Diplomatiyamızın təntənəsi

 

Hazırkı həssas dövrdə Azərbaycan həqiqətlərinin böyük auditoriyalarda tirajlanması ölkəmiz üçün çox vacibdir. Prezident İlham Əliyevin sentyabrın 27-dən bəri “Rossiya 1”, “Əl-Ərəbiyyə” və “TRT Haber”ə verdiyi müsahibələr bu baxımdan çox önəmlidir. Son­radan “Əl-Cəzirə”, Rusiyanın “Pervıy Kanal”, “Euronews” televiziyalarının və “CNN Türkün – fərqli ölkələrin hər birinin geniş tamaşaçı auditoriyası olan TV-lərinin fərqli suallarını cavablandırsa da, təbii ki, müsahibələrdə əsas diqqət Ermənistanla Azərbaycan arasındakı mövcud müharibəyə yönəlmişdi və dövlət başçımız, haqlı davamızı, qətiyyətli mövqeyimizi bir daha ifadə etdi.

 

Hər fərqli xarici TV vasitəsi ilə tirajlanan həqiqətlərimiz həm bizə yeni dostlar qazandırır, həm də, yanlış in­formasiyaların təsirində olanları doğru­larla tanış edir. Ermənilərin illər uzunu beynəlxalq səviyyədə strukturlaşdırdığı ənənəvi anti-Azərbaycan təbliğat maşını qarşısında və indiki həssas dönəmdə belə müsahibələrin önəmi böyükdür. Özü də, məhz Prezident sözü səviyyəsində, həqiqət, səmimiyyət və qətiyyət örnəyi olan müsahibələrdən danışırıq.

 

Cənab Prezidentin bir dünya mar­kası halına gəlmiş “Əl-Cəzirə”yə müsahibəsi, artıq vurğuladığımız kimi, zamanmövzu baxımından, habelə anti-Azərbaycan təbliğatına cavab kimi, xüsusi önəm daşıyır. Prezident, Ermənistanın müharibə istəyi və hazırkı vəziyyətə görə məsuliyyət daşıdığı, BMT qətnamələrinin kağız üzərində qaldığı, Ermənistan –Azərbaycan müharibəsinin ədalətli həlli üçün beynəlxalq praktikanın mövcudluğu, ölkəmizin öz ərazisini azad etmək haqqına sahib olduğu və hazırda, məhz öz ərazisində hərəkət etdiyi, Qara­bağın tarixən, mədəni-mənəvi baxımdan və ən əsası, hüquqən birmənalı şəkildə Azərbaycana aid olduğu, dövlətimizin müharibənin genişlənməsində, regional xarakter almasında qətiyyən maraqlı olmadığı, sülh danışıqlarının bərpasında tam haqlı mövqedə dayandığı və s. barədə fikirlərini bildirdi. Bu səmimi, məntiqli, haqqa-ədalətə söykənən və beynəlxalq hüquq normalarına uyğun çağırışları ehtiva edən müsahibənin haqq işimizin tirajlanmasında öz töhfəsini verəcəyi şübhəsizdir.

 

Müzəffər ordumuzun ön cəbhədə irəliləməsi üçün hər birimizin üzərinə düşən vəzifələrin icrasında Prezident öz fəaliyyəti ilə hər gün yeni örnəklər yaradır. Əlbəttə, işğalçı ölkənin baş naziri də hansısa xarici kanala müsahibə verir və yaxud onun üçün belə müsahibə imkanları yaradılır. Lakin dəfələrlə şahidi olmuşuq ki, o, bütün parametrlər üzrə Azərbaycan lideri ilə müqayisəyə gəlməz dərəcədə zəif görünür. Paşinyanın keçən günlərdə “Rossiya 1”in “60 dəqiqə”sində özünü ələ ala bilmədiyini, bu ilin avqus­tunda BBC-nin “HARD Talk” proqramın­da çətin duruma düşdüyünü, fevralda isə “Münhen Təhlükəsizlik Konfransı”ndakı debatda kəkələdiyini və s. yaxşı xatırlayı­rıq. Bu nümunələr Paşinyanın intellektual hazırlığının olmamasını, siyasi yetkinliyə çatmamasını, məhz şəri, haqsızlığı təmsil etdiyini aydın göstərir.

