göndərirlər.
Möhtərəm Prezidentimiz
bu dəfə də
işğalçı ölkənin baş
nazirin pat vəziyyətində
qoydu. Həmişəki kimi,
faktlar qarşısında aciz
qalan Nikol Paşinyan, necə deyərlər, gah nala, gah
da mıxa vurdu.
Axı, nə deyə bilərdi? Təcavüzkar ölkənin
30 ilə yaxındır ki, Azərbaycanın
ərazisinin 20 faizini işğal
altında saxlaması, bir milyondan
artıq soydaşımızı qaçqın və məcburi
köçkün vəziyyətinə
salması göz önündədir. Bunu necə inkar edə bilərdi?
Ona görə də onun
budəfəki çıxışı da
həm özünü, həm də erməniləri
rəzil vəziyyətinə saldı. Ermənilər belə
cılız, qeyri- ciddi,
yalançı və riyakar dövlət
başçıları olmasından xəcalət çəkməlidir.
Prezident İlham Əliyevin məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda diplomatiya məharətinin zirvəsi təəssüratı yaratdı. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən qeyri-yetkin olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.
Söhbəti qələmə
aldı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti 2020.- 3 oktyabr.- S.3.