 

Azərbaycan Prezidenti istənilən debata, müsahibəyə hazırdır. Hər tribuna, hər efir Ermənistanın işğalçı­lıq siyasətinin ifşa edilməsi üçün bir imkandır. Əl-Cəzirəefiri bu mənada istisna olmadı.Əl-Cəzirə”nin çox­milyonlu auditoriyası qarşısında çıxış edən Azərbaycan Prezidenti Ermənistan dövlətinin hiyləsini, beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini növbəti dəfə ifşa edərək, ermənilərin işğal etdikləri torpaqları həmişəlik işğal altında saxlamaq istədiklərini bildirdi. Elan olunmamış müharibənin indiyədək uzanması bu ğun yeni qanlı mərhələyə keçməsini Ermənistanın əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davranmaması, “status-kvo”nun dəyişməsini istəməməsi ilə izah etdi. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir fəaliyyət göstərir heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir; ikinci səbəb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına baş­lamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi təzyiqin olmamasıdır”.

 

Paşinyan ötən ilin avqustunda XankəndindəQarabağ Ermənistandır. Nöqtəsiyasi axmaqlığına yol verəndə, qondarma rejiminandiçməmərasimində rəqs edəndə, qondarmaparlament”in Şuşaya köçürülməsinəxeyir-duaverəndə, iyulda Tovuza hücum edib, hərbçilərimizi, dinc sakinimizi həlak edib, mülki tikililəri dağıdanda, bu ilin avqustunda Goranboya diversiya-təxribat qrupu göndərəndə... ədalətli sülh, kons­truktiv danışıq, beynəlxalq hüquqa uyğun anlaşma üçünmü çalışırdı?! Əsla, yox! nəhayət, 27 sentyabr səhər saat 06.00-da növbəti namərdliyə, hərbi təxribata əl atan Ermənistan əvvəlki həmlələrinə aldığı cavabların onun üçün yetərli olmadığını nümayiş etdirdi. İndi budur: “Dənizdən-dənizəhavalanan zehniyyətsiz başlar Qarabağdaqan hovuz”unda qalıb...

 

Azərbaycan Prezidentinin həssas dönəmdə ingilisdilli auditoriyaya həqiqətlərimizi yayanƏl-Cəzirə”yə müsahibəsi artıq diplomatiyamızın təntənəsi kimi səslənir: “Azərbaycanın konsrtruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format mahiyyətini sarsıdır. Onun qəbuledilməzyeddi şərtitərəfimizdən rədd edil­mişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

 

Digər müsahibədə, “Pervıy ka­naləməkdaşınınSizin fikrinizcə, Azərbaycan Ermənistanın danışıq­lar masası arxasında əyləşməsi üçün baş verməlidir?” sualına cavabında Azərbaycan Prezidenti çox düzgün haqlı olaraq, diqqəti BMT Təhlükəsizlik Şurasının hələ 27 il bundan öncəerməni işğalçı qüvvələri Azərbaycan ərazilərini işğal etdiyi dövrdə qəbul edilmiş qətnamələrə yönəltdi baş verməlidir?” sualının ən kəsə cavabının BMT qətanəmələrinin yerinə yetirilməsində olduğunu bildirdi. Bildirdi ki, həmin qətnamələrdə təcavüzkara göndərilən ismarıc, tələb çox dəqiqdir: iş­ğal olunmuş ərazilər dərhal, qeyd-şərtsiz, tamamilə qaytarılmalıdır!”...Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər”.

 

Dövlət başçımızınEuronewstelevi­ziyasına müsahibəsində verdiyi ismarıc­lar ingilisdilli auditoriyaya dövlətimizin, xalqımızın haqlı mövqeyini inkaredilməz faktlarla çatdırdı. Jurnalistin, xüsusilə Türkiyə ilə bağlı sualına tutarlı cavab lap yerinə düşdü. Ən azından ona görə ki, biz Türkiyə ilə qardaşlıq, qonşu­luq bağlarımızı, iki bərabərhüquqlu dövlət kimi münasibətlərimizi heç vaxt gizlətməmişik, gizlətmək niyyətimiz yoxdur! Biz bütün dövlətlərləqardaşla, dostla da, düşmənlə məhz beynəlxalq hüquq normaları prinsiplərinə uyğun davranırıq. Bizi özünə düşmən hesab edənlərlə mübarizə edə bilərik, özümüzə düşmən axtarmırıq. Əgər Ermənistanın hələ sağlam fikrə sahib olan siyasətçiləri, fikir adamları varsa, çox gec olmadan öz qonşuları ilə düşmənçilikdən, hiyləli yanaşmalardan əl çəkməlidir! Ermənistanın qonuşuluğa, birgəyaşayışa sığmayan davranışları, əlbəttə, bütün qonşulara təsir edib. Sonda isə ən çox ziyan çəkən tərəf Ermənistan özü olacaq. Ermənistanda bunu başa düşmürlərsə, məsuliyyəti başqasının üzərinə yıxmaqla çıxış yolu tapmaq mümkün deyil.

 

EuronewsəməkdaşınınErmənistan Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən, hərbi yardım kimi məsələlərdə sizi təchizatla təmin etdiyini deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə dərəcə təsir göstərdiyini hərəkətlərinizi sürətləndirdiyini deyə bilərsiniz?” şəklində verdiyi diplomatik suala cənab Prezidentin cavabı daha tutarlı oldu: “Bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə Türkiyə xalqına minnətdarıq. ...Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadan­lığını, o cümlədən, döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik. ...Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb”. Doğrusu, müsahibənin bütün məziyyətlərinə nəzər salmadan, yalnız bu cümlə efirə verilmiş olsaydı belə, yenə bu müsahibənin parlaq nəticələndiyini deyə bilərdik.

 

Mən Prezidentin digəroktyabrın 7-də “CNN-Türkteleviziyasına verdiyi müsahibəsi üzərində xüsusi dayanmaq istəməzdim. Bunun çox sadə bir səbəbi var: qardaş ölkənin bütün aparıcı media orqanları, özəlliklə TV-ləri gecə-gündüz bizim haqlı davamızın yanındadır. Onla­rın Qarabağla bağlı hər sualın, tirajladıq­ları hər informasiya, rəy münasibətin birmənalı şəkildə haqq-ədalətə xidmət etdiyini görürük. Təsadüfi deyil ki, dövlət başçımız özü , türk TV-lərinin haqq-ədalətə arxa-dayaq durduğunu, belə bir mövqenin bizim üçün önəmini vurğu­ladı: “Bir çox hallarda bizim səsimiz eşidilmir. Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar münaqişə ilə bağlı yalan məlumatlar ya­yırlar. Ona görə, fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, on­lar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır, canlı efirdə məlumatlar verirlər”.

 

Beləliklə, cənab Prezident İlham Əliyevin Ali Baş Komandan qüdrətini ön cəbhədə ordumuzun müzəffər irəliləyişində bu günlərdə bir daha gör­düyümüz kimi, siyasət dövlət xadimi qüdrətini xarici görüş, rəsmi danışıq eləcə , nüfuzlu xarici kanallara müsahibələrində bir daha görürük. İlham Əliyev öz hünəri, vətənpərvərliyi ilə əsl rəhbər örnəyidir!

 

Ali Baş Komandanın şərti şərtimiz, sözü sözümüzdür! Yolunuz yolumuzdur, cənab Prezident! Dövlətimiz var olsun!

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

Xalq  qəzeti.- 2020.- 10 oktyabr.- S.8.